Dünən, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq
Dünən, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”
Dünən, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Dünən, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal
Dünən, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma
3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
Xəbər verdiyimi ki, Göyçayda Ərəbcəbirli kənd sakini Xasıyev Sadəddin Nizam oğlu Yəhudilərin qəbirstanlığına çəkilən yolun dağıdılması və evinə həmçinin qonşuların həyətinə su ağıdılması ilə bağlı şikayət olunmuşdur.
İcra hakimiyyəti məsələ ilə bağlı bildirilmişdir ki, vətəndaş Xasıyev Sadəddin icra hakimiyyətinə müraciət etməyib.
Lakin bu problemlə bağlı xəbər dərc olunduqdan sonra kəndin icra nümayəndəsi Nazim Həşimov məsələni həll etmək əvzində kənd sakini Xasıyev Saddədini oğlu Əzizi kəndin ortasında təhqir edirək nəlayiq davranış nümayiş etdirmişdir.
Bununla bağlı XALQ.AZ-a müraciət edən Xasıyev Əziz Sadəddin o]lunun şikayəti olduğu kimi təqdim edirik.
Göyçay rayon, Ərəbcəbirili kənd sakini Xasıyev Əziz Sadəddin oğlu tərəfindən
ŞİKAYƏT
Bu şikayət ərizəmdə yazıb Sizə bildiriəm ki, Göyçay Rayon İcra Hakimiyyəti Başçısının Ərəbcəbirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nazim Həşimov 31 iyul 2024-cü il tarixdə məni nalayiq sözlərlə söyüb təhqir etdi. Səbəb isə o olub ki, atam Sadəddin Xasiyev 11 iyul 2024-cü il tarixdə yağan yağışlar nəticəsində evimizin su basması, yolun dağılaraq bərbad vəziyyətə düşməsi barədə mətbuat vasitəsi ilə şikayətlər etmişdir. Buna görə atam dəfələrlə Göyçay Rayon İcra Hakimiyyəti Başçısı Natiq Ağayevə və Göyçay Rayon İcra Hakimiyyəti Başçısının Ərəbcəbirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nazim Həşimova qəbullarda olaraq şifahi müraciətlər edib.
Tədbir görülmədiyi üçün atam mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və digər aidiyyatı qurumlara müraciət ünvanlayıb.
Göyçay Rayon İcra Hakimiyyəti Başçısının Ərəbcəbirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nazim Həşimov 31 iiyul 2024-cü il tarixdə günün ikinci yarsı bizim yaşadığımız küçəyə gələrək heç bir əsas olmadan anamın, ailəmin və uşaqlarımın gözü qarşısında məni söyüb təhqir etdi. Dövlət qulluqçusu olan Nazim Həşimovun məni söyüb təhqir etməsi faktını video lentə almışam ki, Sizə təqdim edirəm.Nazim Həşimovun söyüşlərinin burada ifadə edilməsi qeyri mümkündür.Bu hərəkətlərinə görə icra nümayəndəsi Nazim Həşimov məsuliyyətə cəlb edilməli barəsində təsirli tədbirlər görülməlidr.
Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir.
Dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanununun 1.2-ci maddəsinə əsasən hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu Qanunun müddəalarına əməl etməyə borcludur.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən xahiş edirəm 31 iyul 2024-cü il tarixdə məni söyüb-təhqir etdiyi üçün Göyçay Rayon İcra Hakimiyyəti Başçısının Ərəbcəbirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nazim Həşimovun məsuliyyətinə cəlb edilməsi üçün qanuna müvafiq tədbirlər görəsiniz.
Məsələ ilə bağlı icra nümayəndəsi ilə əlaqə saxlamaq mümkün olmadı. Adları keçənlərin müansibətini dərc etməyə hazırıq.