Anons

Bu gün, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

Bu gün, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

Dünən, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

Dünən, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

Dünən, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

Dünən, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

Dünən, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Haqqımızda Əlaqə

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”

Tarix:16-04-2024, 19:50

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq” Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərmanla “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə dəyişiklik edilib. Dəyişikliyə əsasən, yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib. Belə ki, onlar müvafiq ərazidə məişət zorakılığının qarşısının alınması sahəsində qanunla müəyyən edilmiş tədbirlər görəcək.

Maraqlıdır, icra hakimiyyətləri məişət zorakılığının qarşısının alınmasına necə töhfə verə bilər?

Məsələyə Millət vəkil Ceyhun Məmmədov aydınlıq gətirdi. O, Bizim.Media-ya açıqlamasında təəssüflə qeyd edib ki, dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da getdikcə məişət zorakılığı halları artır:

“Təsadüfi deyil ki, bu problem də davamlı olaraq mediada da işıqlandırılır. Ona görə də bizim qarşımızda mühüm vəzifə durur. Hesab edirəm ki, Ölkə Başçısının imzaladığı məlum Fərman da bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır. Əminəm ki, Fərmanın icrası bu problemin həllinə öz müsbət töhfəsini verəcək. Ona görə də bu Fərmanı yalnız alqışlamaq lazımdır”.

Ceyhun Məmmədov hesab edir ki, məlum proseslərin tənzimlənməsində rayon icra hakimiyyətləri çox ciddi və müsbət rol oynayacaqlar:

“Təbii ki, bu mütərəqqi bir addım olacaq. Bu Fərman sübut etdi ki, məişət zorakılığının aradan qaldırılmasına dövlət özü müdaxilə edəcək. Dövlətinsə müdaxiləsi nəticəsiz qalmayacaq. Çünki ailə institutunun qorunması və möhkəmlənməsi də dövlət siyasətinin bir qoludur.

Dövlət çalışır ki, ailə sağlam təməl üzərində qurulsun, inkişaf etsin, zorakılıq halları aradan qalxsın və ortaya çıxan istənilən problem, anlaşılmazlıq zor gücü ilə deyil, qarşılıqlı anlaşma yolu ilə həll edilsin. Ona görə icra hakimiyyətləri yerlərdə məişət zorakılığını aradan qaldırmaq üçün çox iş görə bilər.

Yerlərdə nümunəvi ailə, uzunömürlü ailə modelləri təşviq edilə bilər. Ağsaqqalların, ağbirçəklərin nəsihətləri, həyat yolları nümunə kimi ictimaiyyət arasında geniş təbliğ olunar.

Zorakılığa meyilli ailələri tədricən başa salmaq olar ki, problemin həllində alternativ və daha ağrısız yollar var. Çünki məişət zorakılığından təkcə qadınlar və kişilər ziyan görmür. Bu məsələdə ən böyük zərbə uşaqlara dəyir. Bir sözlə məişət zorakılığının qarşısının alınmasının bır sıra həll yolları var. Bu yollara çıxışı isə yerli icra hakimiyyətləri təmin edə bilər”.

Bizim.Media
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...