Dünən, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...
Dünən, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı
Dünən, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?
Dünən, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….
Dünən, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?
Dünən, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır
4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq
4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”
4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi
4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal
4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma
3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsində "rüsum" iki qat artıq-150 manat pul tələb olunur
Redaksiyamıza Ucar şəhəri S. Vurğun küçəsi ev 21 sakini 1-ci dərəcəli əlil Əhmədov Canpolad Qaçay oğlunun müraciəti daxil olub. Müəllif müraciətində Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsində yaşanan korrupsiya, qanunsuzluq əməllərindən bəhs edir. Biz Yenixeber.org olaraq yazıda yer alan iddialarla bağlı qarşı tərəfi də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu.
Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:
Bu şikayətimdə yazıb Sizə bildirirəm ki, Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsində korrupsiya, qanunsuzluq baş alıb gedir. Mənim oğlum Əhmədov Hüseyn 10 iyul 2024-cü il tarixdə özünə məxsus 90-NL-152 nömrəli mersedes markalı avtomobilini texniki baxışdan keçirmək üçün həmin idarəyə gedib. Orada oğlum Hüseyndən avtomobilini texniki baxışdan keçirilməsi üçün 150 manat pul tələb olunub. Ancaq texniki baxış üçün qanunu rüsum 30 manat ultizasiya üçün isə 40 manat olmaqla cəmi 70 manat qanunu rüsüm olsa da Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsində iki qat artıq-150 manat pul tələb olunub.
Oğlum Hüseynə məxsus 90-NL-152 nömrəli mersedes markalı avtomobilin bütün detalları, texniki parametrləri və sənədləri tam qaydasındadır, heç bir nöqsan və çatışmamazlıq yoxdur.
Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rəisi Cavanşir Vəliyev bütün rüsumları öz cibinə uyğun qanunsuz qaldıraraq vətəndaşları soymaqla məşğuldur.
Mən 1-ci dərəcəli əliləm, həyat yoldaşımda həmçinin əlildir. Oğlumuz Hüseyn bizə baxır, avtomobili ilə bizi xəstəxanaya aparıb-gətirir. Bizim maddi imkanımız yoxdur ki, Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rüşvətxor rəisi Cavanşir Vəliyevə verib, avtomobilimizi texniki baxışdan keçirə bilək.
Hətta iş o yerə çatıb ki, Cavanşir Vəliyev idarənin qarşısına mülki şəxsləri qoyub ki, rüşvəti onların əli ilə ala bilsin. Həmin şəxslər orada 10-15 nəfərdirlər ki, idarəyə gələnləri qarşılayıb Cavanşir Vəliyevin təyin etdiyi rüsümları oxuyub, işi həll edəcəklərini deyirlər. Oğlum Hüseyn həmin dəllalın şəklni çəkə bilib ki, sizə təqdim edirəm.
Mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən, Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevdən və Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Ramiz Zeynalovdan çox-çox xahiş edirəm şikayətimi obyektiv araşdırıb, korrupsiya yolu ilə vətəndaşları soyub talan edən Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rüşvətxor rəisi Cavanşir Vəliyevin barəsində ciddi tədbirlər görəsiniz.(Yenixeber.org)
Qarşı tərəfin cavab haqqını tanıyırıq.