Anons

Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Dünən, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı

Dünən, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video

Dünən, 08:49- Azərbaycan polisi 107 yaşında

1-07-2025, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

1-07-2025, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

1-07-2025, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

1-07-2025, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

1-07-2025, 16:38- Rusiya Azərbaycana nota verib

Haqqımızda Əlaqə

AĞDAŞDA "EKOLOJİ TERROR" - Sakinlərin şikayətinə baxan yoxdur / Fotolar

Tarix:22-02-2024, 11:23

AĞDAŞDA "EKOLOJİ TERROR" - Sakinlərin şikayətinə baxan yoxdur / Fotolar Ağdaş rayon saki Məhərrəmov Elşən Feruz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, bildirir ki, Ağdaş Rayon İcra Hakimiyyəti "ekoloji terror"a göz yumur:

“Mən, Məhərrəmov Elşən Feruz oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Son zamanlarda Ağdaş Mərkəzi Rayon Xəstəxanasında, Yanğınsöndürmə idarəsində "ekoloji terror" həyata keçirilir. Çoxsaylı şikayətlər olsa da, İcra Hakimiyyəti bu işlə məşğul olmur. Bəlkə də işin arxasında elə özləri durur.

Qeyd edim ki, tarixi binanı sökürlər. Sözün açığı, rayonda özbaşınalıq baş alıb gedir. Tarixi binanı qoruyub, təmir edib saxlamaqdansa, sökməyi məsləhət görürlər. Həmçinin, Humanitar Kollecin həyətindəki yaşıllıqlar da məhv edilir.

Özüm 3 oğul, 1 qız atasıyam. Oğlanlarımın ikisinə ev tikdirmək üçün bələdiyyə fondundan torpaq almaq istəyirəm, amma keçmiş bələdiyyə sədrimiz icra başçısı və keçmiş müavini Əsgərxan Əsgərov ilə birləşərək, Bələdiyyənin ehtiyat fondunda olan 12 hektar torpağı qeyri-qanuni yolla satıblar. Səlahiyyətlərindən sui-istifadə edən bu məmurların özbaşınalıqlarının qarşısını alan yoxdur.

Şikayət etmədiyim qurum qalmayıb, lakin heç kəs bu işin dəqiqliyi ilə maraqlanmır. Mənə bildirirlər ki, "hara istəyirsən şikayət et, biz deyən olacaq". "Yaxşı edib satmışıq" deyirlər”.
Səlahiyyətli qurumlardan, Prezident Administrasiyasından xahiş edirəm ki, məsələ müdaxilə etsinlər, Ağdaş ermənilərin deyil, Azərbaycan torpağıdır, burada baş verən korrupsiyanın, "ekoloji terror"un qarşısı alınmalıdır".

Məsələ ilə bağlı Ağdaş Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların mövqeyini dərc etməyə hazırıq.
AĞDAŞDA "EKOLOJİ TERROR" - Sakinlərin şikayətinə baxan yoxdur / FotolarAĞDAŞDA "EKOLOJİ TERROR" - Sakinlərin şikayətinə baxan yoxdur / Fotolarскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...