Anons

Bu gün, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

Bu gün, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

Bu gün, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

Dünən, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

Dünən, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

Dünən, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

Dünən, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

Dünən, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Haqqımızda Əlaqə

Zaur Mikayılovun Göyçaydakı qəbulunda rüsvayçılıq -Göyçay rayon Suvarma Sistemləri İdarəsinin rəisinə "DUR" deyən olacaqmı?

Tarix:20-08-2024, 10:48

Zaur Mikayılovun Göyçaydakı qəbulunda rüsvayçılıq -Göyçay rayon Suvarma Sistemləri İdarəsinin rəisinə "DUR" deyən olacaqmı?

Zaur Mikayılovun Göyçaydakı qəbulunda rüsvayçılıq -Göyçay rayon Suvarma Sistemləri İdarəsinin rəisinə "DUR" deyən olacaqmı?

Redaksiyamıza bir qrup Göyçay rayon sakinlərinin müraciəti daxil olub. Müraciətdə Göyçay rayon Suvarma Sistemləri İdarəsinin rəisi Orxan Mahmudovun özbaşınalıqlarından bəhs olunur. Səslənən iddialarla bağlı qarşı tərəfi dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu...
Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun 16 avqust 2024-cü il tarixdə Göyçay rayonunda keçirdiyi vətəndaş qəbulunda özbaşınalıq oldu. Həmin günü heç bir qanunu əsas olmadan bizi qəbula buraxmadılar. Hansı ki, biz 15 gün əvvəl qəbula yazılmışdıq, poçt vasitəsi ilə xəbərnaməli teleqram göndərmişdik.
Bizim şikayətimiz Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Orxan Mahmudovun qanunsuz fəaliyyətindən olduğu üçün onun müdaxiləsi nəticəsində qəbula düşə bilmədik.
Ancaq həmin günü bizdən başqa şəxslərdə qəbula düşə bilmədilər.Yağış yağdığı üçün qəbula gələnlə açıq havada dayana bilməyib qəbula girmədən oranı tərk etmək məcburiyyətində qaldılar. Həmin gün Göyçay rayon Suvarma Sistemləri İdarəsinin böyük akt zalını bağlayıblar ki, vətəndaşlar yağışda islanmamaq üçün qəbula girmədən oranı tərk edib getsinlər.
Bütün bu özbaşınalıqları edən Orxan Mahmudova birbaşa yardımçı olan isə Dövlət Su Ehtiyatları Agentliyinin Bakıdan gələn Dilqəm Şükürov adlı əməkdaş oldu.
Hətta qəbul günü növbədənkənar qəbul olunması nəzərdə tutulan Şəhid anaları saatlarla gözləməli oldular.
Orxan Mahmudov təxminən 1 ildən çoxdur ki, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsini icra edir. Bizim yaşadığımız və digər kəndlərdə heç bir lildən təmizləmə, bənd vurma işləri aparılmayıb. Ancaq buna baxmayaraq Orxan Mahmudov hesabat xarakterli televiziya çıxışında bildirir ki, 2024-cü ilin yanvar ayından Göyçay rayonunun kəndlərində ümüumilikdə 280 km məsafədə su kanallarında lildən təmizləmə işləri aparılıb.

Bu tam yalandır şişirdilmiş rəqəmdir. 5-6 km məsafədə lildən təmizləmə işləri aparılsada rəqəmlər həddən artıq şişirdilərək vəsaiti siliblər. Bu fakt təcili və ciddi yoxlanılmalıdır. Orxan Mahmudov əvvəl bank sektorunda işləsədə oradan işdən çıxarılıb. Onun suvarma sahəsində heç bir təcrübəsi, biliyi və bacarığı olmadığı üçün Göyçay sakinləri əziyyət çəkirlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vətəndaşların yerlərə qəbulunun səmərəli təşkili üçün sərəncamlar imzalayıb tapşırılar verib.Ancaq təssüf olsun ki, Orxan Mahmudov öz şəxsi maraqlarına görə Prezidentin sərəncamına əməl etmir verdiyi tapşırıqları qulaq ardına vurur.
Prezident cənab İlham Əliyevdən xahiş edirik şikayətimizi obyektiv araşdırıb yarıtmaz fəaliyyəti ilə dövlətə və xalqa ziyanlar vuran Orxan Mahmudovun barəsində ciddi tədbirlər görəsiniz.(Yenixeber.org )

Qarşı tərəfin cavab haqqını tanıyırıq.
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...