Anons

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Dünən, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı

Dünən, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video

Dünən, 08:49- Azərbaycan polisi 107 yaşında

1-07-2025, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

1-07-2025, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

1-07-2025, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

1-07-2025, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

1-07-2025, 16:38- Rusiya Azərbaycana nota verib

1-07-2025, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Haqqımızda Əlaqə

Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunda 65 minlik şübhəli satınalma: - Qalib MMC-lər kimindir?

Tarix:24-02-2024, 13:25

Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunda 65 minlik şübhəli satınalma: - Qalib MMC-lər kimindir? Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutu 2023-cü ilin dekabr ayının 15-də "Maşın və avadanlıqların satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, bu satınalmanın məbləği 43.060 manat, qalibi isə "AKASİYA RR CORP" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1506535021) olub.

"AKASİYA RR CORP" MMC İnstitutun sözügedən satınalmasından iki ay əvvəl - 2023-cü ilin oktyabr ayının 2-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli ev 57 ünvanı, qanuni təmsilçisi isə Həsənov Murad Əkbər oğludur.

"AKASİYA RR CORP" MMC-nin fəaliyyət profili, maddi-texniki bazası, müvafiq lisenziyaları, faktiki ünvanı barədə açıq internet resurslarında məlumat yoxdur.

Həsənov Murad Əkbər oğlunun təsisçisi olduğu daha bir təşkilatla - "KASKAD-DEN GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1806467141) ilə Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutu arasında 2023-cü ildə daha bir satınalma müqaviləsi imzalanıb.

Belə ki, İnstitut 2023-cü ilin noyabr ayının 17-də "Bioloji aktivlər" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 22.760 manat təşkil edib. Satınalmada yuxarıda qeyd edilən kimi "KASKAD-DEN GROUP" MMC qalib elan edilib.

"KASKAD-DEN GROUP" MMC Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunun 2023-cü ilin dekabr ayının 15-də "Maşın və avadanlıqların satınalınması" lotu üzrə keçirdiyi satınalmada qalib elan etdiyi "AKASİYA RR CORP" MMC ilə eyni tarixdə - 2023-cü ilin oktyabr ayının 2-də qeydiyyata alınıb.

Şirkətin hüquqi ünvanı başqa (Sabunçu rayonu, Eldar Xəlilov ev 3) olsa da, qanuni təmsilçisi eyni şəxsdir - Həsənov Murad Əkbər oğlu.

Bu şirkətin də fəaliyyət profili barədə heç bir məlumat verilmir.

Eyni tarixdə yaradılan, qanuni təmsilçisi eyni şəxs olan MMC-lərin Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunun sifarişçi olduğu satınalmalarda qalib gəlməsi bir sıra suallar yaradır.

Qlobal.az məsələ ilə bağlı Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutundan mövqe öyrənmək istəsə də, qarşı tərəf bu barədə danışmaq istəmədi.

Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunda auditin nə zaman aparılması ilə bağlı Qlobal.az Hesablama Palatasından mövqe öyrənib.

Hesablama Palatasının açıqlamasında deyilir:

"Hesablama Palatası tərəfindən 2022-2023-cü illərdə Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunda audit aparılmamışdır".

Qeyd edək ki, Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutu 1977-ci ildən fəaliyyət göstərir.

İnstitutunun 8 şöbəsi, 4 laboratoriyası var.

Xatırladaq ki, Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunun direktoru Vüqar Səlimovdur.
Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunda 65 minlik şübhəli satınalma: - Qalib MMC-lər kimindir?Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunda 65 minlik şübhəli satınalma: - Qalib MMC-lər kimindir?скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...