Anons

Bu gün, 12:10- Tanınmış jurnalist “Kəpəz Hospital”a getməməyə çağırdı

Bu gün, 11:32- Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

Bu gün, 10:55- Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR

Dünən, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Dünən, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Dünən, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Dünən, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Dünən, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Dünən, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Dünən, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Dünən, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Dünən, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

25-04-2024, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Haqqımızda Əlaqə

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Tarix:25-03-2024, 12:00

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA Azərbaycan Ordusunda gənclərin hərbi xidmətə çağırış yaşı 18-dir. Son günlər sosial şəbəkələrdə həqiqi hərbi xidmətə çağırış yaşının artırılması ilə bağlı müzakirələr aparılır. Bəzi şəxslər hesab edir ki, 18 yaşlı bir gənc hərbi xidmətə hazır olmur. Buna görə də yaş həddi artırılmalıdır.

Bəs görəsən, ekspertlər bu mövzuda nə düşünürlər?

Ehtiyatda olan polkovnik Şair Ramaldanov mövzu barədə Bizim.Media-ya danışarkən bildirib ki, 18 yaş hərbi xidmət üçün çox tezdir:

“Təcrübə də bunu deyir. Kişilik, iradə, müstəqil qərar qəbul etmək 18 yaşda yeni formalaşmağa başlayır. Bundan əlavə, hərbi texnikalar sovet dönəmindən fərqlənir. Artıq yanaşmalar, tələblər başqadır. 18 yaşında gənclər psixoloji olaraq hərbiyə hazır olmurlar. Müasir dövrdə bu, daha tez özünü büruzə verir.

Bundan əlavə, ali məktəbə qəbul imtahanından kəsilən şəxsləri əsgərliyə aparmaqla onları növbəti il hazırlaşıb qəbul olmaq imkanından məhrum edirik.

Məsələn, qardaş Türkiyə dövlətində hərbiyə çağırış 21 yaşdır. Bu, çox düzgün yanaşmadır. 21 yaşda fərd həm kişi kimi formalaşmış olur, həm də təhsil mövzusunu yekunlaşdırır. 18 və 21 yaşlı gəncin arasında həm həyata, həm hərbi xidmətə, həm də hansısa işi yerinə yetirməsində böyük fərq var. Məktəb masasından çıxan kimi gəncləri hərbiyə aparmaq doğru deyil”.

Ş.Ramaldanov qeyd edib ki, hərbi xidmətə çağırış 20-21 yaş olsa, bu həm əsgərə, həm də ordumuza çox xeyirdir:

“21 və 18 yaşlı gənclərin döyüşə girməsində və döyüşü aparmasında ciddi fərq var. Azərbaycan Ordusu professionaldır, fikrimcə, əsgər tələbatını 18 yox, 20-21 yaş aralığında etsək, daha çox effektiv və düzgün olar”.

“18 yaşda hərbi xidmətə getməyin heç bir problemi yoxdur”

Psixoloq Ülviyyə Murtuzova bildirib ki, yeniyetmələrdə keçid dönəmində şəxsiyyət tipinin formalaşması 13-18 yaşlarında olur:

“Hər bir şəxsdə fərdi və kimlik konsepsiyası bu yaşda özünü göstərir. Vətənpərvərlik hissi 13 yaşından etibarən inkişaf edir. 18 yaşdan sonra vətənpərvərlik hissini aşılamaq çətin olur.

Min vasitə ilə hərbi xidmətdən yayınmaq istəyənlər var. Bunların problemi övladda deyil, birbaşa valideyndədir.

13-18 yaş arasında valideyn övladında problem görürsə, bunu müalicə etdirməlidir. Bəzi uşaqlar o şıltaqlığı və ərköyünlüyü əsgərlik dönəmində düzəldirlər. Fərd bu dönəmdə başa düşür ki, həyat mübarizədən ibarətdir. Bioloji və psixoloji immunitetində problem olmayan şəxslərin 18 yaşında hərbi xidmətə getməsində problem yoxdur”.(Bizim.Media)скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...