Anons

28-05-2024, 20:59- Rəşid Piriyevin bunlardan xəbəri varmı?!-Rüşvət,süründürməçilik,bürokratik əngəllər və daha nələr-nələr.....

Dünən, 18:50- “Azercell” Sabir Rüstəmxanlıya “İrana xoş gəlmisiniz” mesajı yolladı

Dünən, 18:22- Yasamalda sakinlər başçıdan MƏDƏT UMUR... - MÜRACİƏT

Dünən, 13:08- Leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Dünən, 10:58- Zibillər içində qalan xəstəxana: "Girin baxın" - VİDEO

Dünən, 10:01- Teatr direktorunun adı gənc şoumenlə sevgi münasibətlərində hallanır – VİDEO

17-06-2024, 12:19- Emin Əmrullayev BACARMADI... - FAKT BUDUR!

17-06-2024, 12:00- Yoldaş Abdullayev kolxoz qanunları ilə işləyirsə... - VAXTI YETİŞİB...

15-06-2024, 16:34- Gürcü yazıçı: Azərbaycan torpaqlarının işğalı zamanı digər xalqların susması daha böyük fəlakətlərə yol açdı

15-06-2024, 15:50- Paşinyan nəyi imitasiya edir? - Erməni baş nazirin oyunları

15-06-2024, 14:56- Neft sektorunu `solduran` `BAHAR`... - AXI NİYƏ?

15-06-2024, 14:17- Türkiyə XİN başçısı: “Bir millət, iki dövlət” devizi ilə qardaşlığımız əbədi qalacaq

15-06-2024, 13:49- Daşkəsəni Əhəd Abıyev sürücüsünün əli ilə ədarə edir - İLGİNC FAKT

15-06-2024, 12:43- "Biz istehlakçılar axmağın dal ayağı rolundayıq?" - ETİRAZ

15-06-2024, 12:00- Hər halda dövlətimiz bura pul ayırıb... - Pul da yoxdur, görülməli olan iş də...

15-06-2024, 11:19- "Gərək dil tarixindən o qədər məlumatsız olasan ki, səni belə aldadalar..." - BU NƏDİ BELƏ?!

15-06-2024, 10:47- Deputatın tikdiyi binalarda dərd bir deyil... min deyil... - FAKT BUDUR!

15-06-2024, 08:41- DOKTOR ZARİNA ŞİXZADAYEVA UŞAQLARDA AUTİZM HAQQINDA

15-06-2024, 06:29- Bu gün Milli Qurtuluş Günüdür

15-06-2024, 06:29- Bu gün Milli Qurtuluş Günüdür

Haqqımızda Əlaqə

İşıq kabelləri çürüyüb, sakinlərin həyatı üçün təhlükə yaradır, amma… - YERLİ QURUMLAR NİYƏ PROBLEM RƏHBƏRLİYƏ ÇATDIQDAN SONRA ƏL-AYAĞA DÜŞÜRLƏR?

Tarix:11-06-2024, 12:07

İşıq kabelləri çürüyüb, sakinlərin həyatı üçün təhlükə yaradır, amma… - YERLİ QURUMLAR NİYƏ PROBLEM RƏHBƏRLİYƏ ÇATDIQDAN SONRA ƏL-AYAĞA DÜŞÜRLƏR? Xəzər rayonu, Binə Südçülük Sovxozunun sakini Abbasov Zamin Xanbala oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi “Azərişıq”ın yerli əməkdaşlarının fəaliyyətindən narazılıq edir:

“Mən, Abbasov Zamin Xanbala oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimizi işıqalandırasınız.

Bildirirəm ki, çəkiliş etdiyim ərazidə işıq kabelləri çürüyüb, sakinlərin həyatı üçün təhlükə yaradır. Loru dildə desək, kabelin dəmirləri çöldə qalıb.

Əlbəttə, böyük insanlar bunu görsə əl vurmaz, amma uşaqlara bunu başa salmaq olmur.

"Asan Komunal" bu qəzalı vəziyyəti aradan qaldırmaq üçün məndən 114 manat 40 qəpik pul tələb edir. Bu pulu ödəmədiyim üçün kabel hələ də bu vəziyyətdə qalıb. Belə çıxır ki, pul yoxdursa, nəticə də olmayacaq”.

Məsələ ilə bağlı “Azərişıq” Mətbuat Xidmətinin əməkdaşı Pərvanə xanımla danışdıq və 2 saat çəkmədən şikayətçinin problemi həll oldu. Odur ki, hər zaman mətbuatın müraciətini operativ cavablandıran və problemin həlli istiqamətində əlindən gələni əsirgəməyən Pərvanə xanıma təşəkkür edirik.

Amma yaxşı olardı ki, sözügedən problem “Azərişıq” rəhbərliyinə müraciət olunmadan, konkret olaraq Pərvanə xanımın müdaxiləsinə ehtiyac olmadan, yerindəcə həll olunardı, məsələ də mətbuat səhifələrinə çıxmazdı.

Yenə də “Azərişıq” rəhbərliyinə minnətdarıq ki, vətəndaşların müraciətinə biganə yanaşmırlar.

Jalə FAMİLQIZI

Qeyd: Şikayətçinin redaksiyamıza göndərdiyi videonu da olduğu kimi oxucularımıza təqdim edirik:
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...