Anons

Dünən, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

Dünən, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

Dünən, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Dünən, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Dünən, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

Dünən, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Dünən, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

Dünən, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Dünən, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Dünən, 10:49- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

Dünən, 10:08- «AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

Dünən, 00:21- İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

17-04-2024, 23:33- CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

17-04-2024, 19:11- İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

17-04-2024, 18:48- "Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

17-04-2024, 18:35- Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

17-04-2024, 18:24- Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

17-04-2024, 16:48- Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

17-04-2024, 16:18- “Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

17-04-2024, 15:39- Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

Haqqımızda Əlaqə

AQTA və Qida Təhlükəsizliyi İnstitutunun tenderlərini qurumun rəsmilərinə bağlı şirkətlər udur - BU NƏDİ BELƏ?!

Tarix:21-02-2024, 18:44

AQTA və Qida Təhlükəsizliyi İnstitutunun tenderlərini qurumun rəsmilərinə bağlı şirkətlər udur - BU NƏDİ BELƏ?! Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Avaz Group” MMC (VÖEN - 1902989141) olub.
Qida Təhlükəsizliyi İnstitutu “Avaz Group” MMC-dən müxtəlif qeyri-üzvi kimyəvi maddələr (reaktivlər) satın alacaq və qarşılığında 959 min 766 manat 62 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Avaz Group” MMC 25 yanvar 2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu Ənvər Qasımzadə, ev 72, m. 2-də yerləşir. Şirkətin qanuni təmsilçisi Sadıqov Mədət Baratəli oğludur.
“Avaz Group” MMC-yə məxsus olduğu bildirilən saytda şirkətin eşitmə cihazlarının satışı ilə məşğul olduğu qeyd olunub. MMC-nin kimyəvi maddələrin satışı ilə məşğul olmasına dair saytda heç bir məlumat yoxdur.
Qeyd edək ki, “Avaz Group” MMC son 3 ildə 15 tender müsabiqəsində qalib olub və onlardan 12-si AQTA ilə Qida Təhlükəsizliyi İnstitutuna məxsus olub.
Şirkətlə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, “Avaz Group” MMC dövlət qeydiyyatına alınan zaman şirkətin qanuni təmsilçisi Məmmədov Sadiq Ərzuman oğlu olub. MMC-nin hüquqi ünvanı isə Suraxanı rayonu, M. Fətəliyev ev 15, m. 21-də yerləşib.
Şirkətin ilk rəhbəri olan Məmmədov Sadiq Ərzuman oğlu MMC qeydiyyata alındıqdan təxminən il yarım sonra - 14 sentyabr 2018-ci il tarixində AQTA sədri Qoşqar Təhməzli tərəfindən Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri təyin olub. Sadiq Məmmədov hazırda Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədrinin elmi məsələlər üzrə müşaviri vəzifəsində işləyir.

Onu da qeyd edək ki, AQTA və Qida Təhlükəsizliyi İnstitutu tərəfindən keçirilən bəzi tender müsabiqələrində bu qurumların vəzifəli şəxslərinin əvvəllər rəhbərlik etdikləri şirkətlər qalib olurlar.
Məsələn, AQTA sədri Qoşqar Təhməzli 2008-2016-cı illərdə isə “Medeks” MMC-nin baş direktoru vəzifəsində çalışıb. 2017-ci ildə AQTA-nın sədri təyin edilib. Qoşqa Təhməzli AQTA sədri təyin olundqudan sonra – 2018-ci ildə “Medeks” MMC AQTA-nın keçirdiyi 293 min 670 manat 79 qəpiklik tender müsabiqəsində qalib olub.
Bu isə “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinin açıq şəkildə pozulması deməkdir. Belə ki, Qanunun 6.2.2-ci maddəsində (əvvəlki Qanunda 13-cü maddə) açıq şəkildə göstərilir ki, keçirilən satınalmadan əvvəlki 3 (üç) il ərzində satınalmada iştirak edən təchizatçının işçisi və ya vəzifəli şəxsi olmuş şəxslər satınalmalar zamanı satınalan təşkilatın nümayəndəsi ola bilməzlər.
Amma, açıqlanan məlumatlardan da göründyü kimi, 2016-cı ildə satınalmada iştirak edən və qalib olan təchizatçının (“Medeks” MMC) vəzifəli şəxsi (baş direktoru) olmuş Qoşqar Təhməzli 2 il sonra – 2018-ci ildə baş tutan satınalma zamanı satınalan təşkilatın (AQTA-nın) nümayəndəsi (sədri) olub.
Bənzər vəziyyət Qida Təhlükəsizliyi İnstitutunun keçirdiyi tender müsabiqəsində də qeydə alınıb. 2020-ci ildə Qida Təhlükəsizliyi İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Duohıve” MMC (VÖEN - 1503672811) olub. “Duohıve” MMC təsis olunan zaman – 2017-ci ildə onun qanuni təmsilçisi Rəşad Məmmədağa oğlu Xalıqov olub. Rəşad Xalıqov 2020-ci ilin yanvar ayından 2021-ci ilin aprel ayına kimi Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya texnologiyaları və innovativ həllər sektorunun müdiri olub.
Rəşad Xalıqov AQTA-da yüksək vəzifə tutduğu zaman – 2020-ci ildə “Duohıve” MMC bu qurumun informasiya texnologiyaları ilə bağlı keçirdiyi 3 tender müsabiqəsinin qalibi olub.

Onu da bildirək ki, hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi”nin (İRİA) İdarə Heyətinin sədr müavini vəzifəsini icra edən Rəşad Xalıqovun Qoşqar Təhməzlinin yaxın qohumu olduğu bildirilir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...