Anons

28-05-2024, 20:59- Rəşid Piriyevin bunlardan xəbəri varmı?!-Rüşvət,süründürməçilik,bürokratik əngəllər və daha nələr-nələr.....

Bu gün, 18:40- İqbal Məmmədov deputat olmaq şansını itirir – “Relax” qalmaqalı onu mandatdan məhrum edir

Bu gün, 18:07- Qəbələnin icra başçısı da YOLA SALINIR... - Onun yerinə isə...

Bu gün, 17:11- Əliabbas Salahzadə YAP-ın namizədlər siyahısında yer almayacaq – Şeyxin “kvotası” ləğv edilir

Bu gün, 16:32- Hüseynbala Mirələmovun oğlu su pulunu ödəmir - Rəsmi

Bu gün, 16:28- Adil Əliyev Fuad Cəbrayılovla işləyəcəkmi? - YOXSA...

Bu gün, 14:32- Abel Məhərrəmovun “EL FARO” istahət mərkəzinin hovuzunda uşaq boğulub öldü

Bu gün, 13:55- Prezidentdən yeni icra başçısı - Təyinatı

Bu gün, 10:44- RİNN “Mis Nazim”in “obyektində” 900 min manatlıq yeyinti aşkarladı - BU NƏDİ BELƏ?!

Bu gün, 09:56- Milyonları talayan Barış Demirin “bəraət taktikası” - “BIN GROUP”un sahibindən ağlasığmaz fənd

Bu gün, 09:15- Şıxovda yerləşən `AYSBERQ`in GÖRÜNƏN TƏRƏFİ... - Bütün biabırçılıqlar elə ortadadır...

Bu gün, 08:49- “Səhiyyə Nazirliyinə etdiyim müraciət iki aydan artıqdır cavablandırılmır” - AXI NİYƏ?

13-07-2024, 16:46- Prezident Azərbaycanın COP29-la bağlı imzaladığı Razılaşmanı təsdiqlədi

13-07-2024, 15:40- Vaşinqtonla İrəvan yeni plan hazırlayıb - TƏFƏRRÜAT

13-07-2024, 14:38- Anoşkinanın zərərli işdə çalışması ona xeyir gətirmədi... - GİLEY

13-07-2024, 13:11- “Sipark” MTK vətəndaşın evinin giriş-çıxışını bağladı – evdən çıxa bilmir…

13-07-2024, 12:09- Sabirabadda "Bayraq Muzeyin"də maxinasiya - Başçının Şəhər İcra Nümayəndəsi Sübhan Xəlilov "ölü canlar"dan necə sərvət toplayır?

13-07-2024, 07:56- Bu gündən deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin DSK-lara təqdim edilməsinə başlanılır

12-07-2024, 19:45- İlham Əliyevin Pakistana dünya mediasında

12-07-2024, 19:08- “RR Constructions” vətəndaşı ÇİLƏDƏN ÇIXARDI... - Əlini doğrayaraq...

Haqqımızda Əlaqə

Daşkəsən sakini dərdini KİMƏ DESİN? - VİDEOMÜRACİƏT

Tarix:14-06-2024, 10:02

Daşkəsən sakini dərdini KİMƏ DESİN? - VİDEOMÜRACİƏT Daşkəsən rayonunun Bayan kəndində yaşayan İmamverdiyev Məzahir İsmayıl oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevə, Kənd Təsərrüfat naziri Məcnun Məmmədova və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Mən, 1999-ci il tarixdən Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsində sürücü işləmişəm. İşlədiyim müddətdə üzərimə qoyulan vəzifələri vicdanla və qanuna uyğun şəkildə həyata keçirmişəm. Rəhbərlərin öz səlahiyyəti hüququnda verdikləri göstərişləri hər zaman yerinə yetirmişəm. Yəni müəyyən edilmiş qulluq reqlamentinə riayət edir, idarə əməkdaşlarının işlərini çətinləşdirən, yaxud idarənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermirdim. Lazım gəldikdə rəhbərin göstərişi ilə əlavə iş görürdüm və etik davranış qaydalarına əməl edirdim.

2020-ci ildə Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Naibə Paşayeva məni səbəbsiz yerə işdən azad etdi. Mən bununla bağlı Daşkəsən Rayon Məhkəməsinə müraciət etdim və məhkəmə məni işə bərpa etdi. Bundan sonra 2021-ci ildə yeni təyin olunmuş Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Arzu Rüstəmov keçmiş rəis Naibə Paşayeva, Azər Tağıyev və onun anası Kifayət Bağırovanın məsləhətləri ilə məni yenidən səbəbsiz yerə işdən azad etdi. Mən də bununla bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etdim və məhkəmə məni yenidən işə bərpa etdi.

Lakin bu qərarla razılaşmayan rəhbərlik Apellyasiya Məhkəməsinə şikayət verdilər. Bakı Apellyasiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin çıxardığı qətnaməni qüvvədə saxladı. Bundan sonra mənə Azərbaycan Respublikası Kənd Təsarufatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən zəng eildərək, 28 noyabr 2022-ci il tarixdən Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsində işimə davam etməli olduğum bildirildi. Mən işimə qayıdaraq, eyni qaydada fəaliyyətimi davam etdirməyə başladım.

İdarənin rəisi Arzu Rüstəmov mənə qarşı əsəbi, qərəzli, kobud və qəzəbli davranırdı. Hətta mənim ünvanıma nalayiq ifadələr belə, işlədirdi. İşimə xatir dediklərini “eşitmirdim”.

Qeyd edim ki, 16-AA-032 dövlət qeydiyyat nişanlı UAZ markalı və 99-J0-862 dövlət qeydiyyat nişanlı “Qazel” markalı avtomobillər mənim üzərimdədir. Lakin həmin avtomobilləri mən istifadə etmirəm. Azər Tağıyev adlı işçi idarə edir. Yanacaq kartını isə kimin istifadə etdiyi məlum deyildir.

Bu hərəkətlər azmış kimi, 02 may 2024-ci il tarixdən işçilərin davamiyyət jurnalına imza etməyimə rəis Arzu Rüstəmov qadağa qoymuşdur. Bu məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin "1652" qısa nömrəsinə zəng edərək, məlumat vermişəm.

Dəfələrlə müraciət etsəm də Daşkəsən rayonunda şikayətimə baxan yoxdur. Ona görə ki, burada haqsızlıq baş alıb gedir, icra heç kəsin sözünü eşitmir. Ailə sahibiyəm, evdə uşaqların ehtiyaclarını ödəməliyəm, başqa gəlir yerim yoxdur.

Odur ki, bir daha yuxarıda göstərilənləri nəzərə alaraq, mənim barəmdə yol verilmiş qeyri-qanuni hərəkətlərdə təqsirli bilinən şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsini və mənə qarşı işdə yaradılan suni maneələrə son qoyulması barədə tədbirlər görməynizi Sizdən çox xahiş edirəm. Əvvəlcədən Sizə böyük minnətdarlığımı bildirirəm”.
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...