5-07-2025, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...
5-07-2025, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı
5-07-2025, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?
5-07-2025, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….
5-07-2025, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?
5-07-2025, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır
4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq
4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”
4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi
4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal
4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma
3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
Azərbaycanda mal ətinin qiymətinin bahalaşması müşahidə olunur. Müşahidələrə görə, bəzi qəssabxanalarda bir kiloqram dana ətinin qiyməti 16 manata təklif olunur.
Bu xəbəri Trend-ə satıcılar da təsdiqləyib.
Onların sözlərinə görə, son bir həftədə mal ətinin qiyməti bir manat bahalaşıb.
"Bunun da əsas səbəbi otun və yemin qiymətinin bahalaşmasıdır", - deyə satıcılar qeyd edib.
Məsələ ilə bağlı açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, istehlak olunan ətin 85%-i ölkəmizdə istehsal olunur.
"Bu, yaxşı göstəricidir. Belə ki, bu rəqəm qoyun, keçi ətində 98%, mal ətində 90%, quşçuluqda isə 80% ətrafında dəyişir. Ancaq ətin istehsalında istifadə olunan yemin əhəmiyyətli hissəsi ya xaricdən idxal olunur, ya da dəyəri dünya bazarında formalaşır. Ümumiyyətlə, ətin maya dəyərinin 70%-i yemlə bağlıdır. Yemin bahalaşması ətin qiymətinə təsir edir. Həm də hazırda istirahət mövsümü olduğundan ətə tələbat yüksəkdir".
Ekspertin sözlərinə görə, maldarlıqda xərclərin artımı fermerə tədricən təsir göstərir.
"Əvvəllər ölkəmizə Ukrayna və Rusiyadan ucuz ət idxal olunurdu. Bahalaşmanın səbəblərindən də biri də odur ki, hazırda baş verən proseslərə görə bu imkanlar məhdudlaşıb. Ümumiyyətlə, xaricdən gətirilən ətin qiymətində 20% bahalaşma var. Bunun özü də imkan verir ki, yerli təsərrüfatlar qiyməti artırsın", - deyə X.Kərimli qeyd edib.