Anons

Bu gün, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

Bu gün, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

Bu gün, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

Bu gün, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

Bu gün, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Haqqımızda Əlaqə

“Azərsu” əməkdaşları tanınmış şairin “əsəbləri ilə oynamaqdan həzz alır” – riyazi hesablamaya sığmayan suallar

Tarix:5-04-2024, 20:39

“Azərsu” əməkdaşları tanınmış şairin “əsəbləri ilə oynamaqdan həzz alır” – riyazi hesablamaya sığmayan suallar Tanınmış şair Məmməd Tahirin “Azərsu” əməkdaşı ilə mübahisəsi yaranıb.

Ovqat.com-un məlumatına görə, bu barədə şairin özü Facebook paylaşımında bildirib.

Məmməd Tahir onunla mübahisə edən şəxsin şəkilini də paylaşaraq, aralarında baş verən hadisə barədə bunları yazıb:

“Azərsu” əməkdaşları tanınmış şairin “əsəbləri ilə oynamaqdan həzz alır” – riyazi hesablamaya sığmayan suallar

“Bu gördüyünüz adam Suraxanı rayon Sukanal idarəsinin əməkdaşı Xəyal Həsənzadədir. Bu gün, yəni Aprelin 5-də təkidlə məndən 150 manat ona ödəməyi tələb edirdi. Halbuki mənim borcum 63 manat idi. Ödəmədiyimi görüb başqa iş yoldaşlarını da sahəyə çağırdı. Mən onların əməkdaşları ilə poçta gedib 100 manat ödədim. Lakin həmin şəxs bir azdan yenə mənim qapımı döyüb başqa əməkdaşlarla narahat etdi. Bu dəfə gəlişlərinin məqsədi sayğac qoymaq idi. Görünən odur ku, Xəyal adlı bu əməkdaş abonentlərin əsəbləri ilə oynamaqdan həzz alır.

Sonda sözüm Azərsu rəhbərliyinədir. Belə işçilər onlara heç də hər zaman hörmət gətirmirlər”.
“Azərsu” əməkdaşları tanınmış şairin “əsəbləri ilə oynamaqdan həzz alır” – riyazi hesablamaya sığmayan suallar

Maraqlıdır, vətəndaşın suya borcu 63 manatdırsa, ondan niyə 150 manat pul istəyir və şirkətin hesabına zorla 100 manat ödətdirirlər? Olmaya, “Azərsu” da bəzi tüccarların istifadə etdikləri sövdələşmə metodu ilə işləyirlər? Üstəlik, sövdədən əvvəl niyə pulun “Azərsu”nun hesabına yox, şəxsən işçiyə verilməsini tələb edirlər?

Bu suallara cavab axtararkən qarşımıza bir məlumat çıxdı. Sən demə, ötən ilin yay aylarında “Azərsu”nun ümumi borcu 8 milyard 36 milyon manata çatıbmış. Olmaya, şirkət yazıçının, şairin, publisistin əlavə ödənişi hesabına kəllə-çarxa çıxan borcunu bağlamaq niyyətindədir? Elədirsə, bunu neçə abunəçinin, şair demişkən, “əsəbləri ilə oynamaqdan həzz ala-ala” toplaya biləcəklər?
“Azərsu” əməkdaşları tanınmış şairin “əsəbləri ilə oynamaqdan həzz alır” – riyazi hesablamaya sığmayan suallar

Ümidvarıq ki, “Azərsu” rəhbərliyi bizim riyazi hesablama qabiliyyətimizi aşan bu çətin suallara aydınlıq gətirəcək.(Ovqat.com)скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...