Anons

Dünən, 20:50- 60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək

Dünən, 19:04- Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub

Dünən, 18:36- Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? - İTTİHAM VAR...

Dünən, 16:03- Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA

Dünən, 15:29- Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı - TƏFƏRRÜAT

Dünən, 14:54- Cəliləbadın Daşınmaz Əmlak idarəsi Ədliyyə Nazirliyini və Məhkəməni Dövlətin adından necə aldadır

Dünən, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

Dünən, 11:51- "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

Dünən, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

Dünən, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

Dünən, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

Dünən, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

2-05-2024, 19:43- Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO

2-05-2024, 19:16- Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT

2-05-2024, 18:38- Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu auditor seçir

2-05-2024, 16:40- Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür - BU DA BELƏ...

2-05-2024, 16:05- Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

2-05-2024, 15:28- Ərzaq alıb yedi, pulunu ödəmədi – Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası - FOTO

2-05-2024, 14:53- “Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?

2-05-2024, 14:11- FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Haqqımızda Əlaqə

Bu gün Azərbaycan və Türkiyə arasında yeni yol xəritəsi imzalanacaq

Tarix:29-09-2023, 10:48

Bu gün Azərbaycan və Türkiyə arasında yeni yol xəritəsi imzalanacaq
Bu forum iki ölkə arasında əməkdaşlıq fürsətlərinin genişləndirilməsi baxımından önəmlidir.

Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Naxçıvan şəhərində Azərbaycan-Türkiyə 3-cü Enerji Forumunda çıxışı zamanı deyib.

"Türkiyə və Azərbaycan olaraq Bakı-Tbilisi-Ceyhan kəməri, Bakı-Tbilisi-Ərzurum və TANAP boru xətti ilə bölgəmizin və Avropanın enerji təhülkəsizliyinə töhfə verən layihələri qarşıdakı dövrdə bərpaolunan enerji kimi fərqli sahələrdə genişləndirmək istəyirik.

Enerjidə böyük transformasiyaya ehtiyac var. Bunun da ikitərəfli və çoxtərəfli əməkdaşlıqlarla mümkün olacağını düşünürük. İnfrastruklarımızı yeniləmək lazımdır", - deyə nazir qeyd edib.

A.Bayraktar bildirib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində azad etdiyi torpaqlarda və Naxçıvanda "yaşıl enerji"nin tətbiq edilməsində Azərbaycanın yanında olmağa davam edəcəklər.

Ətraflı
"Bundan sonra da etibarlı və güclü iki dövlət olaraq işlərimizə davam edəcəyik. Digər tərəfdən, Azərbaycan və Türkiyə arasında elektrik enerjisi idxal və ixracının infrastrukturunun yaradılması ilə bağlı bu gün bir yol xəritəsi imzalanacaq. Bu sahədə çox önəmli bir addım atacağıq. Enerji sahəsində əməkdaşlığımızda olan yeniliklər ölkələrimiz arasında əlaqəni və Naxçıvanla bağlarımızı daha da möhkəmləndirəcək", - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Naxçıvan şəhərində Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı keçirilir.

Naxçıvan Biznes Mərkəzində keçiriləcək konfransda Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, energetika naziri Pərviz Şahbazov, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Mariam Mohammed Almheiri və digər rəsmi şəxslər iştirak edəcək. Tədbir çərçivəsində "enerji keçidi", "yaşıl enerji zonası", "Naxçıvanın yaşıl enerji potensialı" və digər mövzularda plenar sessiyaların keçirilməsi, Azərbaycan və Türkiyənin bir sıra yüksək vəzifəli şəxslərinin çıxışları nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, ikinci Forum isə 2022-ci il 5-6 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...