Anons

Dünən, 17:00- Bakıda “Qələbə hünəri” adlı rəsm sərgisi açılacaq

Dünən, 16:35- Azərbaycana gətirilən avtomobillərin sayı AÇIQLANDI - RƏSMİ

Dünən, 16:08- Həkim-kosmetoloq Nurlana Ələkbərova: "Daha çox təbiiliyə üstünlük verirəm"

Dünən, 15:26- ABŞ-ın altı şəhərində “Azərbaycan Günü” elan edilib

Dünən, 15:00- Sabah Bakıda yağış yağacaq

Dünən, 14:34- Zakir Həsənov NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Dünən, 14:07- Zəfər gününün tədbirlər planı təsdiqlənib - Parad GÖZLƏNİLİR

Dünən, 13:43- Münaqişəli ailələrdə böyüyən yeniyetmələrin davranışları

Dünən, 13:19- Ötən həftə 140 hektardan çox ərazi minadan təmizlənib

Dünən, 12:51- Bakıda bu məktəb 2 həftəlik bağlandı - Yoluxma sayı yüksəkdir

Dünən, 12:25- “Google” Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə "dudl" həsr edib

Dünən, 12:00- Bu gün Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmə keçiriləcək

Dünən, 11:06- Yaşadılan tarix şanlı tarixdir...

Dünən, 10:44- 44 günlük Vətən müharibəsinin xronikası: 18 oktyabr

Dünən, 10:18- Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 30 il ötür

15-10-2021, 17:09- Gözlənilən hava şəraiti barədə XƏBƏRDARLIQ

15-10-2021, 16:58- Həkim-kosmetoloq Sevinc Xankişiyeva: "Özümü bu sahədə xoşbəxt hiss edirəm"

15-10-2021, 16:23- Azərbaycanda işsiz şəxslərlə bağlı yeni konsepsiya hazırlanıb

15-10-2021, 16:00- Azərbaycanda təhsil alan əcnəbi tələbələrin SAYI

15-10-2021, 15:37- Azərbaycanda vərəmin ən çox yayıldığı bölgələr açıqlanıb

Haqqımızda Əlaqə

Aidiyyəti qurumlar yol hərəkəti iştirakçılarına müraciət etdi

Tarix:23-09-2021, 12:23

Aidiyyəti qurumlar yol hərəkəti iştirakçılarına müraciət etdi
Əyani tədrisin başlaması ilə tıxac problemi yenidən gündəmə gəlib. Nə qədər tədbir görülsə də, maarifləndirmə işləri aparılsa da, hətta sərt cəzalar tətbiq olunsa da, qayda-qanun yaratmaq alınmır. İllərdir müşahidə olunan mənzərə bəllidir. Səhər, günorta, axşam sıxlıq, tıxac...

Bakı Dövlət Yol Polisi İdarəsi ötən gün yol hərəkəti iştirakçılarına müraciət ünvanladı: “Sabahdan etibarən orta məktəblərdə ibtidai siniflər üçün əyani tədrisin başlanması küçə və prospektlərdə, xüsusilə də orta təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artmasına səbəb olacaq. Bunları nəzərə alaraq, bütün sürücülərdən xahiş edirik ki, yol hərəkəti qaydalarına ciddi riayət etsinlər, əsasən də fərdi nəqliyyat vasitələri ilə şagirdləri məktəbə aparan sürücülər dayanma-durma qaydalarını pozmamaqla avtomobillərini icazə verilən ərazilərdə saxlasınlar ki, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə maneçilik yaratmasınlar.

Eyni zamanda, piyadalara səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamağı və hərəkət hissəsini piyada keçidləri ilə keçməyi, valideynlərə isə azyaşlı uşaqları nəzarətsiz qoymamağı tövsiyə edirik".

Bakı Şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov “Yeni Müsavat”a bildirib ki, dərs ilinin başlanması ilə pik saatlarda təhsil müəssisələrinə yaxın olan yollarda süni sıxlığın yaranması ehtimalı artır. Bu da hərəkətlə bağlı ciddi narahatlıq yaradır. Dəfələrlə bu haqda məlumat vermişik: “Bu gün də sizin vasitənizlə məlumat vermək istəyirik ki, Bakıda pik saatlarda, yəni 07:45-dən 08.15-ə qədər yaranan sıxlıqlar sırf təhsil müəssisələri və onlara bitişik olan ümumi istifadədə olan yollarda zolaqlar üzrə cərgələnmə tələblərinin pozulması ilə əlaqəlidir. Sözsüz ki, təhlükəsizliyin təmin edilməsi üçün tərəfimizdən zəruri tədbirlər həyata keçirilir. Hərəkətin təşkil edilməsində, xüsusilə, yol kəsişmələrində, birləşmələrdə müfəttişlərimiz pik saatlarda xidmət edir, sürücülərə istiqaməti göstərir”.

Aidiyyəti qurumlar yol hərəkəti iştirakçılarına müraciət etdi
Vaqif Əsədov

Vaqif Əsədov qeyd edib ki, ilin əvvəlində sentyabrın 15-ə qədər Bakı şəhərində 321 qəza hadisəsi qeydə alınıb. Nəticədə 127 nəfər ölüb, 264 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisələrin sayında nisbətən artım var. Bu da narahatlıq yaradır: “Təbii ki, yol-nəqliyyat hadisələrinin sayının azalması təkcə, dövlət yol polisi əməkdaşlarından asılı deyil. Hərəkət iştirakçıları, xüsusilə sürücü və piyadalardan asılı olan məqamlar var. ”Yol hərəkəti qanun"unun 37-ci maddəsi sürücülərin, 40-cı maddəsi isə piyadaların hüquq və vəzifələrini tənzimləyir. Ən azından bu tələblər düzgün yerinə yetirilməlidir ki, yol nəqliyyat hadisəsi qeydə alınmasın. Yarana biləcək süni sıxlığın qarşısının alınması üçün hər bir sürücü öz qarşısında hesabat verməyi bacarmalıdır. Dərman alıram, adam gözləyirəm, bu dəqiqə gedirəm deməklə yolun hərəkət hissəsində dayanan sürücülər var. Bu da yolun daralmasına səbəb olur. Nəticədə digər sürücülərin normal hərəkəti üçün maneə yaradır. Ona görə hesab edirik ki, Bakı şəhər ərazisindəki əksər küçələrdə nəqliyyat vasitələrinin dayanması, durması və ya park edilməsi məsələsi prioritetdir".

Vaqif Əsədov sürücüləri nizam-intizamlı olmağa, başqa hərəkət iştirakçılarına maneə yaratmamağı, xüsusilə, yol nişanlarının, işıqforların tələblərinə riayət etməyi, dairəvi hərəkət olan, nizamlanan və ya nizamlanmayan nişanların tələblərinə üstünlük verməklə hərəkət etməyi tövsiyə edir. Bu, hərəkət təhlükəsizliyini təmin edər, nəqliyyat hadisələrinin sayının azalmasına, eyni zamanda istənilən istiqamətə ləngimədən hərəkət etməyi təmin edər.

Qeyd etmək yerinə düşər ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi dərs ilinin başlaması ilə əlaqədar profilaktiki tədbirlər keçirir. Sentyabrın 20-dən başlayan “Diqqət uşaqlar” aylığı oktyabrın 20-dək davam edəcək. Bu gün də dərs ilinin başlaması ilə bağlı DYP əməkdaşları işini gücləndirmiş və xüsusilə də, yollara bitişik məktəblərdə görüşlər təşkil edib. Bakı şəhər DYP-nin təbliğat üzrə inspektorları polis baş leytenantı Pərvanə Muradova və polis leytenantı Rüstəm Əhmədli məktəblərdə valideyn, müəllim və şagirdlərlə görüş keçirib. Divarlara əvvəlcədən hazırlanan təbliğat xarakterli plakatlar yapışdırılıb.

Artan yol qəzaları: trafik canavarının “yay mövsümü”...

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə “Yeni Müsavat” a bildirib ki, dərs ilinin başlanması ilə ənənəvi problemləri yaşayırıq: “Şəhərdə dəhşətli tıxaclar müşahidə olunur. Əsas səbəblərdən biri budur ki, əsasən, birinci sinfə gedən uşaqları məktəbə bir neçə nəfər aparır. İlk günlər belə hal müşahidə olunur. Yaxşı haldır ki, Dövlət Yol Polisi İdarəsi Bakı Nəqliyyat Agentliyi ilə birgə öncədən koordinasiya qurub məktəblərin yaxınlığını, ətraflarını nəzarətə götürmüşdü və müəyyən qədər müsbət addımlar atıldı”.

Ekspert hesab edir ki, dərslərin fərqli saatlarda başlanması da tıxacın qarşısını almaq üçün effektiv həll yolu ola bilər: “Pandemiya dövründə bu sistem tətbiq olundu. Nəticə göz önündə idi. Məktəblərin ətrafında o qədər də sıxlıq yaranmırdı: Bununla bağlı dəfələrlə təklif səsləndirmişik”.

Nəqliyyat üzrə ekspert məktəbli avtobuslarının təşkil olunmasının önəmini vurğulayıb: “Məktəbli avtobuslarının təşkil olunması yüzlərlə insanın işlə təmin olunması deməkdir. Eyni zamanda, məktəblilər üçün də, onların valideynləri üçün də bu, rahatlıq yaradar. Məsələn, bir mikroavtobusda 15 uşaq daşınır. Bu o deməkdir ki, məktəbin qarşısında 15 avtomobil dayanmayacaq. Təəssüf edirəm ki, Təhsil Nazirliyi bu məsələyə maraq göstərmir. Ya ölkə rəhbərliyinin göstərişini, ya da hər hansı beynəlxalq təşkilatın tövsiyə verməyini gözləyirlər. Dövlət qurumları beynəlxalq təcrübəni araşdırıb, narahatlıqları aradan qaldıracaq qərarlar qəbul etməyi bacarmalıdırlar. Düzdür, bu məsələdə də müəyyən qədər boşluqlar yarana bilər. Məsələn, Yeni Günəşlidə yaşayan, lakin Yasamalda gedən məktəbliyə görə digər məktəb yoldaşları gecikə bilər. Hesab edirəm ki, təhsilin keyfiyyəti artırılarsa, valideynlər də məktəb seçimi üzərində çox düşünməzlər”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...