Anons

Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

2-07-2025, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

2-07-2025, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

2-07-2025, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

2-07-2025, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Haqqımızda Əlaqə

Şəhidin adını daşıyan küçə niyə bu vəziyyətdədir? - Başçının NƏZƏRİNƏ...

Tarix:19-12-2023, 11:12

Şəhidin adını daşıyan küçə niyə bu vəziyyətdədir? - Başçının NƏZƏRİNƏ...

Şəhidin adını daşıyan küçə niyə bu vəziyyətdədir? - Başçının NƏZƏRİNƏ...

Sabunçu rayonunun Maştağa qəsəbəsi, Savalan yaşayış massivində əvvəllər Leyla Vəkilovanın, hazırda isə şəhid Ülvi Rəfiyevin adını daşıyan küçənin sakinləri yollarının bərbad halda olduğundan şikayətçidir.

“Qafqazinfo”ya müraciət edən bir qrup sakinin sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, vəziyyətdə heç bir dəyişiklik olmayıb: “Təxminən 1 ildir bu küçəyə şəhid Ülvi Rəfiyevin adı verilib. Şəhidin adını daşıyan küçənin yolları isə bərbad haldadır. Küçənin yollarının asfaltlanmasına görə söz verilsə də, yol düzəlməyib”.

Məsələ ilə bağlı Maştağa Qəsəbə Nümayəndəliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Rayonun bütün qəsəbələrində olduğu kimi Maştağa qəsəbəsində də qəsəbədaxili yolların təmiri və asfaltlanması mərkəzləşmiş qaydada aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Dövlət İnvestisiya Proqramları çərçivəsində həyata keçirilir. Ülvi Rəfiyev (keçmiş Leyla Vəkilova) küçəsində də yolun asfaltlanması ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciət edilib”.

Şikayətlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə də müraciət etdik. Qurumun mətbuat katibi Anar Nəcəfli bildirib ki, qəsəbədaxili küçələr onların balansında deyil: “Yalnız investisiya proqramı daxilində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir işləri icra olunur. Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciət əsasında əgər həmin ərazilər investisiya proqramına daxil edilərsə, o zaman agentlik tərəfindən təmir işləri baş tuta bilər. Hazırda Sabunçu Rayon İcra Hakimiyyətinin aidiyyəti üzrə müraciəti əsasında investisiya proqramına Zabrat qəsəbəsindən 1 küçə, Sabunçu qəsəbəsindən 1 küçə və Ramana qəsəbəsindən 2 küçə daxil edilib. Əgər müraciət əsasında növbəti investisiya proqramına sözügedən ərazilər də daxil edilərsə təbii ki, icrası tərəfimizdən təmin oluna bilər”.
Şəhidin adını daşıyan küçə niyə bu vəziyyətdədir? - Başçının NƏZƏRİNƏ...
Şəhidin adını daşıyan küçə niyə bu vəziyyətdədir? - Başçının NƏZƏRİNƏ...
Şəhidin adını daşıyan küçə niyə bu vəziyyətdədir? - Başçının NƏZƏRİNƏ...
Şəhidin adını daşıyan küçə niyə bu vəziyyətdədir? - Başçının NƏZƏRİNƏ...
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...