Anons

Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

2-07-2025, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

2-07-2025, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

2-07-2025, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

2-07-2025, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Haqqımızda Əlaqə

“Xaçmaz Aqropark” Qazi atasına qarşı... - "Psixi pozuntusu olan oğluma necə başa salım ki..."

Tarix:19-12-2023, 10:29

“Xaçmaz Aqropark” Qazi atasına qarşı... - "Psixi pozuntusu olan oğluma necə başa salım ki..." Xaçmazın Sayad kənd sakini Həzi Axundov “Xaçmaz Aqropark”dan qanunsuz olaraq işdən azad edildiyini deyir.

Meydan TV-yə müraciət edən Həzi Axundov bildirib ki, ailədə yeganə işləyən odur. Oğlu Ümid Axundov Qarabağ Müharibəsində döyüşlər zamanı yaralanıb, qapalı kəllə-beyin travması nəticəsində üstəlik əsəb xəstəliyinə tutulub. Maştağa qəsəbəsində yerləşən Ruhi-əsəb Xəstəxanasında müalicə alıb, hazırda müalicəsi müxtəlif xəstəxanalarda davam etdirilir. Onun dolanışığını, ehtiyaclarını da Həzi Axundov ödəyir. Bu səbəbdən işsiz qaldığı üçün çarəsiz vəziyyətdədir.

“Xaçmaz Aqropark” 2021-ci ildən fəaliyyətə başlayıb. Axundov bildirib ki, müəssisə əvvəllər “Real İnkişaf” MMC adı ilə fəaliyyət göstərib.

“2017-ci ildən MMC-nin baş mühasibi kimi çalışmışam. Aqropark yaradılandan sonra mühafizə xidmətinin rəhbəri vəzifəsinə keçirildim. 21 aydan sonra, bu ilin avqustun 4-də müqavilə müddətinin bitməsi səbəbi ilə işdən azad edildim. Rəhbərlik dedi ki, müqavilənin müddətini uzatmaq istəmirlər”,-şikayətçi deyib.

H.Axundovun sözlərinə görə, aqroparkın insan resursları şöbəsi ilə, eləcə də rəhbərliklə görüşüb. Ona müqavilənin uzadılmamasının səbəblərini izah etməyiblər:

“Aqropark kəndimizdə yerləşir, bu baxımdan gediş-gəliş üçün əlverişlidir. İkincisi, evimdə əsəb xəstəsi olan qazi var. Doğrudur, dövlət onun müalicəsini təmin edir. Lakin tək müalicə ilə iş yekunlaşmır, onun yemək və digər xərcləri qarşılanmalıdır. Həyat yoldaşım və xəstə anam da himayəmdədir. Kreditlərim var, ödəyə bilmirəm”.

H.Axundov deyir ki, oğlunun və ailəsinin vəziyyəti ilə bağlı aqroparkın rəhbərliyinə məlumat verib. Ona bildiriblər ki, oğlu dövlət üçün döyüşüb, tələbini də konkret olaraq dövlətə yönəltməlidir.

“51 yaşındayam, bu yaşdan sonra iş tapmaq çətindir. Mənə təklif edirlər ki, 10 kilometr uzaqda yerləşən sahədə qarğa qovum, aylıq məvacibi 350 manatdır. 30 il baş mühasib işləmişəm, işimdə peşəkaram. Öz kəndimdə iş yoxdur, amma kənardan işçi gətirilir. Hazırda günəmuzd mal-qaraya baxmaqla dolanıram. Psixi pozuntusu olan uşağa necə başa salım ki, sənin gündəlik çəkdiyin siqareti almağa imkanım çatmır?”,-Axundov deyib.

Şikayətçi hesab edir ki, bölgələrdə baş verənlərdən ölkə başçısının, Birinci vitse-prezidentin məlumatı yoxdur. Əmindir ki, Prezident bilsə qazi atasının bir çörəyə möhtac qoyanlara qarşı tədbir görər.

“Xaçmaz Aqropark”ın insan resursları şöbəsinin rəhbəri Eldar Kərəmov Meydan TV-yə deyib ki, Həzi Axundova işdən çıxarılma səbəbləri izah edilib. Eldar Kərəmov sualları cavablandırmaqdan imtina edib.(Meydan TV)
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...