Anons

Dünən, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...

Dünən, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı

Dünən, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

Dünən, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

Dünən, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

Dünən, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Haqqımızda Əlaqə

Gözəlləşmək istədi, amma əvəzində... - GİLEY

Tarix:10-08-2024, 14:28

Gözəlləşmək istədi, amma əvəzində... - GİLEY Sabunçu rayon Sabunçu qəsəbə sakini Əliyeva Vüsalə Şəmsəddin qızı redaksiamıza müraciət edərək, Həsən Əliyev küçəsindəki "Bi-Es" VİP estetik mərkəzdə çalışan Günel adlı xanımın işindən narazı qaldığını, xanımın ona etdiyi prosedurların (müraciət etmə səbəbi olan) boğaz dərisindəki "venera halqaları" deyilən izləri aparmadığını, əksinə, tətbiq edilən preparatın onun səhhətində və fiziki görünüşündə daha bərbad problemlər yaratdığını bildirib.

Onun sözlərinə görə, izləri aparmaq yerinə, fiziki görünüşündə daha bərbad nəticə yaradan və eləcə də sosial şəbəkələrdə özünü "kosmetoloq" kimi təqdim - daha doğrusu reklam edən həmin Günel adlı xanım onu əmin edib ki, bu "normal haldır" və bir aydan sonra istədiyi nəticəni alacaq.

Beləliklə də, Günel xanımın bu "duzlu-istiotlu" vədinə aldanan Vüsalə Əliyeva dodaq nahiyəsində etmək istədiyi yeniliyi də Günel xanıma həvalə edib ki, elə vəd edilən o, bir ay ərzində hər iki prosedur lazımi nəticəni eyni vaxtda alsın.

Amma, deyir, "sən saydığını say, gör fələk nə sayır"...

Vüsalə Əliyeva deyir, artıq sözügedən prosedurdan aylar keçib. lakin Günel adlı xanım onun nə zənglərinə cavab verir, nə də mesajlarına. Hələ üstəlik nömrəsini də blok edib.

Görünür bu xanım Vüsalə xanım kimi müştərilərin üzərində "məşq edərək" , "kosmetoloq olmağa çalışır". "Alınmayan sınaqlar"ın nəticəsi ilə təkrar rastlaşmamaq üçün isə nömrəsini blok edir, vəssalam...

Amma, deyəsən Günel xanım bir məqamı unudub - bir gün qanunlarla qarşılaşacağını!

Xanım qanunları hansı formada "blok" edəcəyini isə zaman göstərəcək.

Gözəlləşmək istədi, amma əvəzində...

Gözəlləşmək istədi, amma əvəzində... - GİLEY

Bundan əlavə, Vüsalə Əliyeva bildirir ki, "Bi-Es" VİP estetik mərkəzində olarkən özünü müdür köməkçisi kimi təqdim edən Ruslan adlı şəxs ona yaxınlaşıb və xahiş edib ki, "səs-küy salma, bir ay gözlə, yaxşı olmasa gəl, mən sənin ödədiyin pulu ondan alıb, özünə qaytaracam".

Deyilən vaxt tamam olanda xanım həmin şəxsə zəng edib, verdiyi vədi xatırladıb. Bu dəfə isə bir ay əvvəl söz verən bəy məsuliyyəti üzərindən atıb. Xanım şikayətçi olacağını bildirdiyində isə, Ruslan bəy ona, "Məgər bura estetik mərkəzdir ki, buranı şikayət edəsən? Qapının çölündə elə yazı görmüsən?

Gözəlləşmək istədi, amma əvəzində...

DogruXeber.az
Gözəlləşmək istədi, amma əvəzində... - GİLEY
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...