Anons

Dünən, 19:43- Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO

Dünən, 19:16- Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT

Dünən, 18:38- Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu auditor seçir

Dünən, 16:40- Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür - BU DA BELƏ...

Dünən, 16:05- Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Dünən, 15:28- Ərzaq alıb yedi, pulunu ödəmədi – Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası - FOTO

Dünən, 14:53- “Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?

Dünən, 14:11- FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Dünən, 13:35- İnam Kərimovla bağlı İLGİNC GƏLİŞMƏ... - NƏ BAŞ VERİR?

Dünən, 12:02- Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİABRÇILIĞA NİYƏ SUSUR??? -VİDEO

Dünən, 11:26- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Dünən, 10:53- “Azərsun Holdinq” qanunsuz işçi çalışdırmaqda ittiham edilir - DETALLAR

Dünən, 10:06- Əmrullayevin TENDER HOQQABAZLIĞI... - DƏLİXANADIR, VALLAH...

Dünən, 09:14- AFFA-nın yeni rəhbərliyinin bir ayı: Görün hansı işləri görüblər

1-05-2024, 19:11- “Bunun sonu faciə olacaq” - Prezident

1-05-2024, 16:37- Bu televiziyaya rəhbər gətirildi - FOTO

1-05-2024, 16:01- Müştərisi “Bank Respublika”dan şikayətçidir - FOTOFAKT

1-05-2024, 15:23- Kəlbəcərdə yük maşını aşıb - ölən var

1-05-2024, 14:45- “Titanik”in aktyoru vəfat etdi

1-05-2024, 12:44- Gömrük Komitəsi qanunsuz metodla “Lukoyl”dan dizel alır - BU NƏDİ BELƏ?!

Haqqımızda Əlaqə

Hətərən-pətərən danışan Paşinyanla NECƏ DANIŞMALI... - ÇƏTİN SUAL...

Tarix:16-02-2024, 13:17

Hətərən-pətərən danışan Paşinyanla NECƏ DANIŞMALI... - ÇƏTİN SUAL...

Hətərən-pətərən danışan Paşinyanla NECƏ DANIŞMALI... - ÇƏTİN SUAL...

Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında növbəti dəfə Azərbaycanı suçlayıb. Baş nazir iddia edib ki, guya, Azərbaycan Ermənistana qarşı genişmiqyaslı müharibəyə başlamaq məqsədilə sərhədin müəyyən hissələrində hərbi əməliyyatlara çalışır: “Bu niyyəti rəsmi Bakının bütün bəyanatlarında və hərəkətlərində oxumaq olar. Buna baxmayaraq, Ermənistanın siyasəti bu ssenarinin qarşısını almaqdan ibarətdir və buna nail olmaq üçün bütün lazımi səylər göstəriləcək. Eyni zamanda Ermənistan ölkənin bütün qanuni maraqlarının müdafiəsində qətiyyətlə dayanacaq”. Paşinyanın sərsəm düşüncəsinə görə, Azərbaycan dialoq yolu ilə əldə edə bilmədiyi şeylərə nail olmaq üçün hərbi müdaxilə təhlükəsindən istifadə edir. Baş nazir zənn edir ki, Nerkin-Hand kəndi yaxınlığında baş vermiş son hadisə Azərbaycanın “destruktiv siyasəti”nin növbəti təzahürü idi: “Bu, Azərbaycanın Ermənistana qarşı hərbi zorakılıq məqsədlərinin dəyişməz qaldığını göstərir. Bizdə belə bir təəssürat yaranır ki, Azərbaycan sərhədlərin sabitliyi və təhlükəsizliyi məsələsinə biganədir. Belə düşünmək üçün kifayət qədər əsaslar var. Xüsusilə, 2022-ci ildə razılıq əldə olunub ki, sərhədlərin delimitasiyası komissiyalarının vəzifələrinə sərhəd təhlükəsizliyi məsələləri də daxil edilsin. Ermənistan sərhədlərin delimitasiyası və təhlükəsizlik məsələləri üzrə komissiya yaratdığı halda, Azərbaycan təhlükəsizlik komponentini daxil etmədən sərhədlərin delimitasiyası üzrə komissiya ilə məhdudlaşıb".
Azərbaycan Xarici İşlər Nazirliyi erməni baş nazirin absurd bəyanatlarını cavabsız qoymayıb. XİN-dən bildirilib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın 15 fevral tarixli hökumət iclasında növbəti dəfə səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaratmaq məqsədi daşıyır: "12 fevral tarixində Ermənistan tərəfinin təxribatlarının 5 aya yaxın müddətdə hökm sürən sabitliyi pozduğu və bunun məsuliyyətinin Ermənistan tərəfində olduğu hər kəsə yaxşı məlumdur. Ermənistanın bütün qonşularının ərazi bütövlüyünü dəstəklədiyini iddia edən baş nazirə Ermənistan Konstitusiyasında, qüvvədə olan qanunvericilik aktlarında, rəsmi məktublarında, rəsmi bəyanatlarında, beynəlxalq təşkilatlar və məhkəmələrdə yaydığı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddialarını xatırlatmaq istərdik. Ermənistan tərəfi, həqiqətən də, sülh prosesində maraqlıdırsa, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarından əl çəkməlidir".
Göründüyü kimi, Ermənistan Baş naziri Nikol Paşinyan yenə qeyri-konstruktiv mövqe sərgiləməklə, Azərbaycanı aqressor kimi göstərib, beynəlxalq təzyiqə nail olmaq istəyini davam etdirir. Nerkin-Hand kəndi yaxınlığındakı mövqelərindən Azərbaycan əsgərini snayper atəşi ilə yaralayan və aylar sonra sərhəddəki atəşkəsi pozan Ermənistan olub, DSX yalnız cavab verib. Digər tərəfdən, Ermənistan Azərbaycana aid kəndləri qaytarmamaq üçün artıq 3 ildən çoxdur müxtəlif bəhanələr gətirir. Halbuki Qazaxın 7, Naxçıvanın 1 kəndinin Ermənistan işğalı altında qaldığını Paşinyan özü belə təsdiqləyib və bu kəndlərin Ermənistanın “29,8 min kv.km ərazisinə daxil olmadığını” elan edib. Bu açıqlamalar müxtəlif bəhanələr gətirmək, riyakarlıq və işğalı davam etdirmək cəhdidir. Fevralın 14-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətindəki mövqelərimiz üzərində kvadrokopterlə kəşfiyyat uçuşları həyata keçirməsi də təxribat planlarının davamı idi.

Millət vəkili Asim Mollazadə "Sherg.az"a deyib ki, Ermənistan daxilində çox ciddi problemlər, siyasi-iqtisadi təlatümlər yaşanır. Parlament üzvünün sözlərinə görə, Ermənistan baş nazirinin tutarsız və məntiqsiz açıqlamaları bir daha göstərir ki, Paşinyanın sülhlə bağlı heç bir açıqlamasına inanmaq olmaz. Çünki İrəvan hökuməti sülhlə imitasiya edir və Azərbaycanla münasibətlərin normallaşmasına çalışmır:

"Nikol Paşinyan hamı ilə oynayır, qarşı tərəfi yalanları ilə aldatmaq niyyəti güdür. Paşinyan qonşu ölkələrlə əməkdaşlıq, münasibətlərin normallaşmasını istəmir. Çünki Ermənistanda radikal, revanşist qüvvələrin mövqeyi getdikcə güclənir. Erməni diasporası da hökumətə təzyiqlərini artırır. Həmçinin bir sıra Qərb və region ölkələrinin Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək niyyəti ortadadır. Onlar da aktiv fəaliyyətə keçiblər. Dalana dirənmiş Paşinyan dünən dediyini bu gün təkzib edir, əvvəlki ritorikasını dəyişərək müharibədən, hərbi əməliyyatlardan danışır, heç bir əsas olmadan Azərbaycanı suçlayır. Əlbəttə, qeyri-müəyyən mövqe sərgiləyən bir hökumətlə nəyisə normal müzakirə etmək mümkünsüzdür".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...