Anons

Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

2-07-2025, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

2-07-2025, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

2-07-2025, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

2-07-2025, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Haqqımızda Əlaqə

"Bəs sonra sizi mənim əlimdən kim alacaqdı?" - ETİRAZ

Tarix:18-03-2024, 10:13

"Bəs sonra sizi mənim əlimdən kim alacaqdı?" - ETİRAZ "TƏBİB-də hörmət etdiyim əməkdaşlar var. Amma bu, o demək deyil ki, susacam. Günorta qardaşım həyəcanla zəng edib, arxadan da oğlunun qışqırıq və ağlaşma səsi gəlir. Uşaq da 1 yaş 7 aylıqdır. Deyir, Məhərrəm, uşaq yıxılıb, başı yarılıb, dəhşət qan gəlir, poliklinikalar bir-birinin üzərinə atır, heç kim baxmır". Dia-az.info bildirir ki, bunu jurnalist Məhərrəm Əliyev öz etiraz müraciəttində ifadə edib.
Narazı vətəndaş daha sonra bildirir: "Deməli, birinci aparıblar, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 5 saylı bölməsinə. Həkimlər deyiblər ki, uşaq xəstəxanasına aparın, baxa bilmərik. Qardaşım deyib ki, uşaq qan itirir, bəs sizin insafınıza nə gəlib? Barı sarğı qoyun, onu da etməyiblər.
Deyir, orada heç kim baxmadı, yaxın olduğu üçün uşağı qan itirə-itirə 20 saylı şəhər poliklinikasına apardıq. Orada da əvvəlcə heç kim baxmaq istəməyib, səs-küy salandan sonra sarğı qoyublar. Bu söhbətin, davanın fonunda da uşaq başından qan itirir.
İndi əsas məsələyə gələk. Adını qoymusunuz, "Təcili və Təxirəsalınmaz Tibbi Yardım". Hansı "Təcili və Təxirəsalınmaz Tibbi Yardım"dan söhbət gedir ki, körpə uşağın başından qan gedir, erməni kimi həkimləriniz yaxın durmur?
Protokol filan deyirsiniz, heç onu da anlamıram. Lap deyək ki, uşaq xəstəxanasına aparmalıdır. Ay beyinsizlər, bu uşağı tıxacda aparana kimi kifayət qədər qan itirəcəkdi, bəs sonra sizi mənim əlimdən kim alacaqdı?
Qaydalarla hərəkət edirsiniz, etmək istəyirsiniz, etməyə çalışırsınız, yaxud da bizi aldadırsınız, cəhənnəm, bunu anlayıram, bəs sizin olmayan Hippokrat andınıza nə gəlib? Görürsünüz ki, uşaq qan itirir, sarğı qoymağa niyə canınız çıxır?
Vallah, deyəndə ki, cəlladsınız, inciyirsiniz. Bu, cəlladlıq deyilsə, nədir?
Allah bu yazıq camaatı bizim həkimlərə möhtac etməsin, başqa heç nə demirəm.
Heç kim də gəlib malalamasın. Vətəndaşların mövzularını malalayırsınız, amma bunu edə bilməyəcəksiniz. Vaxtınız olanda vicdanınızı sorğulayın, əgər varsa..."(Dia-az.info )
"Bəs sonra sizi mənim əlimdən kim alacaqdı?" - ETİRAZскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...