Anons

Bu gün, 11:05- "Statistika saxta statistikadır..." - KİMİ VƏ NİYƏ ALDADIRIQ?

Bu gün, 10:43- 22 min vergi borcu olan “Plazalar kralı” İqtisadiyyat Nazirliyini məhkəməyə verdi - BUNA GÖRƏ...

Bu gün, 10:09- Taleh Qaraşov rayonda kortejlə gəzir - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:35- Bədəlovun “torbasını” KİMLƏR... HƏM DƏ NECƏ TİKİR? - İşin içində İŞ VAR...

Bu gün, 09:03- "Bizə dedilər, kombinatı işlədən KƏMALƏDDİN HEYDƏROVDUR" - ETİRAZ VAR...

Dünən, 23:35- Putin Həbib Nurməhəmmədova dəyəri milyonlarla dollarla ölçülən mənzil hədiyyə edib

Dünən, 22:53- İsmayıllıda ağır qəza - Ölən var

Dünən, 22:24- Putin Baydenin təhqirinə belə CAVAB VERDİ

Dünən, 19:03- Vilayət Eyvazov Saatlıda qəbul keçirdi, rəislərə tapşırıqlar verdi

Dünən, 18:43- "Nə deyirsinizsə, deyin, biz bunu etdik" - EŞQ OLSUN!

Dünən, 18:13- İşdən çıxarılan polkovnik Gömrük Komitəsini məhkəməyə verdi - DETALLAR

Dünən, 17:50- “Nazirlik atamın ölümünü gözləyir…” - BU NƏDİ BELƏ?!

Dünən, 17:19- Avtomobil yollarının bir qrup işçisi təltif edildi - SİYAHI

Dünən, 16:58- “Pul versəniz, yer tapılar…” – “Funda Hospital”dan tanınmış teleaparıcıya belə dedilər

Dünən, 16:31- Hesablama Palatası Mədəniyyət Baş idarəsində YOXLAMALARA başladı - NƏ BAŞ VERİR?

Dünən, 16:06- Fondun 5,7 milyonluq müqaviləsində 2 müəmmalı məqam - İcazə verin, şübhələnək...

Dünən, 15:30- 6 saylı Departamentdə böhranlı vəziyyət... - BU NƏDİ BELƏ?!

Dünən, 13:14- DOST Agentliyinin “QARTAL SS” MMC ilə bağladığı müqavilənin qiyməti nə qədər şişirdilib

Dünən, 12:46- Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev oliqarx imiş -Klinika, “parnik“lər, “zaprvka“, obyektlər...

Dünən, 11:23- AĞDAŞDA "EKOLOJİ TERROR" - Sakinlərin şikayətinə baxan yoxdur / Fotolar

Haqqımızda Əlaqə

Eyvaz Hüseynov narazı sakinləri təhdid edib? - Görünəni odur ki...

Tarix:12-02-2024, 12:40

Eyvaz Hüseynov narazı sakinləri təhdid edib? - Görünəni odur ki... "DogruXeber.az" xəbər verir ki, agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında canlı yayımlanan "Kamalın zamanı" proqramında, ötən həftənin şənbə günü yenə Xocavənd rayon sakinlərinin hələ də davam edən problemləri müzakirə olunub.

Proqram ilə canlı bağlantı yaradan Xocavənd sakini, eyni zamanda müharibə veteranı Eldəniz Məmmədov bildirib ki, "Xocavənd rayon icra hakimiyyəti "sən demə, iş üçün müraciət edən bəzi şəxsləri yerli məşğulluq idarəsinə göndərir və özləri də məşğulluq idarəsinə tapşırıq verirlər ki, yalnız onların göndərdikləri adam işlə təmin olunsun. Təbii ki, bunu da öz maraqları xatirinə həyata keçirirlər".

Ətraflı videoda:

Yeri gəlmişkən, qeyd edək ki, canlı yayım zamanı Xocavənd sakini olduğunu deyən, Mirzağa Nağıyev adlı şəxs, yayımın şərh bölməsində, sözügedən rayonda bəzi dövlət idarələrində işə düzəlmək üçün müxtəlif məbləğlərdə rüşvət tələb olunduğunu yazıb.

Bundan əlavə, icra başçısı Eyvaz Hüseynovun dostu , eyni zamanda müavini Əfsanə Quliyevanın atası olan Ələddin Quliyevin geniş istirahət parkının ərazisini zəbt edib, parkı məhv edərək, orada restoran inşa etdirdiyini də Mirzağa Nağıyev adlı istifadəçi yayımın şərh bölməsində vurğulayıb. Maraqlıdır ki, Mirzağa Nağıyevin yazdığı məlumatları canlı yayımda olan Eldəniz Məmmədov və şərh bölməsində olan digər Xocavənd sakinləri də təsdiqləyib.

Həmçinin, sakinlər istər içməli sudan, istərsə də təsərrüfatlarını suvarmaq üçün sudan əziyyət çəkdiklərini də bildiriblər.

İcra başçısının müavini Azər Süleymanovun geniş taxıl tarlalarının görüntülərini redaksiyamıza göndərən Eldəniz Məmmədov bildirib ki, suvarma zamanı su Azər Süleymanovun və Eyvaz Hüseynovun "səxavət"indən bəhrələnən digər məmurların əkin sahələrinə yönəldildiyi üçün, digər yerli sakinlərin təsərrüfatı susuzluqdan məhv olur.

Bəli, Xocavənd sakinlərinin gileyləri şsizlikdən başlayıb, torpaqsızlıqdan, susuzluqdan, dərman çatışmazlığından, həkim səhlənkarlığından və sair yol keçərək, Eyvaz Hüseynovun "Kanal14"ə çıxanlar və baxanlar barəsində "tədbir görəcəyi" ilə təhdid etməsinə qədər uzanır. Amma, deyəsən hələ bu da son deyil. Əgər, Eyvaz Hüseynov həqiqətən də sakinlərin iddia etdiyi kimi, kanalımıza çıxmalarına görə onları təhdid edibsə, onların barəsində "tədbir görəcəyini" deyibsə, bu o, deməkdir ki, bu rayondan hələ çooox məlumatlar, müraciətlər, şikayətlər olacaq.

Maraqlıdır ki, 32 illik icra başçısı təcrübəsi olan Eyvazov, illərdir ki, israrla tələb etmələrinə rəğmən, onların mövcud problemlərinin aradan qaldırılması barəsində heç bir tədbir görməyib (hər halda sakinlər özü belə deyir), amma kanala çıxanın barəsində tezliklə tədbir görəcəyini deyir?

Burdan da belə çıxır ki, Eyvaz Hüseynov idarəçiliyində olan rayonda baş verən, mövcud olan və narazılıq yaradan bütün problemlərdən xəbərdardır, amma o, problemlərin aradan qaldırılması üçün tədbir görmək yerinə, narazı sakinləri susdurmaq üçün tədbir görəcəyini deyir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...