Anons

Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

2-07-2025, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

2-07-2025, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

2-07-2025, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

2-07-2025, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Haqqımızda Əlaqə

Zəngilanda TDT-nin nəqliyyat nazirlərinin 7-ci iclası keçirilib

Tarix:16-11-2023, 13:58

Zəngilanda TDT-nin nəqliyyat nazirlərinin 7-ci iclası keçirilib
16 noyabr 2023-cü il tarixində Zəngilanda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin nəqliyyat nazirlərinin 7-ci iclası keçirilib.

İclas zamanı cari ilin 3 noyabr tarixində Astana şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşü zamanı nəqliyyat sahəsi üzrə qəbul edilən qərarlar, habelə Xəzər dənizində yük daşımaları, mülki aviasiya, dəmir yolu sahələri üzrə əməkdaşlığın intensivləşdirilməsi, üzv ölkələr arasında tranzit daşımaların rəqəmsallaşdırılması və sair məsələlər ətrafında müzakirələr aparılıb.

İclasda açılış nitqi ilə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev türk dünyası ölkələri ilə nəqliyyat sahəsində əlaqələrin gücləndirilməsi və tranzit potensialının genişləndirilməsində üzv ölkələrlə çoxtərəfli formatda əməkdaşlığın əhəmiyyətini vurğulayıb:

“Mürəkkəb geosiyasi proseslərin cərəyan etdiyi, qlobal iqtisadi gərginliyin artdığı bir şəraitdə bu formatda görüşlərin keçirilməsi yeni imkanların araşdırılması baxımından son dərəcə vacibdir. Azərbaycan üzv dövlətlər arasında iqtisadiyyatın bütün sahələrində, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün zəruri addımlar atmağa hazırdır”.

Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omurəliyev çıxışında üzv ölkələrin vahid amal, məqsəd və gələcək üçün daha sıx əməkdaşlıq və birgə inkişaf naminə qarşılıqlı dəstəyə tam olaraq hazır olduqlarını diqqətə çatdırıb.

Görüş zamanı TDT-yə üzv ölkələrin nəqliyyat nazirləri bəyanatlarla çıxış ediblər.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev öz bəyanatı zamanı qeyd edib ki, üzv ölkələrin ərazilərindən keçən Orta dəhlizin inkişafı bir sıra regional əməkdaşlıq formatlarının gündəliyində mühüm yer tutur. Belə ki, Azərbaycan ölkə daxilində infrastrukturun və institusional mühitin yaxşılaşdırılması ilə yanaşı, regional əməkdaşlığa hesablanan mühüm layihələrin icrasına davam edir. Bu baxımdan Zəngəzur dəhlizinin açılması vacib əhəmiyyət kəsb edir.

Nazir qeyd edib ki, Orta dəhlizin səmərəliliyinin artırılması infrastruktura yatırımlarla yanaşı, iştirakçı ölkələrlə birlikdə göstərilən xidmətlərin keyfiyyətini artırmağı tələb edir.

Rəşad Nəbiyev daha sonra tərəfdaş ölkələrlə əməkdaşlıq çərçivəsində dəhliz boyu tarif siyasətinin uyğunlaşdırılması, sərhədlərdəki sənədləşmənin sadələşdirilməsi, nəqliyyat şirkətlərinin və dəmir yolu administrasiyalarının əməliyyat fəaliyyətinin sinxronlaşdırılması istiqamətində görülən tədbirlərin ilkin nəticələri barədə məlumat verib.

Eyni zamanda, iclas çərçivəsində Orta dəhlizin rəqəmsallaşdırılması məqsədilə Azərbaycan tərəfindən yaradılmış Rəqəmsal Nəqliyyat Logistika Platforması haqqında təqdimat olunub.

Sonda TDT-yə üzv ölkələrin nəqliyyat nazirlərinin 7-ci iclasının yekunlarına dair Kommunike imzalanıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...