Anons

Bu gün, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Bu gün, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Bu gün, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Bu gün, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Bu gün, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Bu gün, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Bu gün, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Bu gün, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Bu gün, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

Dünən, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

Dünən, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

Dünən, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

Dünən, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

Dünən, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

Dünən, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Haqqımızda Əlaqə

Bu il bütün şagirdlər yeni forma geyinə bilməyəcək - RƏSMİ

Tarix:29-08-2022, 12:51

Bu il bütün şagirdlər yeni forma geyinə bilməyəcək - RƏSMİ
Baş nazir Əli Əsədovun qərarı ilə 2022/2023-cü tədris ilindən yeni məktəbli formalarına keçid təsdiqlənsə də, bütün siniflər üzrə satışa başlanılmayıb. Məktəb direktorları məktəbli formalarının Tükiyədən sifariş edildiyini, sentyabrın əvvəlində satışa çıxarılacağını bildirirlər. Valideynlər isə qərarsızlıq içərisində gözləmə mövqeyi tutublar. Halbuki, rəsmilər bu istiqamətdə hər hansı çətinlik olmayacağını açıqlamışdılar.

Bu barədə Modern.az-a danışan "Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov bildirib ki, buna səbəb forma ilə bağlı məlumatın gec verilməsidir. Buna görə də, bu il bütün şagirdlər forma ilə təmin edilə bilməyəcək:

“Bizə gec xəbər verildi. 1 ay qalmış məlumat aldıq. Bununla belə formanın rəngi ilə bağlı da heç bir məlumat verilmədi. Həmçinin, biz nazirliyin göstərişinə əsasən 4-cü sinifə kimi uşaqlara forma tikilişini nəzərdə tuturduq. Ancaq indi 7-ci sinif şagirdinin valideyni deyir ki, forma niyə yoxdur. Valideynlərə nazirin göstərişini xatırladırıq. Onlar bizə məktəb direktorlarının fikirlərini deyirlər. Sən demə, direktorlar valideynlərə deyib ki, bütün hamı forma geyinməlidir. Yəni hərənin ağzından bir söz çıxır”.

E.Əzimovun sözlərinə görə, bütün formalar ölkəmizdə yalnız bir şirkətdə tikilsə də, mateirallar Türkiyədən, Özbəkistandan və Belarusdan gəlir. Bunun da səbəbi burada yun və pambıq parçanın istehsal olunmamasıdır.

BTE rəsmisi məktəbli formalarının rəngləri ilə bağlı da məlumat verib:


“Biz 17 avqustdan, yəni satışa başladığımız gündən bəri, göy və boz rəngdə formalar satırıq. Xaki rəngində məktəbli forması isə ümumiyyətlə tikmirik”.

“Gələn il artıq parçalarımız bol olacaq. Vaxtında tikilib hazırlanaraq anbarlara yığılacaq. Sadəcə bu il proses çox gec oldu. Eyni zamanda dövlət tərəfindən yaxud başqa mənbədən bizə maddi yardım da göstərilmədiyindən, biz bank krediti ilə işləyirik. Yəni əlimizdən gəldiyi qədər parçaları alırıq. Burada tikib, burada da satırıq”,-deyə E.Əzimov bildirib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...