Anons

Bu gün, 11:32- Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

Bu gün, 10:55- Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR

Dünən, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Dünən, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Dünən, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Dünən, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Dünən, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Dünən, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Dünən, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Dünən, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Dünən, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

25-04-2024, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

Haqqımızda Əlaqə

Vergi Xidməti bu müəmmanı açacaqmı? - Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur

Tarix:18-03-2024, 14:35

Vergi Xidməti bu müəmmanı açacaqmı? - Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur Ötən il Bakıda tanışlarının adına müxtəlif ünvanlarda Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradan şəxs həbs edilməsi barədə məlumat yayılmışdı. Məlumatda qeyd edilirdi ki,sahibkar müxtəlif tanışlarının adına MMC-lər açmaqla pul qazansa da, vergi borcunu ödəməkdən boyun qaçırıb. Bir neçə gün əvvəl isə dövlət büdcəsinə 5 milyon manata yaxın vergi borcunu ödəməkdan yayınan şəxsə hökm oxunduğu barədə xəbərlər yayılıb.

Qeyd edək ki, vergi cinayətləri sahəsində rast gəlinən əsas hallardan biri müxtəlif ünvanlarda çoxsaylı hüquqi şəxslərin yaradılması, faktiki fəaliyyət göstərərək gəlirlər əldə edilməsi, bununla belə vergi orqanlarına sahibkarlıq faəliyyətindən əldə olunmuş gəlirlər və xərclər barədə bəyannamələrə bilərəkdən təhrif olunmuş məlumatların daxil edilməsi ilə bağlıdır.

Aktualinfo.org bununla bağlı silsilə araşdırmalar aparmış və bir çox dövlət orqanları ilə sahibkarların işbirliyində olduğunu sübut edən faktlar aşkar etmişdi. Belə faktlardan biri də Kərimova Qənirə Məzahim qızının adına yaradılmış MMC-lərlə bağlıdır. Qeyd edək ki,sözügedən şəxs 08.04.2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində adına 5 MMC yaratmışdır. Yalnız 2022-ci ildə bir neçə dövlət qurumu tərəfindən keçirilmiş onlarla satınalmanın qalibi olmuş, daha sonra fəaliyyətini dayandırmışdır.

Maraqlıdır ki, bir ünvanda onlarla şirkət dövlət qeydiyyatına alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi də eyni şəxslər olub. Kərimova Qənirə Məzahim qızı eyni gündə, eyni ünvanda və eyni nizamnamə kapitalı ilə qeydə alınan 5 şirkətə – “MF-SISTEM” MMC ((VÖEN- 1307660171), “UNI SERVIS TC” MMC (VÖEN-1307659781), “ORION MS” MMC (VÖEN-1307660041), “LM HOLDINQ-L” MMC (VÖEN-1307659801) və “ART DIZAYN-TS” MMC-yə (VÖEN-1307659931) rəhbərlik edib.

Onların qalibi olduğu satınalmalara diqqət yetirək:

“Qubadlı” Əlahiddə Sərhəd Diviziyası avtomobillər üçün ehtiyat hissələrinin satın alınması üzrə 30.406 manat dəyərində müqavilə “MF-SISTEM” MMC ilə 05.10.2022-ci ildə bağlanılıb.

Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun təcrübə-sınaq işlərinin aparılmasının satın alınması üzrə keçirdiyi açıq tenderdə 165.000 manat dəyərində müqavilə “MF-SISTEM” MMC ilə 13.09.2022-ci ildə bağlanılıb.

Məlumat üçün bildirək ki, 30 min manatlıq tender müsabiqəsinin qalibi olan “MF-SISTEM” MMC tender elanından təxminən 3 ay əvvəl dövlət qeydiyyatına alınıb. Qalib şirkət isə 08.04.2022-ci il tarixində qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan “MF-SISTEM” MMC-nin hüquqi ünvanı “Yasamal rayonu, H.Q.Mustafayev, ev 11”-də yerləşir. Dövlət vergi xidmətinin vergi uçotuna alınmış vergi ödəyiclərinin məlumatlarında MMC-nin fəaliyyətinin dayandırıldığı göstərilir. MMC-nin hazırkı günə 18 549.8 manat vergi borcu var.

Qanuni təmsilçisi Kərimova Qənirə Məzahim qızı olan digər MMC “ORION MS”-dir.

2 nömrəli Bakı Baza Tibb Kollecinin abadlıq işləri üzrə keçirdiyi kotirovka sorğusunda 9.685 manat dəyərində müqavilə “ORION MS” MMC ilə 25.10.2022-ci ildə bağlanılıb.

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin onlayn sorğu internet portalının yaradılması üzrə keçirdiyi kotirovka sorğusunda 30.850 manat dəyərində müqavilə “ORION MS” MMC ilə 03.10.2022-ci ildə bağlanılıb.

Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecnin istehlak yönlü müxtəlif xidmətlər üzrə keçirdiyi kotirovka sorğusunda 14.445 manat dəyərində müqavilə “ORION MS” MMC ilə 02.07.2022-ci ildə bağlanılıb.

Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin avadanlıqların, ehtiyyat hissələrinin satın alınması üzrə keçirdiyi kotirovka sorğusunda 14.021 manat dəyərində müqavilə “ORION MS” MMC ilə 02.06.2022-ci ildə bağlanılıb.

MMC 08.04.2022-ci ildə dövlət qeydiyyatına alınıb. Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiclərinin məlumatlarında MMC-nin fəaliyyətinin dayandırıldığı göstərilir. MMC-nin hazırkı günə 69 403.22 manat vergi borcu var.

Kərimova Qənirə Məzahim qızının qanuni təmsilçisi olduğu bir MMC-də “LM HOLDINQ-L”-dir.

1 nömrəli uşaq Somatik sanatoriyasının dəftərxana və təsərrüfat malları üzrə keçirdiyi kotirovka sorğusunda 20.968,7 manat dəyərində müqavilə “LM HOLDINQ-L” MMC ilə 30.09.2022-ci ildə bağlanılıb.

MMC 08.04.2022-ci ildə dövlət qeydiyyatına alınıb. Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiclərinin məlumatlarında MMC-nin fəaliyyətinin dayandırıldığı göstərilir. MMC-nin hazırkı günə 1 937.37 manat vergi borcu var.

Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin tibbi avadanlıqların əsaslı təmirinin satın alınması üzrə keçirdiyi kotirovka sorğusunda 164.670 manat dəyərində müqavilə “UNI SERVIS TC” MMC ilə 04.07.2022-ci ildə bağlanılıb.

MMC 08.04.2022-ci ildə dövlət qeydiyyatına alınıb. Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiclərinin məlumatlarında MMC-nin fəaliyyətinin dayandırıldığı göstərilir. MMC-nin hazırkı günə 2 556.45 manat vergi borcu var.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəftərxana ləvazimatının alınması üzrə keçirdiyi açıq tenderdə 199.637 manat dəyərində müqavilə “ART DIZAYN-TS” MMC ilə 27.05.2022-ci ildə bağlanılıb.

MMC 08.04.2022-ci ildə dövlət qeydiyyatına alınıb. Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiclərinin məlumatlarında MMC-nin fəaliyyətinin dayandırıldığı göstərilir. MMC-nin hazırkı günə 12 135.2 manat vergi borcu var.

Göründüyü kimi Kərimova Qənirə Məzahim qızının qanuni təmsilçisi olduğu MMC-lər təkcə 2022-ci ildə onlarla satınalmanın qalibi olub. Bu şirkətlər bir neçə aydan sonra külli miqdarda vergi borcu yaradaraq fəaliyyətlərini dayandırıb. Kərimova Qənirə Məzahim qızının qanuni təmsilçisi olduğu 5 MMC-nin hazırda dövlətə ümumi olaraq 104 580 manat vergi borcu var.

Kərimova Qənirə Məzahim qızının MMC-ləri dövlət qeydiyyatına aldığı ünvanda ,Yasamal rayonu, H.Q.Mustafayev, ev 11-də bir neçə müəmmalı MMC-də Talıblı Lamiyə Ədixan qızının adına yarıdalıb. Onlar “ECHO MOON LT”, “DELTA AS LT” “QLOBAL 18 CORP” “ORLONDO 05 CORP” MMC-ləridir. Hələ 2022-ci ildə bu MMC-lərin dalbadal şübhəli tenderlər udduğu dövrdə yazdığımızdan mövzuya bir daha ətraflı toxunmaq istəməzdik. Daha ətraflı bu linkdən tanış ola bilərsiniz: https://aktualinfo.org/2022/09/26/tender-bazarinin-yeni-ulduzu-talibli-lamiy%C9%99-kimdir/

Hazırda Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiclərinin məlumatlarında MMC-lərin hamısının fəaliyyətinin dayandırıldığı göstərilir. Hamısı da özündən sonra külli miqdarda vergi borcu qoyduqdan sonra.

“ECHO MOON LT” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına olan vergi borcu: 21 106.53 manat.

“DELTA AS LT” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına olan vergi borcu: 56 245.11 manat.

“QLOBAL 18 CORP” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına olan vergi borcu: 9460.72 manat.

“ORLONDO 05 CORP” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına olan vergi borcu: 33 556.99 manat.

Talıblı Lamiyə Ədixan qızının adına yarıdılmış MMC-lərin vergi borcu isə hazırki günə ümumi olaraq 120 367 manat təşkil edir. Göründüyü kimi iki xanımın adına bir ünvanda yaradılmış MMC-lərin 220 min manatdan çox vaxtında ödənilməyən vergi borcu var və artıq fəaliyyətlərini dayandırıblar.

Bəs xüsusi ixtisas və təcrübə tələb edən bu işləri görmək üçün peşəkarlığa və təcrübəsi nəzərə alınmayan, cəmi 2-3 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərə bu kimi şəraiti kimlər yaradır? Bu mövzuya bir dəfə toxunmuşduq və bir daha xatırlatmaq istərdik ki, bu xanımların sahibkarlıq fəaliyyəti haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Bəs onda bu xanımlar kimdir? Abadlaşdırma, yaşıllaşdırma, təmir-tikinti və digər qalibi olduqları bir çox işlərdən təsəvvürləri belə olmayan ya evdar qadınlar, yaxud da hansısa vəzifəli şəxslərin qohumları, yaxınlarıdır. Hansıkı, onların adına formal yardılmış MMC-lər vasitəsi ilə hər il külli miqdarda dövlət vəsaitləri talan edilir.

Aktualinfo.orgскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...