Anons

5-07-2025, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...

5-07-2025, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı

5-07-2025, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

5-07-2025, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

5-07-2025, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

5-07-2025, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Haqqımızda Əlaqə

25 yaşlı gənc qadın cəmi 700 manata donor oldu... BAŞINA OYUN GƏLDİ... - BU, ARTIQ VƏHŞİLİKDİR!

Tarix:7-06-2024, 16:07

25 yaşlı gənc qadın cəmi 700 manata donor oldu... BAŞINA OYUN GƏLDİ... - BU, ARTIQ VƏHŞİLİKDİR! Son illər sosial şəbəkələrdə Azərbaycanda işsiz və pula ehtiyyacı olan qadınlar üçün yeni iş imkanı adı altında müxtəlif təkliflər irəli sürülür. Bunların başında folekul donor olmaq təklifi durur ki, bu da insan al-verinin bir digər növüdür. Xüsusən "İnstagram" sosial şəbəkəsində folekul satışının həyata keçirildiyi yüzlərlə səhifələr var. Bu səhifələr açıq səviyyədə qadınların işsiz və pula ehtiyacı olmasından istifadə edərək onlara təkliflər irəli sürür.

Bu tələyə düşən qadınlardan biri Sonxeber.az-a müraciət edib.

25 yaşlı Aynur Səlimova ( ad şərti) Aytən Sonsuzluq Mərkəzinə yumurta hüceyrələrini satdıqdan sonra səhhətində problemlərin olduğunu bildirib:

"Folekul donoru ilə bağlı elanı sosial şəbəkədə gördüm. Toma adlı qadın "İstagram"da folekul donoru ilə bağlı paylaşımlar edirdi. Maraqlı gəldiyi üçün onunla əlaqə saxladım. 400-700 manat aralığında mənə pul təklif olundu. Toma adlı qadın mənə prosesin çox sadə olduğu deyilirdi. Mənə Aytən Sonsuzluq Mərkəzinə yaxınlaşmağım deyildi. Müayinədən sonra donor kimi uyğun bildilər. 11 gün ərzində mənə hormonal iynələr vuruldu. 27 mayda əməliyyat olundum. Məndən 28-29 yumurta hüceyrələri götürüldü. Əməliyyatın yaxşı keçdiyini söylədilər. Mənə ilkin olaraq 400 azn pul verdilər.

Mənə deyilmişdi ki, əməliyyat çox sadədir. Ağrısız-qansız 5 dəqiqəlik maye toplanması olacaq. Əməliyyatın səhərisi günü vəziyyətim pisləşdi. Mayın 30-da isə isə vəziyyətim daha da ağırlaşdığı üçün təcili tibbi yardım çağırıldı. Təcili tibbi yardımla Caspian hospitala aparıldım. Bu zaman Toma xanım mənə kiçik miqdarda pul göndərdi ki, burada müalicə ala bilim. İyunun 2-də yenidən xəstəxanaya aparıldım. Qarnımda 2 litr maye olduğu deyildi. Mayənin çəkilməsi üçün iyunun 3-də yenidən əməliyyat oldum. Bu əməliyyatdan sonra vəziyyətin düzəlməyə başladı.

Əməliyatdan sonra vəziyyətimin ağırlaşacağını gözləmirdim. Verdiyi ödənişin hamısını müalicəyə xərclədim. Mənim vəziyətimin belə pisləşməsinin səbəbi nə idi anlamadım, Verdiyi ödənişdən mənə heç bir qazanc qalmadı. İndi hələ də tam sağalmamışam, qarnımda və ayaqlarımda şiş var. Rahat hərəkət edə bilmirəm".

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...