Anons

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Dünən, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı

Dünən, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video

Dünən, 08:49- Azərbaycan polisi 107 yaşında

1-07-2025, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

1-07-2025, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

1-07-2025, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

1-07-2025, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

1-07-2025, 16:38- Rusiya Azərbaycana nota verib

1-07-2025, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Haqqımızda Əlaqə

Şərur sakininin Vasif Talıbov NOSTALJİSİ... - GİLEY

Tarix:24-02-2024, 16:11

Şərur sakininin Vasif Talıbov NOSTALJİSİ... - GİLEY

Şərur sakininin Vasif Talıbov NOSTALJİSİ... - GİLEY

Naxçıvan MR, Şərur rayonu, Kərimbəyli kənd sakini Hüseynov Məzahir Qurban oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, hazrda naxçıvanlılar Vasif Talıbovun "atasına rəhmət oxuyur", çünki onun dövründə indiki qədər ədalətsizlik olmayıb.
“Mən, Hüseynov Məzahir Qurban oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Deməli, fevral ayının 17-si, saat 13:05-də Şərur Rayon Polis İdarəsinin bir qrup əməkdaşı heç bir rəsmi sənəd təqdim etmədən, qanunsuz olaraq mənim obyektimdə (çay evi, mağaza, bərbərxana, yeməkxana, çörək sexində) əməliyyat axtarış tədbiri həyata keçiriblər. Obyektə baxış zamanı müstəntiq məndən soruşdu:
- Çayxanada qaçaq siqaret satırsan?
- Mən cavab verdim ki, xeyr, satmamışam.
Polislər obyekti didik-didik axtardılar, heç nə tapa bilmədilər. Daha sonra müstəntiq mənə bildirdi ki, evinizə də baxacağıq. Mən dedim ki, mənim evimə niyə baxırsınız?..

Nəhayət, bütün polislərlə birgə evə gəldik. Hamısı maşından düşəndən sonra müstəntiq dedi ki, evdə kim varsa, yolla getsin qonşuya. Həmin vaxtı iki oğlum və 94 yaşlı xəstə atam evdəydi. Yoldaşım da həmin gün Türkiyəyə getmişdi. Ayda bir dəfə evə bazarlığı biz İğdırdan edirik deyə, evdə yox idi.

Uşaqları böyük qardaşımgilə yolladım. Polislərin hamısı doldu evimizə, otaqlara baxdılar.
Atamın otağına baxanda onun sürməsindən bir blok və bir paçqa siqaretini götürüb apardılar. Həmin siqareti mən Türkiyədən gətirmişdim. Gömrükdən adama bir blok siqaret keçirməyə icazə verirlər.
Mən dedim ki, bu, qadağan olunmuş siqaretdirsə, onda niyə Gömrük icazə verir?
Polislər gedəndən sonra atamın halı pisləşir, yəni ürəyi sıxılır, qalır yerdə. Həmin vaxtı qardaşımın qızı bizdə olur. Tez atasını çağırır.

Qardaşım evə tez gəlməsəydi, atam bəlkə ölə də bilərdi(Yazı dərc olunduqdan az sonra məlum oldu ki, 94 yaşlı kişi artıq rəhmətə gedib - red.).

Budur, bizim güvənliyimizi qoruyan Şərur polisinin yaşlı atama qarşı elədiyi nifrət dolusu hərəkət.
Mən elə bilirəm ki, Vasif Talıbovun dövründə də bu cür hərəkətlər olmamışdı".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...