Anons

Bu gün, 14:20- Bərdə-Ağdam-Əsgəran avtomobil yolunun yenidən qurulmasına beş milyon manat ayrılıb

Bu gün, 13:47- Qızılca sadəcə səpkidən ibarət deyil, yüksək yoluxuculuğa malikdir, ölümə səbəb olur - XƏBƏRDARLIQ

Bu gün, 13:19- Azərbaycan Dünya Bankı ilə strategiya hazırlayır

Bu gün, 12:51- Sabahın hava proqnozu açıqlanıb

Bu gün, 12:00- Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası başlayıb

Bu gün, 11:35- Azərbaycanda kənd təsərrüfatı və qida forumu keçiriləcək

Bu gün, 11:08- Qəzzada atəşkəs rejimi uzadıldı

Bu gün, 10:46- Bakıda "InMerge" innovasiya sammiti keçirilir

Bu gün, 10:13- Ceyhun Bayramov Şimali Makedoniyaya səfərə yola düşüb

Dünən, 17:00- Ceyhun Bayramov Əlcəzairin Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyinin baş katibi ilə görüşüb

Dünən, 16:00- Daxili İşlər Nazirliyindən əhaliyə ÇAĞIRIŞ

Dünən, 15:30- Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib

Dünən, 14:51- Suqovuşan-Kəlbəcər-Ağdərə-Ağdam yolunun yenidən qurulmasına 4,5 milyon manat ayrılıb - SƏRƏNCAM

Dünən, 14:09- Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib

Dünən, 13:42- Sabahın havası

Dünən, 13:10- Delimitasiya ilə bağlı görüş Qazaxla sərhəddə keçiriləcək

Dünən, 12:24- Azərbaycan və Ermənistan baş nazir müavinlərinin görüşəcəyi yer açıqlanıb

Dünən, 12:00- DİN kiberdələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib

Dünən, 11:35- Azərbaycan telekanalları Türkiyədə 40 ən populyar kanal siyahısına daxil olub - REYTİNQ

Dünən, 11:08- Bakı metrosunda əlil arabaları üçün yeni texniki qurğu istifadəyə verilib

Haqqımızda Əlaqə

XTQ zabiti: “Gündə bir deputatın, icra başçısının qucağında...” – “Biz lotu deyilik!”

Tarix:15-11-2023, 13:51

XTQ zabiti: “Gündə bir deputatın, icra başçısının qucağında...” – “Biz lotu deyilik!”
Vətən müharibəsi iştirakçısı, XTQ-nin zabiti İqbal Səfərov olduqca mühüm və ağrılı bir mövzudan yazıb.

"Yeni Sabah" Şuşaya ilk girən döyüşçülərimizdən olan İ.Səfərovun həmin yazısını təqdim edir:

Tədbirlərdən birində təsadüfən əsgərlərimdən biri ilə rastlaşdım. Özü yaxınlaşıb tanışlıq verəndən sonra tanımışdım. Xoş təsadüf idi.

Mobil nömrəmi istədi, mən də verdim.

Günlər sonra bir də gördüm, nömrəmi bir qrupa əlavə edib və yazıb ki, "Komandir, qrupumuza xoş gəlmisiniz".

Məni yüksək ehtiramla qrupda olan qazilərə təqdim etmişdi. Düzü, qruplarda olmağı xoşlamasam da, bu hal məlumatım daxilində olmadan baş vermişdi.

Bir neçə gün sonra qrupdan əlaqəsiz bəhanələr gətirib, hər kəsdən üzr istəyərək ayrıldım. Üstündən bir həftə keçməmişdi, səhər oyandım ki, bu dəfə də başqa qrupdayam.

Ayıb olmasın deyə, bir neçə gün qrupda susqunluğumu qoruyub yenə qrupdan ayrıldım. Bu dəfə isə heç nə yazmadan, sakitcə.

Hə, qrupdan ayrılma səbəbi isə...

Deməli, hər iki qrupda diqqətimi çəkən əsas məqamlardan biri 3-5 nəfər qazi orada-burada toplanır, haradasa birinin kimləsə sözü-söhbəti düşürsə, qrupa yazırlar ki, bəs filan adresə özünüzü çatdırın, söhbət var.

Bu tip qruplarda yerimin olmadığını dərk etdiyim üçün tərk etdim.

Biz lotu deyilik, söhbət həll edən də deyilik!

Vətənimizi qorumuşuqsa, bunu indi sadə xalqın gözünə soxmaq sadəcə ayıbdır. Nə oldu tez bir çəkiliş edib Cənab Ali Baş Komandana müraciət etmək də ayıbdır vallah. O da bezib e bizlərdən, bəzilərimizdən. Nə qədər olar axı...

Elə edirsiz ki, bu Vətəni qoruyan əsl qəhrəmanlar sayənizdə sizin də yerinizə başlarını aşağı dikirlər. Olmaz belə.

İllərdir Vətən üçün bir faiz belə olsa, heç nə etməyən bir qrup QHT-lər, ictimai birliklər, sənət adamları, media nümayəndələri 2020-ci il Zəfərimizdən sonra oldular "Vətənpərvər". Başladılar dövlətdən qrant almaq, pul qoparmaq üçün Vətən maskası geyinib canfəşanlıq etməyə. Təbii ki, kameralar önündə. Hə, bunlara kamerlar önündə baş əyəcəkləri şəxslər də lazımdır axı... Müəyyən qrup qazilərimizi ələ alaraq birlikdə başladılar öz çirkin əməllərinə.

Bu tip qazilərdən bəziləri hətta öz birliklərini belə qurdular. Başladılar haradasa cəmləşməyə, söhbətlər həll etməyə. Müqəddəs formamızı geyinib kimlərdənsə 3-5 manat pul alıb "krışalıq" etməyə. Onun-bunun üzərinə tullanmağa. Mən qaziyəm deyib, nömrəsiz maşın sürməyə. Hansını sayım bilmirəm... O qədərdir ki...

Problem çoxdur. Saymaqla bitməz. Həm dövlət qurumlarında, həm də bu tip qazilərin bəzən haqlı və bəzən də haqsız etdikləri şeylərdə.

Dövlətdən müavinət ala bilsinlər deyə, yalandan min cür hoqqadan çıxıb özünü dəliliyə vuranından tutmuş, yalandan əlinə əsa alanına kimi tanıyırıq.

Hə, bir məsələ də var. Əgər yazıramsa, səmimi yazmalıyam. Müəyyən qurumlarda bir sıra əməkdaşlara xod tapa bilən bir qrup qazi 5-10 min verməklə saxta əlillik də əldə etdi. 1-ci Qarabağ dönəmində olduğu kimi.

Haqlı olanlarımız, can qoyanlarımız da var ki, qapılarda səssizcə, abrına qısılıb süründü, bezdi, incidi, küsdü... Qurunun oduna yaşın yanması...

Bu da dövlət qurumlarımızın ayıbıdır. Bunu da qeyd etməsəm, olmazdı.

Erməniyə bir güllə atmadan hər şey ilə təmin olunan da var, can qoyub hazırda iş tapa bilməyən də...

Gündə bir deputatın, icra başçısının qucağında oturanımız da var, illərlə icra başçısının qəbuluna düşə bilməyənimiz də var... Reallıqlarımız var... İstəsək də, görməzdən gələ bilməyəcəyimiz reallıqlarımız...

Nəsə, yazılası, deyiləsi o qədər şey var ki, yazmaqla bitməyəcək..

Bir qrup qazi adlandırılan şəxslər var ki, təəssüf ki, (şəxsən mən və tanıdığım bir çox əsl döyüşçülər bu tiplərin yanında deyilik. Heç vaxt da olmarıq) geyindiyimiz formanı az da olsa, hörmətdən salmağı bacarıb. Hansısa məqamda haqlı ola bilərlər, amma haqsız işləri də o qədər çoxdur ki, cəmiyyət artıq onları qəbul etmir. Onların sayəsində bəzən olub ki, haradasa dilimizə gətirib qaziyik deyəndə utanmışıq. Çalışmışıq susaq. Şəxsən hansısa dostum məni başqa dostuyla, yaxını ilə qazi adı ilə tanış edəndə irad bildirmişəm, demişəm, adımla təqdim et. Lazım deyil, qazidir demə. Hörmət qoymaq istədiyin yerdə hörmətdən salma məni.

Yaşananlara ürək ağrısı ilə baxıram və tərəf tutmadan öz fikrimi bildirəcəm. Nəzərimdə hər iki tərəf səhvdir. Döyən də, döyülən də! Heç kim heç vaxt boşuna döyülmür. Bu, mümkün deyil. Dəxli yoxdur, heç bir halda kimisə döymək də olmaz! Nə qazisi, nə polisi lotuluq edə bilər.

Qanunlarımıza hörmətlə yanaşmaq lazımdır. Bu tip qazilərin səhvləri varsa, qanunla çağırıb sakitcə qaydasına qoymaq lazımdır. Bunlar zatən hay-küyə meyillidirlər. Polis də bunlara şərait yaradıb qarşıdurma yaradırsa, bu da ayıbdır. Yaraşdırmadıq.

Qısacası, hər bir tərəfin yerinə utandıq!скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...