Anons

Dünən, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...

Dünən, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı

Dünən, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

Dünən, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

Dünən, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

Dünən, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Haqqımızda Əlaqə

Bizim.Media-nın gündəmə gətirdiyi problem HƏLL OLUNDU - “Araz su”yun satışı DAYANDIRILDI

Tarix:5-05-2023, 20:01

Bizim.Media-nın gündəmə gətirdiyi problem HƏLL OLUNDU - “Araz su”yun satışı  DAYANDIRILDI
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən “Araz su” içməli su emalı müəssisəsində plandankənar yoxlama həyata keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Agentliyin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, baxış zamanı müəssisədə mərkəzləşdirilmiş su sistemindən gələn suların (əhaliyə verilən su) filtr edilməklə qablaşdırılmasının həyata keçirildiyi, qida sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Aşkar edilən nöqsanlarla bağlı müəssisədə suyun emalının qadağan olunması və qablaşdırılmış suların satışının dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib və müəssisənin rəhbəri barəsində protokol tərtib olunub.

Eyni zamanda, “Araz su” əmtəə nişanlı içməli sudan nümunələr götürülərək müayinələrin aparılması üçün Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Agentlikdən qeyd edilib ki, bəzi hallarda bu sahədə fəaliyyət göstərən subyektlər mərkəzləşdirilmiş su sistemindən gələn suları qablaşdırıb, məhsulun üzərində dağların və bulaqların təsvirlərini göstərməklə, etiket məlumatında həmin suların müxtəlif təbii mənbələrdən, bulaqlardan gətirildiyini qeyd edərək istehlakçıların aldadılmasına yol verirlər.

"Eyni zamanda, bəzi hallarda belə müəssisələr zirzəmilərdə və ya kiçik obyektlərdə qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərir və məhsullarını yalnız evlərə və ya iş yerlərinə satırlar. Bu da müvafiq nəzarət işlərinin təşkilində istehlakçıların iştirakını zəruri edir. Bu sahədə fəaliyyət göstərən sahibkarlardan qanunvericiliyin tələblərinə ciddi əməl etmək və istehlakçı hüquqlarını pozmadan fəaliyyət göstərmək tələb olunur. İstehlakçılardan isə sifariş verdikləri qablaşdırılmış içməli sularda hər hansı uyğunsuzluq və şübhəli hallar aşkar edildikdə, dərhal Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur", - məlumatda bildirilib.

Qeyd edək ki, Bizim.Media saytı Bakıda “Araz su” şirkəti tərəfindən qablaşdırılan içməli suların krandan doldurularaq satışa buraxıldığını əks etdirən vuideoreportaj hazırlamışdı.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...