Anons

Bu gün, 12:10- Tanınmış jurnalist “Kəpəz Hospital”a getməməyə çağırdı

Bu gün, 11:32- Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

Bu gün, 10:55- Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR

Dünən, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Dünən, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Dünən, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Dünən, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Dünən, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Dünən, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Dünən, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Dünən, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Dünən, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

25-04-2024, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Haqqımızda Əlaqə

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

Tarix:27-03-2024, 13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...


Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 88-də yaşayan 1-ci Qarabağ Müharibəsi qazisi, 2-ci qrup müharibə əlili Rəsulov Abduləli Əhmədəli oğlu10,giriş 7, tərəfindən öölkə rəhbərliyinə müraciət ünvanlanıb.
Bir nüsxəsi də redaksiyamıza daxil olan müraciətdə deyilir:

"Çox hörmətli cənab Prezident və Müzəffər Ali Baş Komandan! Mən, bir ailənin məmur bacı qardaşlarından ibarət mütəşəkkil dəstənin dələduzluq toruna düşərək külli-miqdarda maddi ziyana düşdüyümə görə 1-ci Qarabağ Müharibəsi qazisi, 2-ci qrup müharibə əlili kimi Sizə və aidiyyatı üzrə dövlət strukturu rəhbərlərinə şikayət etməyə məcbur olmuşam. Belə ki, 2-3 il əvvəl Şəkidə tanıdığım Paşayev Surxay mənə işlədiyi KOBİA-nın xəttilə qum karyerim üçün müxtəlif avadanlıqların təşkil edilməsinə köməklik göstərmək vədi etmişdi. Sonra mənə məxsus olan “Qızıl qaya” restoranına məxsus torpaq sahəsinin sənədləşməsinə də söz vermişdir. Razılaşdığımı görüb təklif etdi ki, gəl bu restoranı qardaşım Arazın qaynım Qüdrətin adına birbaşa rəsmiləşdirək əvəzinə isə Bakıda Prezident Aparatı yanında, “Təzə bəy” hamamının qarşısında olan və qiyməti 250000 manat olan 3 otqalı mənzil və Oğuz şossesinin kənarında yerləşənvə dəyəri 200000 manat olan 1 ha torpaq sahəsilə dəyişərik. Razılaşdıq. Az sonra Surxay ( əvvəllər KOBİA-nın Şəki Regional İdarəsinin müdiri olmuş) bildirdi ki, bəs doğma bacısı Hicran Paşayeva və Araz Paşayevlər hər ikisi Təhsil Nazirliyində yüksək vəzifələrdə çalışırlar. Onlar xəbər veriblər ki, Nazirlikdən Şəki Regional Təhsil Şöbəsinə ayrılmış 11 ədəd vacant iş yerləri vardır ki, onlar üçün pulu olan adamlar tapsın. O mənim yanımda bu barədə dəfələrlə bacısı Hicran xanımın köməkçisi Nigar xanımla və qardaşı Arazla bu barədə tez tez danışır və müzakirələr edirdilər.Və mənə də işin real olduğunu bildirdi. Mən “Qızıl qaya” restoranı ilə Suraxyın qaynı Qüdrətlə olacaq mübadilə sövdələşməsinin xatirinə belə adamlar tapmağa söz verdim . Nigar xanımın Surxayın votsap nömrəsinə göndərdiyi vacant yerlərin siyahısı, əmək haqqı cədvəlini 2023-cü ilin fevralın 13-də göndərmişdi. ( sənədlər əlavə edilir) Həmin ilin 17 martında isə Təhsil Nazirliyindən Nigar xanım tapdığımız adamlardan yığılan pulların köçürülməsi üçün Surxayın votsap nömrəsinə 17 mart 2023-də özünə məxsus Leo bank kartının 4098584465839999 nömrəsinin fotosunu da göndərmişdir. Bundan sonra mən Şəkidə olan tanışlarımın razılığı ilə onların sənədlərini də Surxaya verdim O da Təhsil Nazirliyinə göndərdi. Bundan sonra Surxay Şəkidə 11 saylı tam orta məktəbdə keçirilməsi nəzərdə tutlan imtahandan bu 11 nəfəri keçirib 11 aprel 2023-də də əmrlərini verdirməli idi. CVə bunun üçün 11 nəfərin adına Təhsil Nazirliyində yazılmış imtahan buraxılış vərəqələrini göstərdi. Sonra Surxay dedi ki, 11 nəfərin hamısı imtahandan uğurla keçib. Mən də danışlan kimi yığılan 54800 manat pulu verdim Surxaya . 10 gün sonra isə Surxayın Şəkidə yaşayan atası Nadir Paşayev əvvəlcə tanışı Vidadini və Surxayı mənim yanıma göndərib ki, nə qədər borc var? Surxay da şifahi dedi və Vidadi də siyahını yazıb getdilər. Səhəri gün Vidadi mənim yanıma gəlib dedi ki, daha o pul verən adamların işləri düzəlməyəcək. Və sonra Surxayın atası mənə zəng etdi ki, gəl evdə görüşək. Getdim. Evdə oğlu Araz , anası və özü vardı. Nadir mənə dedi ki, səndən əvvəl bura gələn və iş üçün 15000 manat verən Vidadi verdiyi pulu bağışladı ki, biz şikayət verməyək. İndi sən də 11 nəfərdən alıb Surxaya verdiyin ( 54000 manatı) pulları bağışlamasın prokurorluğa şikayət edəcəyik ki, oğlumu aldadıb pul veriblər. Razılaşmadım. 30 dəqiqə sonra Şəki rayon Prokurorluğundan prokuror köməkçisi Mazan adlı şəxs zəng edib prokurorluğa gəlməyimi istədi. Getdim. Prokuror köməkçisi Mazanın otağında Nadir və Surxay vardı. Otağa daxıl olan kimi Nadir məni şantaj etməyə başladı ki, bu adam məni və ailə üzvlərimi öldürməklə hədələyir. Dərhal gizli sövdələşmə ilə mənə qarşı qurulan teatrı başa düşdüm. Mazan mənə dedi ki, camaatdan yığılan rüşvət pullaerını geri qaytarmaq lazımdır. Dedim ki, Arazın qardaşı qoy tapsın versin. 2 saatdan sonra isə məni Şəki Polis Şöbəsinin istintaq şöbəsi rəisi Şaiq müəllim çağırdı. Orada da Araz Surxay və Nadir vardı. Məlum oldu ki, Bakıdan gələn Araz istəmir ki, onun adı dələduzluq işlərində hallansın. Onun adından yığılan pullara görə çox narahatdır. Müstəntiq Şaiq Surxaydan soruşanda ki, nə qədər pul almısan. Cavab Verdi ki, 34400 AZN, sonra müstəntiq mənə dedi ki, qalan 22400 manatı da sən Abduləli ödəməlisən ki, məsləni bağlayaq. İş məhkəməyə getməsin. Sonra əlavə etdi ki, əgər 22400 manat pul qayıtmasa o zaman pul verən əsas da xanımları bura dəvət edib izahat alacağıq ki, kimə nə qədər rüşvət veribdir və nəyə görə veriblər. Mən Paşayevlər ailəsinin əvvəlcədən hazırladıqlaerı tora düşdüyümü anladım. Və xanımların polisə gəlib izahat vermələrinin yaxşı səslənməməsi üçün məcbur olub Unibankdan kredit götürüb gətirib adamlara payladım. Halbuki, Surxay 11 nəfər üçün Təhsil Nazirliyinə hər adam üçün çatacaq 2000 manat, Şəki Regional Təhsil İdarəsinə çatacaq 1500 manatın cəmi hesabını etiraf etmişdir. Qalan və özü xərclədiyi pulları isə mənim ödəməyimə nail oldular. Nadir, Surxay və Araz ailə üzvlərinin mənim etimadımdan süi-istifadə edərək Təhsil Nazirliyinin ayırdığı 11 vakant yer üçün Surxay vasitəsilə aldıqları 54800 manat pulu dələduzluq yolu ilə tam mənimsəmək üçün bacısı Hicran və qardaşı Araz işləri baş tutmadığına görə ( bizə məlum olmayan səbəblərdən) ataları Nadir vasitəsilə şikayət verilərək ( qabaqgəlmişdik edərək) dəstə halında mənimsədikləri 22400 manat pulu polis və prokurorluğa sifarişli şikayətlə zərəçəkmişlərə mənim hesabıma ödətdirmişlər. Halbuki, yığılan pulların hamısı Surxaty vasitəsilə TN-nin məsul işçiləri olan bacıs Hicranın köməkçisi Nigarın bank kartına köçürülməsklə və qardaşı Arazla əlbir olaraq mənimsəmişlər. çox təəssüflər olsun ki, Şəki rayon Prokurorluöunda Paşayevlərdən ibarət ailə üzvləri olan TN-nin dövlət məmurlarının qulluq mövqelərindən süi-istifadə halları, vəzifə saxtakarlığı, sənəd saxtakarlıqları və dələduzluq cinayətləri araşdırlmamaış, işi dərhal polis şöbəsinə yönəldərək cinayəti araşdırmadan, mənə 22400 mant pul ödətdirməklə ört basdır etməyə çalışmışlar. Halbuki yığılan pulların hamısını sənədlə Surxaya vermişdim.

Cənab Prezident və cənab Baş prokuror! Sizlərdən çox xahiş edirəm ki, əvvəlcədən mənə qarşı bu vəzifəli Paşayev ailə üzvlərinin həyata keçirdikləri dələduzluq əməlləri sayəsində 22400 manat zərər vurduqlarına görə maddi ziyanın mənə ödənilməsi və dələduz dəstənin əməllərinə hüquqi qiymətin verilməsinə göstəriş verəsiniz".(dia-az.info)
Qarşı tərəfin cavab haqqını tanıyırıq.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...