Anons

Bu gün, 12:10- Tanınmış jurnalist “Kəpəz Hospital”a getməməyə çağırdı

Bu gün, 11:32- Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

Bu gün, 10:55- Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR

Dünən, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Dünən, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Dünən, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Dünən, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Dünən, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Dünən, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Dünən, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Dünən, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Dünən, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

25-04-2024, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Haqqımızda Əlaqə

Bakıda həbsdə olan separatçılar Paşinyana qarşı danışmağa başlasa... - ŞƏRH

Tarix:16-03-2024, 17:55

Bakıda həbsdə olan separatçılar Paşinyana qarşı danışmağa başlasa... - ŞƏRH

Bakıda həbsdə olan separatçılar Paşinyana qarşı danışmağa başlasa... - ŞƏRH


“Danışıqlar zamanı Ermənistanın Azərbaycana qarşı beynəlxalq məhkəmə instansiyalarına şikayətlərinə son verilməsi məsələsi müzakirə olunub”. “Yeni Müsavat” yada salır ki, baş nazir Nikol Paşinyan mətbuat konfransında belə söyləyib.

“Bizim mövqeyimiz ondan ibarətdir ki, bu, əslində sülh müqaviləsinin müddəaları artıq razılaşdırıldığı və tərəflərin onu imzalamağa hazır olduğu aydın olacaq bir halda, yəni ən sonda müzakirə oluna biləcək bir məsələdir. Bu, məntiqlidir, çünki tərəflər razılığa gəlsələr və imzalanma mərhələsinə çatsalar, hər iki tərəfin də belə bir qərara gələcəyini istisna etmirəm və hətta məntiqli sayıram”, - deyə Paşinyan bildirib. Belə çıxır, sülh müqaviləsi Ermənistana qarşı təzminat davasını gündəmdən çıxaracaq? Yəni Nikol belə iddia edir. Ümumiyyətlə, perspektivdə belə bir şey mümkündürmü? Bu nədir, İrəvanın sülhlə bağlı daha bir şərti, yoxsa? Bu xüsusda rəsmi Bakı həbs etdiyi, hələ məhkəmələri başlamayan separatçı-cinayətkarların ifadələrindən necə faydalana bilər?

Qarabağ məsələsi hərbi baxımdan bitdi, amma Ermənistanın cavabdehliyi hüquqi baxımdan bitməyib. Və Ermənistanın rolunu mümkün olduğu qədər düzgün və hüquqi mövqedən qiymətləndirsək, o zaman Ermənistanın məsuliyyəti də aşkar görünəcək. Ermənistan hər zaman Qarabağda erməni yerli idarəetməsi üzərində qanunsuz səlahiyyət sahibi rolunu oynayıb, amma beynəlxalq aləmdə tərəf olmadığını, guya bu hadisələrə heç bir müdaxilə etmədiyini göstərməyə çalışıb. Azərbaycanın dövlət, ordu, xalq birliyinin qələbə ilə başa çatan 44 günlük mübarizəsi də Ermənistanın iç üzünü beynəlxalq aləmə göstərdi. Odur ki, hələ də havadar axtarışı və qanunsuz əməllərindən qalmayan Ermənistan beynəlxalq hüququn tələbləri çərçivəsində məsuliyyətə cəlb olunmalıdır. Məsələn, Xocalı soyqırımında iştirak etmiş erməni hərbiçilər, ayrı-ayrı şəxslər məsuliyyətə cəlb olunmalıdırlar. Bu qətliamda bir də Ermənistan dövlətinin ayrıca məsuliyyəti var. Əsas məsələ də Ermənistanın dövlət olaraq məsuliyyətilə bağlıdır. Beynəlxalq hüquqa görə, bir dövlətə bağlı olan qurumlar, o dövlətin hərbçisi, polisi və sair başqa bir dövlətə ziyan vurursa, bu, birbaşa zərər verən dövlətin hərəkəti kimi qiymətləndirilir. Ermənistan məsuliyyəti Qarabağdakı yerli qurumların və erməni əhalisinin üzərinə atsa da, hadisələrə birbaşa müdaxiləsinə dair xeyli faktlar olduğu üçün bu, Ermənistanın hərəkəti sayılır. Və bu faktları məhkəmə ilə sübut etmənin ən məqbul yolu Beynəlxalq Ədalət Məhkəməsidir.

Azad Vətən Partiyasının sədri Akif Nağının “Yeni Müsavat”a bildirdiyinə görə, bu mövzuda Ermənistan öz maraqlarına uyğun çıxış edir. Partiya sədrinin fikrincə, Paşinyan bilir ki, Azərbaycan Xocalı, Qaradağlı və digər kütləvi qətliamlarla bağlı vəsatətlər qaldıra bilər: “Azad edilən ərazilər araşdırılarkən kütləvi məzarlıqlar, ermənilərin insanlıq əleyhinə törətdiyi cinayətlər ortaya çıxır. Azərbaycan bu faktlar əsasında beynəlxalq məhkəmələrə müraciət edə bilər. Ona görə Ermənistan bilir ki, Bakı tələblər səsləndirəcək, indidən təkliflər irəli sürür”. A.Nağı düşünür ki, Azərbaycan güzəştə getməməlidir: “Çünki 500 milyardlıq zərər var. Ermənistan da bundan çəkinir. Bundan əlavə, ermənilərə qətiyyən etibar etmək olmaz və beynəlxalq instansiyalara müraciət olunmalıdır. İrəvanın nə deməsindən asılı olmayaraq, Azərbaycan maraqlarına uyğun hərəkət etməlidir”.

Hüquq müdafiəçisi Xəzər Teyyublunun sözlərinə görə, hər iki tərəfin beynəlxalq məhkəmələrə müraciət etməsinə o halda son qoyula bilər ki, ortada olan problemlər həllini tapsın: “Söhbət Ermənistanın öhdəliklərini yerinə yetirməsindən gedir. 10 noyabr sənədinin hələ də icra olunmayan bəndləri var. Hazırda Orta dəhliz adlanan projenin işə düşməsi üçün nəqliyyat kommunikasiyaları blokadadan çıxmalıdır. İrəvan bu məsələdə qeyri-konstruktiv mövqe sərgiləyir. İkincisi, ərazi iddialarına son qoymalı, birdəfəlik bu məsələ qapanmalıdır. Lakin bu mövzuda da konkret addım yoxdur, çərçivə sənədi belə imzalanmayıb. Başqa bir məsələ işğal altında olan kəndləri qaytarmaqdır. Ancaq Paşinyan bu problemlə də bağlı nala-mıxa vurmağa davam edir”.

X.Teyyublu hesab edir ki, Ermənistanın beynəlxalq instansiyalara müraciət etməsi üçün heç bir maddi və mənəvi sübutu yoxdur: “Azərbaycandan nə tələb edəcəklər? Biz Ermənistan ərazisinə bir mərmi belə atmamışıq. Ancaq onlar 30 il torpaqlarımızda xunta rejimini dəstəkləyiblər, işğalda saxladıqları əraziləri dağıdıblar. Biz bu mövzuda kompensasiya tələbindən necə geri çəkilə bilərik? Söhbət bizə vurulan milyardlarla zərərdən gedir. Ancaq yenə də tərəflərin müzakirə aparması normaldır. İnanmıram ki, hansısa razılaşma əldə olunsun. Ermənistan Qarabağa vurduğu zərəri ödəməlidir. Keçmiş köçkünlər də Avropa məhkəməsinə fərdi qaydada müraciət edə, təzminat tələbi irəli sürə bilərlər. Üstəlik, həbsdə olan separatçı liderlərin ifadələri əsasında yeni iddialar qaldıra bilərik. Əgər onlar Ermənistan dövlətinin Qarabağdakı azərbaycanlı əhaliyə zərər yetirməsi haqda etiraflar etsələr, o zaman beynəlxalq müstəvidə yeni vəsatətlər qaldırmaq mümkündür”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...