5-07-2025, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...
5-07-2025, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı
5-07-2025, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?
5-07-2025, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….
5-07-2025, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?
5-07-2025, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır
4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq
4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”
4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi
4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal
4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma
3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
"Ali Məhkəmə Kassasiyanı mümkün saymayaraq kassasiya şikayətinin qəbulundan imtina etdi..." Dia-az.info xəbər verir ki, bu müjdəni Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin (NHMT) sədri Mirvari Qəhrəmanlı açıqlayıb.
Hüquq müdafiəçisi baş verənlərlə bağlı bunları söyləyib: "Abdullayev Nəriman Bəxtiyar oğlunun 2-ci qrup əllil olması Ali Məhkəmə tərəfindən də təsdiq olundu. Uzun sürən araşdırmanın nəticəsində ədalət bərqərar olundu.
Neftçi Nəriman Abdullayev:
-1988-ci il noyabrın 2-də, Əmək Məcəlləsinə əsasən, işdən azad edilib, belə ki, ikinci qrup əlilliyə gətirib çıxaran peşə xəstəliyinə tutulub. Onun ayaqları tutulub. İki il yataq xəstəsi olub. Müalicə olunub və 1993-cü ildə yenidən işə qəbul olunub.
-2006-cı il dekabrın 31-də gecə Qum adası yatağında növbə dəyişikliyi zamanı qazma qurğusundan gəmiyə keçərkən eniş meydançası qırılıb və Abdullayev dənizə düşüb.
-2007-ci ilin oktyabrında Xəzər dənizində qazma quyularında onurğa sütunundan növbəti istehsalat xəsarəti alıb. Oktyabrın 22-də onurğa sütunundan əməliyyat olunub. Dəfələrlə stasionar xəstəxanalarda müalicə alıb.
-2008-ci il iyunun 21-də onurğa sütununda istehsalat xəsarəti, peşə xəstəliyi və ikinci qrup əlillik səbəbindən işdən azad edilib. 15 ildən çox imtiyazlı iş stajına malikdir.
2008-ci il iyunun 21-dən 2021-ci il iyunun 24-əqədər əlillik pensiyası alırdı. 30.06.2021-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən əlillik dayandırıldı.İddiaçının şikayəti bütan məhkəmə instansiyalarında təmin olunsa da, Agentlik neftçinin əlilliyini tanımaq istəmirdi(????)
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının müdafiə etdiyi İddiaçı Abdullayev Nəriman Bəxtiyar oğlunun (Qum Adası NQÇİ-də iş yerində xəsarət almış)cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı 30.06.2021-ci il tarixdən etibarən dayandırılan 2-ci dərəcə əlilliyinin müddətsiz müəyyən olunması haqqında iddiası Ali Məhkəmənin 2-1(102)-147/2024 saylı, 14.05.2024-cü il tarixli qərarı ilə də təsdiqini tapdı. Və qarşı tərəfin iddiası rədd olundu!!"
Dia-az.info bildirir ki, sonda M.Qəhrəmanlı qarşı tərəfə ironik şəkildə məsləhət də verir: "Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi, bəlkə bu dəfə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəsiniz..."