Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma
2-07-2025, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
2-07-2025, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb
2-07-2025, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
2-07-2025, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!
Tikinti maqnatı kimi tanınan İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) oğlu Allahverdi Axundovla İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Abşeron rayon Ərazi İdarəsi arasında qalmaqal yaranıb.
Qaynarinfo xəbər verir ki, İdarə Allahverdi Axundovu İnzibati Xətalar Məcəlləsinin 247.1-ci (Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi) maddəsi ilə cərimələyib.
Bu maddədə fiziki şəxslərin 300 manat, vəzifəli şəxslərin 300 manat, hüquqi şəxslərin isə 3000 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. İdarənin Allahverdi Axundovu hansı qismdə və hansı məbləğdə cərimələdiyi məlum deyil.
Məlum olan odur ki, iş adamının oğlu qərarla razılaşmayaraq, şikayət ərizəsi ilə məhkəməyə müraciət edib. Onun şikayətinə Nərimanov Rayon Məhkəməsində baxılacaq. Hafiz Kamranov iş üzrə hakim təyin edilib.
İsfəndiyar Axundov Azərbaycanın tikinti sektorunda tanınan isimlərdəndir. Onun sahibi olduğu "Şərur" Mənzil-Tikinti Kooperativi (MTK) Bakıda yüzlərlər yaşayış binası inşa edib.
İsfəndiyar Axundov həm də qalmaqallı iş adamı kimi tanınır. Sonuncu dəfə iş adamı 5 milyonluq borc qalmaqalı ilə gündəmə gəlmişdi. Söhbət "Zaminbank"dan götürülmüş kreditdən gedir. Bu məsələdə İsfəndiyar Axundov bankın rəhbərliyi tərəfindən aldadıldığını iddia edirdi.
Allahverdi Axundova gəlincə, o, bir neçə il əvvəl dəyəri 650 minlik "Lamborghini Gallardo" avtomobili ilə gündəmə gəlmişdi. Həmin vaxt İsfəndiyar Axundov oğlunun belə maşının olmadığını bildirsə də, media israrla avtomobilin Allahverdi Axundova yazırdı. Bu iddia Allahverdi Axundovun sosial şəbəkələrdə "My new car, lambo#aventador" qeydi ilə həmin avtomobillə fotosunu paylaşması ilə əsaslandırılırdı.
Qlobal.az