Anons

28-05-2024, 20:59- Rəşid Piriyevin bunlardan xəbəri varmı?!-Rüşvət,süründürməçilik,bürokratik əngəllər və daha nələr-nələr.....

Dünən, 16:34- Gürcü yazıçı: Azərbaycan torpaqlarının işğalı zamanı digər xalqların susması daha böyük fəlakətlərə yol açdı

Dünən, 15:50- Paşinyan nəyi imitasiya edir? - Erməni baş nazirin oyunları

Dünən, 14:56- Neft sektorunu `solduran` `BAHAR`... - AXI NİYƏ?

Dünən, 14:17- Türkiyə XİN başçısı: “Bir millət, iki dövlət” devizi ilə qardaşlığımız əbədi qalacaq

Dünən, 13:49- Daşkəsəni Əhəd Abıyev sürücüsünün əli ilə ədarə edir - İLGİNC FAKT

Dünən, 12:43- "Biz istehlakçılar axmağın dal ayağı rolundayıq?" - ETİRAZ

Dünən, 12:00- Hər halda dövlətimiz bura pul ayırıb... - Pul da yoxdur, görülməli olan iş də...

Dünən, 11:19- "Gərək dil tarixindən o qədər məlumatsız olasan ki, səni belə aldadalar..." - BU NƏDİ BELƏ?!

Dünən, 10:47- Deputatın tikdiyi binalarda dərd bir deyil... min deyil... - FAKT BUDUR!

Dünən, 08:41- DOKTOR ZARİNA ŞİXZADAYEVA UŞAQLARDA AUTİZM HAQQINDA

Dünən, 06:29- Bu gün Milli Qurtuluş Günüdür

Dünən, 06:29- Bu gün Milli Qurtuluş Günüdür

14-06-2024, 23:18- Prezidentdən Milli Qurtuluş Günü paylaşımı - Foto

14-06-2024, 18:52- Bakı Xoreoqrafiya Akademiyasında “Son zəng” tədbiri keçirilib

14-06-2024, 18:43- Dövlət Su Ehtiyatları Agentliyində BÖYÜK İXTİSAR ANONSU...

14-06-2024, 18:12- Naxçıvanda Ceyhun Hüseynovun hüzr mərasimindən VİDEOREPORTAJ

14-06-2024, 17:58- Nazir Kardiologiya Cəmiyyətinin sədrinə yüksək vəzifə verdi - ƏMR

14-06-2024, 17:08- Zaur Mikayılov yüksək vəzifə verdiyi qudasını işdən çıxarıb?

14-06-2024, 16:06- Ermənistanda hərbçi güllə yarasından öldü

Haqqımızda Əlaqə

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində “soyuq” savaş – Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Tarix:23-05-2024, 09:59

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində “soyuq” savaş – Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı Məcnun Məmmədov kənd təsərrüfatı naziri təyin edildikdən sonra qurumda hələ ki ciddi dəyişiklik olmayıb.

Yenicag.az-a daxil olan məlumata görə, Kənd Təsərrüfatı Nazirliyində söz sahibi olan bir neçə məmurun yaratdığı qruplaşmalar arasında gizli savaş gedir.
Belə ki, nazir müavini Sərvan Cəfərovun digər müavin Elçin Zeynalova qarşı gizli mübarizəyə qoşulduğu iddia edilir.

Daxil olan məlumatda qeyd edilir ki, Sərvan Cəfərovu Elçin Zeynalova qarşı “dolduran”, daha doğrusu, yönəldən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Fəda Abbasovdur. Belə ki, Fəda Abbasov Elçin Zeynalov tərəfindən sıxışdırıldığını və buna görə nazir müavinindən, himayəçisi olan digər müavin Sərvan Cəfərova şikayətçi olub.

Məlumatda Elçin Zeynalovun Fəda Abbasovu sıxmasının arxasında isə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktorunun işğaldan azad olunmuş ərazilərdəki əkin sahələri və mal-qara təsərrüfatının hesabına ətrafı ilə birlikdə ciddi gəlir əldə etməsi iddia edilir. İddia edilir ki, Fəda Abbasovun gizli əməliyyatlarından xəbər tutan Elçin Zeynalovun ona nəzarəti gücləndirməsi “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktorunu qorxuya salıb. Məlumatda bildirilir ki, məhz buna görə də Fəda Abbasov Elçin Zeynalova qarşı digər nazir müavini olan və himayədar hesab etdiyi Sərvan Cəfərovla birləşərək “gizli” savaş açıb.

Mənbəmiz qeyd edir ki, Kənd Təsərrüafatı nazirinin müavinləri arasında başlayan daxili çəkişmə çox güman ki, Fəda Abbasovun direktorluğuna son qoyacaq.

“Çünki nazir Məcnun Məmmədov “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-ni ciddi şəkildə yoxlatdırsa, bu zaman qurumda milyonluq maxinasiyaların üstü açıla bilər.

Hələ ki Fəda Abbasov əlindəki rıçaqlar hesabına nazirliyin Daxili nəzarət və audit şöbəsini əlində saxlaya bilir. “Ancaq məsələyə nazir Məcnun Məmmədov qarışsa, o zaman “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktorunun həbsi ilə nəticələnə də bilər”, – deyə mənbəmiz bildirib.

Yenicag.az yazıda sadalanan məsələlərlə bağlı adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazır olduğunu bildirir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...