Anons

Bu gün, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Bu gün, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

Bu gün, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

Bu gün, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

Bu gün, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Bu gün, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

Bu gün, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

Bu gün, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

Dünən, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

Dünən, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

Dünən, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

Dünən, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

Dünən, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

Dünən, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

Dünən, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

Dünən, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

Dünən, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

Dünən, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

Dünən, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

Emin Uçarı KİMLƏR şantaj və təhdid edir? - QALMAQAL

Tarix:4-01-2024, 13:26

Emin Uçarı KİMLƏR şantaj və təhdid edir? - QALMAQAL “Arkoz İnşaat Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti şirkətin təsisçisi Emin Uçarın və ailəsinin təhdid və şantaj olunması ilə bağlı açıqlama yayıb.

TNS-in redaksiyasına göndərilən həmin açıqlamanı olduğu kimi təqdim edirik:

“Bir müddətdir ki, Naxçıvanda yeni təsis edilmiş “Tikilməkdə olan layihələrin idarə edilməsi” MMC-nin təmsilçisi İsmayıl Əhmədov “Arkoz İnşaat Şirkəti” MMC və onun təsisçisi haqqında qara piar kampaniyası aparır. 02.01.2024-cü il tarixində isə İsmayıl Əhmədovun bütün əndazəni aşan məktubu bəzi media orqanlarında yayımlanıb.

Məktubun təqdimatında “Tikilməkdə olan layihələrin idarə edilməsi” MMC “Arkoz”un fəaliyyətini araşdıran şirkət olaraq qələmə verilir. Özü də “Arkoz” kimi kommersiya fəaliyyəti ilə məşğul olan bu şirkət hansı hüquqla başqa bir kommersiya təşkilatının fəaliyyətini araşdırır? İsmayıl Əhmədov məgər hüquq-mühafizə orqanıdır, prokurorluqdur ki, hansısa şirkətin fəaliyyətini araşdırsın? İsmayıl Əhmədov bu mandatı kimdən alıb? “Arkoz” illərdir, tam şəffaf şəkildə fəaliyyət göstərən və ən əsası fəaliyyəti bütün nəzarət orqanları tərəfindən yoxlanılan şirkət olduğu halda əsl ictimai maraq doğuran məsələ İsmayıl Əhmədovun kim olduğu və bu etinasız və rahat şəkildə hərəkət etmək gücünü hardan aldığıdır? “Arkoz” Azərbaycan qanunvericiliyinə güvənir, işini qanunlara uyğun təşkil edir. Sual yaranır ki, bu şəxsi bu qədər rahat cinayət işləməkdə arxayın salan nədir?

Suallar çoxdur, ancaq görünür ki, bu sualların cavabı bəziləri üçün maraqlı deyil! Özünü jurnalist kimi təqdim edənlərə bu sualların cavabının maraqlı olmaması bizi təəccübləndirir. Lakin biz təəccübümüzü bir kənara qoyub həmin məktubu dərc edən media orqanları üçün maraqlı olmalı olan bir məqamı nəzərə çatdırırıq. İnternet informasiya ehtiyatının rəhbərlərinin öhdəlikləri var. Qanun onlara (“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanun, m. 13-2.3.9), təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar yaymağı qadağan edir və buna görə birbaşa onların məsuliyyət daşıdığını müəyyən edir.

O ki qaldı İsmayıl Əhmədovun məktubunda səsləndirdiyi fikirlərə münasibətə, cənab Prezidentimizin “sahibkarlara yönəlmiş o çirkin əllər kəsilsin” devizini xatırladaraq diqqətə çatdırmaq istəyirik ki, biz, bizə qarşı böhtanlara təkzib yazmaqdan başqa heç vaxt mətbuat vasitəsi ilə nəyisə həll etməyə çalışmamışıq. Heç bir təkzib yazımızda “yeni hakimiyyət” sözündən istifadə etmədiyimiz halda, İsmayıl Əhmədovun “qoçu”luğuna qarşı etirazımızı özünü yeni hakimiyyətin nümayəndəsiymiş kimi görən bu şəxs sanki yerli nümayəndəliyə edilmiş etiraz kimi göstərməyə çalışır. Bir daha ictimaiyyətin nəzərinə çatdırırıq ki, bu şəxsin qanunsuz əməlləri barədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəyəndiliyinə məktub ünvanlanmış, ordan gələn cavablara əsasən Naxçıvan Muxtar Respublikası Prokurorluğuna bu şəxsin törətdiyi cinayətlər barədə 15 səhifəlik şikayət ərizəsi ilə 22. 12. 2023-cü il tarixində müraciət edilmişdir. Hal-hazırda bu barədə prokurorluqda araşdırma gedir.

Onu da diqqətə çatdıraq ki, İsmayıl Əhmədov onunla müqavilə bağlamaqdan imtina etdiyimiz üçün artıq şəxsi həyatın toxunulmazlığını pozma, hədə-qorxu ilə tələb etmə yolunu seçib. Belə ki, bu gün məktubu yayımlanan şəxs təsisçimizin ailə üzvləri barədə şəxsi həyata dair məlumatlar yayacağı ilə bağlı şantajlar və böhtanlar səsələndirir, bunu bəzi informasiya orqanları vasitəsi ilə həyata keçirir. Təsisçimizə və onun ailə üzvlərinə aid olduğunu iddia etdiyi evlərin açıq ünvanlarını yayımlayacaq qədər şəxsi həyata və sahibkarlıq fəaliyyətinə məsuliyyətsiz müdaxiləyə yəqin ki, hüquq-mühafizə orqanları qiymət verəcəkdir. Biz bu əməlləri və minlərlə əməkdaşı olan “Arkoz” ailəsini belə çirkin hədəfə qoymağı şiddətlə qınayırıq.

Yuxarıda qeyd etdiyimiz kimi biz kommersiya fəaliyyətimizi Azərbaycan qanunvericiliyinə uyğun qurduğumuza görə, qanun qarşısında hər bir ittihama cavab verməyə hazırıq. Həmin şəxsin 2008-2009-cu illərdə harasa pul köçürülməyi ilə bağlı eyhamına cavab olaraq bildirmək istəyirik ki, əlində hər hansı qanunsuz köçürmə məlumatı varsa, buyursun, bu barədə hüquq mühafizə orqanlarına məlumat versin və nəzərə alsın ki, hazırlanmasını və törədilməsini bilərək həmin cinayət barəsində məlumat verməmək cinayət məsuliyyəti yaradır”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...