Anons

Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

2-07-2025, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

2-07-2025, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

2-07-2025, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

2-07-2025, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Haqqımızda Əlaqə

İsmayıl Əhmədov özünü Naxçıvanda xüsusi səlahiyyət verilmiş şəxs kimi aparır... - AMMA BAKIDA...

Tarix:10-02-2024, 11:50

İsmayıl Əhmədov özünü Naxçıvanda xüsusi səlahiyyət verilmiş şəxs kimi aparır... - AMMA BAKIDA... Naxçıvanda ötən il yaradılan, bu günlərdə fəaliyyəti dayandırılan “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri İsmayıl Əhmədov xüsusi ittiham qaydasında məhkəməyə verilib.

TNS xəbər verir ki, iş Suraxanı Rayon Məhkəməsində hakim Namiq Kərimovun icraatındadır.

İsmayıl Əhmədov Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə mühakimə olunacaq.

Fevralın 8-nə təyin edilmiş hazırlıq iclası İsmayıl Əhmədov məhkəməyə gəlmədiyi üçün təxirə salınıb. Hazırlıq iclası fevralı 21-ə təyin edilib.

Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmağa görə, İsmayıl Əhmədov üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Qeyd edək ki, İsmayıl Əhmədovun adı son vaxtlar mediada tez-tez hallandırılır. Onun rəhbərlik etdiyi müəssisənin Naxçıvanda qanunsuz fəaliyyətlə məşğul olduğu iddia edilir. Onların qanunsuz əməlləri ilə bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda da araşdırma aparılır.

Dəfələrlə qeyd olunduğu kimi, İsmayıl Əhmədov özünü Naxçıvanda xüsusi səlahiyyət verilmiş şəxs kimi aparır və yüksək vəzifəli şəxsin adını çəkir. Mediada faktlarla təqdim edilən ciddi tənqidi yazılara, muxtar respublika prokurorluğunda aparılan araşdırmalara baxmayaraq, Naxçıvandakı yüksək vəzifəli şəxs İsmayıl Əhmədovun “xidmətlərindən” imtina edə bilmir. O, hələ də Naxçıvanda Azərbaycan qanunlarını kobud şəkildə pozaraq istədiyini edə bilir. Ona görə edə bilir ki, himayə olunur. Məsələn, onun istifadəsində olan 10 AA 777 dövlət nömrə nişanlı avtomobil tez-tez Naxçıvan Ali Məclisinin binasının qarşısında görünür. Həmin avtomobilin yan şüşələri mövcud qanunvericiliyə zidd olaraq 100 faiz tündləşdirilib və buna görə, Əhmədova muxtar respublikada gözün üstə qaşın var deyən yoxdur.

İsmayıl Əhmədov özünü Naxçıvanda xüsusi səlahiyyət verilmiş şəxs kimi aparır... - AMMA BAKIDA...

Bu, kiçik detaldır, ancaq onun xüsusi səlahiyyət verilmiş şəxs oluduğunu sübut edən faktlardandır. Bu faktın bundan əvvəl də ictimailəşdirlməsinə baxmayaraq, həmin avtomobil Naxçıvanda eyni qaydada idarə olunursa, deməli, İsmayıl Əhmədov orada toxunulmaz şəxsdir. Başqa bir Naxçıvan sakininə belə avtomobili süməyə muxtar respublikanın Dövlət Yol Polisi İdarəsi heç bir saat da imkan verməz.

Naxçıvandan aldığımız məlumata görə, İsmayıl Əhmədov yüksək vəzifəli şəxsə “Land Rover Defender” avtomobili hədiyyə edib. Görəsən, bu hədiyyəni qəbul edən şəxs onu xilas edə biləcəkmi?

İsmayıl Əhmədovu himayə edən, hər gün axşam saatlarında ona hədiyyə edilən “Land Rover Defender” avtomobili ilə şəhəri gəzən yüksək vəzifəli şəxsə xatırladırıq ki, Azərbaycan dövləti onun üçün oyuncaq deyil. Ola bilər ki, kimlərsə dövlət idarəçiliyindən bixəbərdir, Azərbaycan qanunlarına məhəl qoymur. Amma dövlət baba və Naxçıvan əhalisi hər şeyi görür. Vasif Talıbov kimi, qanunları heçə sayanların aqibəti heç vaxt yaxşı olmayıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...