Anons

Bu gün, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...

Bu gün, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı

Bu gün, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

Bu gün, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

Bu gün, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

Bu gün, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

Dünən, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

Dünən, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

Dünən, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

Dünən, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

Dünən, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Haqqımızda Əlaqə

İsmayıllıda sakinlər ÇARƏSİZ DURUMDA - Rəsmilərsə deyir ki...

Tarix:13-08-2024, 09:58

İsmayıllıda sakinlər ÇARƏSİZ DURUMDA - Rəsmilərsə deyir ki... Son günlər yağan intensiv yağışlardan sonra İsmayıllının Qalacıq kəndindən keçən Səngərçay üzərindəki asma körpünü sel dağıdıb. Amma bir neçə gün keçsə də, hələ də yararsız hala düşən körpü bərpa edilməyib. Bu barədə Meydan TV-yə Qalacıq kəndinin sakinləri məlumat veriblər.

Sakinlərin sözlərinə görə, körpü təhlükəli vəziyyətə düşdüyündən gediş-gəliş çətinləşib. Onlar məcburiyyət qarşısında dağılmış körpünün üzərindən keçirlər ki, bu da hər an çaya düşmə təhlükəsi yaradır.

Qalacıq sakini Əli Ağayev deyib ki, yağış yağan kimi çayda suyun səviyyəsi və axını güclənir. Qarşı tərəfə çaydan keçməklə gedə bilirlər.

“Cavanlar ayaqqanılarını çıxarıb çaya girirlər, az qala boğazlarına qədər suyun içində çayı keçirlər, sonra bir də daşlardan tuta-tuta diki qalxırlar. Bəs yaşlılar, uşaqlar, qadınlar neyləsinlər?”-sakin deyib.

Ağayevin sözlərinə görə, vəziyyətdən əlaqədar qurumların hamısı xəbərdardır, amma nədənsə, tədbir görməyə tələsmirlər. Hava isə avqust ayına baxmayaraq hələ də yağışlıdır.

Kənd sakinləri deyirlər ki, əsasən çayın son sahilində yaşayanlar kəndin əsas hissəsinə gələ bilmirlər. Ərzaq mağazaları, inzibati binalar isə çayın sağ tərəfində yerləşir. Avtomobili olanlar uzun məsafə qət edərək kəndin mərkəzinə, oradan da rayon mərkəzinə gedə bilirlər. Amma avtomobili olmayanlar çətinlik çəkirlər.

Sakinlər deyiblər ki, körpünü bir neçə il əvvəl çoxsaylı şikayətlərdən sonra onların köməyi ilə tikiblər. Sentyabrda hava yenidən pisləşəndən sonra körpünün tikintisi yenidən təxirə salınacaq.

İsmayıllı Rayon İcra Hakimiyyətindən Meydan.TV-yə bildiriblər ki, məsələdən xəbərdardılar, körpünün dağılması ilə bağlı aidiyyatı qurumlar tədbirlər görəcək. (Meydan TV)скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...