Anons

Bu gün, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

Bu gün, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

Bu gün, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

Dünən, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

Dünən, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

Dünən, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

Dünən, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

Dünən, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Haqqımızda Əlaqə

ƏƏSMN-də qəribə tender: yemək şirkəti tullantı daşıyacaq - TƏFƏRRÜAT

Tarix:16-08-2024, 16:28

ƏƏSMN-də qəribə tender: yemək şirkəti tullantı daşıyacaq - TƏFƏRRÜAT Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tərkibində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi bir gündə iki tender keçirib. Tribunainfo.az xəbər verir ki, həmin tenderlərdən birinin qalibi son zamanların “tender kralı” kimi tanınan “AzerMed” MMC olub.
Satınalma müqaviləsinə əsasən deputat Kəmaləddin Qafarovun şirkəti “Tibbi məsrəf və digər ləvazimatların satınalınması” üçün TSERA-dan 235.437 manat pul alacaq.
Tribunainfo.az xəbər verir ki, bir günün içində ikinci tender isə daha qəribə nəticə ilə sonuclanıb. Belə ki, TSERA “Tibbi tullantıların daşınması və utilizasiyası xidmətləri”ni “AZƏRFOOD-2007” MMMC-yə həvalə edib. Bunun üçün isə Agentlik 18.602 manat xərcləyəcək.
Məsələnin qəribə tərəfi odur ki, “Azərfood” MMC ölkədə elə adından məlum olduğu kimi, yemək bişirmə, çatdırma işləri ilə məşğul olur. Elə rəsmi qeydlərdə həmin şirkətin qida işində olduğu və bir neçə iri tenderlərin qalibi olduğu da aşkar şəkildə qeyd olunub. Şirkətin adının tərcüməsi də təsdiq edir ki, MMC tullantı və utilizasiya işinə baxmır. Çünki adı tərcümədə “Azəryemək” deməkdir.
Bundan başqa, Azərfood-2007 MMC-nin rəhbəri Rəşid Əlizadə barədə internet üzərindən aparılan araşdırma zamanı da aydın olur ki, o, şirkətinin ölkədə yemək üzrə ixtisaslaşmış bir nömrəli şirkət olduğunu iddia edir.
İşin bir başqa tərəfi də odur ki, “Azərfood” Ağcabədi və Şamaxıda da analoji tenderləri udub. Onlar həmçinin bir sıra idarə və müəssiəsələri yeməklə təmin etməyi də öhdələrinə götürüblər.
İndi sual olunur ki, ƏƏSMN yemək və qida işləri ilə məşğul olan və bu sahədə az-çox ad çıxarmış şirkətlə tullantıların daşınması və utilizasiyasını niyə satınalma müqaviləsi bağlayıb? Bu sual ona görə, yaranır ki, bu iki məsələ bir birindən çox fərqli sahələrdir. Hətta bir yerdə olması belə imkansızdır. Çünki qida işinin içinə tullantı məsələsinin qarışması, “Azərfood”un istehsal etdiyi yeməklərin güvənsiz olması barədə rəy yarada bilər.
Hər halda Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin bununla bağlı məntiqli açıqlaması var və sayt olaraq həmin açıqlamanı dərc etməyə hazırıq.

Tribunainfo.az
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...