Anons

Bu gün, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

Bu gün, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

Bu gün, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

Bu gün, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

Bu gün, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Haqqımızda Əlaqə

YAP-ın namizədi ilə bağlı qalmaqal böyüyür - TƏFƏRRÜAT

Tarix:22-07-2024, 11:29

YAP-ın namizədi ilə bağlı qalmaqal böyüyür - TƏFƏRRÜAT Hakim Yeni Azərbaycan Partiyası (YAP) sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılan namizədlərinin adlarını açıqladıqdan sonra ölkənin siyasi həyatında nəzərəçarpacaq canlanma yaranıb. YAP-ın siyahısı ətrafında başlayan müzakirələr gündəmi daha da zənginləşdirib.

Yenisabah.az xatırladır ki, hazırda adı ətrafında böyük ajiotaj yaranan namizədlərdən biri də Əlibala Səttar oğlu Məhərrəmzadədir. Onun namizədliyi 59 saylı Quba Seçki Dairəsindən irəli sürülüb.

Qeyd edək ki, Məhərrəmzadənin deputat olmaq iddiası onunla bağlı sensasion sayılacaq məlumatların tirajlanmasına səbəb olub. Mətbuatın yazdığına görə, Qubadakı “Şahdağ Turuskavets” sanatoriyasının sahibi olan Əlibala Məhərrəmzadə borc içində “üzür”. Onun 10 milyon manata yaxın borcunun olduğu bildirilir. Maraqlıdır ki, Məhərrəmzadə bu xəbərləri təkzib etməyə həvəs göstərmir.

“Yeni Sabah” YAP-ın 59 saylı Quba Seçki Dairəsindən deputatlığa namizədi Əlibala Məhərrəmzadə ilə bağlı yeni məlumatlar əldə edib. Hakim partiyanın Quba rayon təşkilatının rəhbər şəxslərindən biri bizimlə söhbət zamanı İdarə Heyətinin bu qərarının qubalı YAP-çıların ürəyincə olmadığını bildirib. Onun sözlərinə görə, Əlibala Məhərrəmzadə əslən Qubadan olsa da, rayonla sıx əlaqəsi yoxdur. O, hətta YAP-ın Quba rayon təşkilatının üzvü də deyil. Bakının Səbail rayonunda qeydiyyatda olan Məhərrəmzadənin YAP-ın Quba təşkilatının heç bir toplantısına qatılmadığı deyilir. Bu üzdən də qubalı YAP-çılar onun namizədliyinə soyuq yanaşırlar.

Mənbə YAP Quba rayon təşkilatının Əlibala Məhərrəmzadənin namizədliyinin dəyişdirilməyi üçün İdarə Heyətinə müraciət etməyə hazırlaşdığını bildirib.

Bildirək ki, hazırda 59 saylı Quba Seçki Dairəsində Əlibala Məhərrəmzadənin iki əsas rəqibi var. Bunlardan biri Milli Məclisin deputatı Vahid Əhmədov, digəri isə tanınmış siyasi şərhçi Əliabbas Məhərrəmovdur.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...