Anons

Dünən, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

Dünən, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

Dünən, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

Dünən, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

Dünən, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Haqqımızda Əlaqə

"Heç kimin bu məsələlərlə bağlı ağzına gələni danışmağa haqqı yoxdur" - Deputatlığa namizədlər arasında QALMAQAL

Tarix:20-08-2024, 14:43

"Heç kimin bu məsələlərlə bağlı ağzına gələni danışmağa haqqı yoxdur" - Deputatlığa namizədlər arasında QALMAQAL 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki̇ dai̇rəsi̇ üzrə qeydə alınan bitərəf namizəd Qələndər Muxtarlı digər bitərəf rəqibi Şəhriyar Məcidzadənin onun barəsində səsləndirdiyi iddialara aydınlıq gətirib.

Q.Muxtarlı Pravda.az-a açıqlamasında plakatının ölçülərinin Şəhriyar Məcidzadənin plakatından iki dəfə böyük olmasına belə cavab verib: “Şəhriyar Məcidzadənin mövqeyinə heç bir münasibətim yoxdur, sükutla qarşılayıram. Çünki o qədər cəfəng iddialardır ki, mənim əhatəmdə olan, həqiqəti bilən, Azərbaycanda siyasi fəaliyyətim və siyasi keçmişimlə az-çox tanış olan hər kəs bilir ki, bu qədər mənasız, məntiqsiz münasibət doğru deyil. MSK-nın müəyyən etdiyi 40-ın 60-a ölçü standartı var. Plakatımı Bakıda mətbəədə çapa vermişəm. Gördüm ki, mətbəədə YAP-ın də, digər partiyaların da namizədləri var. Soruşdum ki, vahid ölçülər neçədir, hamısı eynidir? Dedilər ki, bəli. Mən də bu standarta uyğun plakatlarımı sifariş verdim. Yəni Qələndər bu məsələdə fərqli nəsə etməyib. Münasibət şəkildə 2 santimetrlik ölçüyə görə fərqli olacaqsa, bu, dəhşətdir. Adama çox söz deyə bilərlər. Sən razılaşmazdın. Seçkiyə gələn adam oturub beş ildən bir seçki prosesi gələndə dairəyə hoppanıb düşmür. Davamlı olaraq siyasətlə məşğul olan adamlar bilirlər ki, belə deyil, qayda-qanun necədir. Hər bir halda Tərtər də, Tərtərə bağlı insanlar da mənim keçmişi, bu yolda çəkdiyim əzab-əziyyəti gözəl bilirlər. Milli Azadlıq Hərəkatından gələn adamam. Azərbaycanda ilk könüllü tələbə batalyonunu yaradan, Tərtərdə döyüşən batalyon komandirlərindən biriyəm. Prezident Administrasiyasında işləmişəm, dövlətdə müəyyən mərhələ keçmişəm. Fəlsəfə və politologiya, tarix dərsi deyirəm. Bilirəm ki, seçki prosesi nədir. Bunun dərsini deyən adamam. Dairəyə təsadüfən düşdüyümü hesab etmirəm. Təsadüflər beş ildən bir yadına namizədlik düşənlər, “mən də varam” deyənlərdir. Mənim öz yolum var. Təbliğat-təşviqat kampaniyamı uğurla davam etdirirəm”.

Q.Muxtarlının sözlərinə görə, əvvəlcə Şəhriyar Məcidzadənin namizədliyindən xəbərsiz olub: “Mən də tərtərliyəm, məni özünə yaxın hesab edirdisə, qərəzli münasibəti yox idisə, deyərdi ki, namizədliyimi verirəm. Tərtər sıradan bir yer deyil. Tərtərə, majoritar seçki sisteminin prinsiplərinə bağlı bir adamın deputat seçilməsi çox həyati əhəmiyyətli məsələdir. Bunu düşünmədən, seçkiyə gələndə bunları dəqiqləşdirmədən belə addım atıb. Uyğun variant budur ki, hər ikimiz tərtərliyik. Əslində bizim bir elektoratımız var. Gücümüzü birləşdirib, Tərtərlə, deputatlıqla qətiyyən əlaqəsi olmayan bir adama qarşı daha yaxşı duruş nümayiş etdirərdik. Sonra öz məsələmizi həll edə bilərdik. “İsgəndər Həmidovla bağlı heç kim danışa bilməz” kimi iddiaları doğru deyil. Çünki İsgəndər Həmidovun yolunda, o ideyanın, mübarizənin aparılmasında, milliyyətçiliyin ayaqda durub bu gün də Azərbaycan cəmiyyətində ayaqda qalmasında onun silahdaşları, o cümlədən mən mühüm rol oynamışam. Bu gün də həmin təşkilata rəhbərlik edirəm. Heç kimin bu məsələlərlə bağlı ağzına gələni danışmağa haqqı yoxdur”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...