Anons

Dünən, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...

Dünən, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı

Dünən, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

Dünən, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

Dünən, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

Dünən, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Haqqımızda Əlaqə

“Nar” beynəlxalq mükafata layiq görüldü

Tarix:14-09-2023, 13:34

“Nar” beynəlxalq mükafata layiq görüldü
“Nar”ın sosial layihəsi Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası tərəfindən “Korporativ
məsuliyyət” istiqamətində ən uğurlu layihə olaraq “Qızıl Dünya Mükafatı”na layiq görüldü.
“Nar”ın mükafata layiq görülən layihəsi – “Azərbaycan işarə dilində ilk elektron lüğəti – jestdili.az” 30
mindən çox nitq və eşitmə məhdudiyyətli soydaşımızın ana dilində jest dilini öyrənmək imkanı yaradır.
Elektron lüğətdə 5000-dən çox sözün foto və video təsvirləri toplanıb. Jestdili.az resursundan istifadə
etməklə nitq və eşitmə məhudiyyətli şəxslər və onların yaxınları heç yerə getmədən və müəllim olmadan,
onlayn qaydada jest dilini öyrənə bilir.
Qeyd edək ki, Qızıl Dünya Mükafatının (GWA – Golden World Award) bu il 200-dən çox finalçısı seçilib
və layihələr 39 nəfərlik beynəlxalq səviyyəli peşəkar münsiflər heyəti tərəfindən dəyərləndirilib. “Nar” ilə
yanaşı, qaliblər arasında Türk Telecom, Shell, Toyota, SOCAR Türkiye, Hyundai, MasterCard kimi
dünya miqyaslı şirkətlərin layihələri müxtəlif nominasiyalar üzrə yer alıb. “Nar” yüzlərlə şirkətlərin
içərisindən qalib seçilərək bu mükafata layiq görülən ilk Azərbaycan şirkəti oldu.
“Nar”ın Korporativ Ünsiyyət departamentinin direktoru Əziz Axundov ictimaiyyətlə əlaqələr sahəsi üzrə
ən nüfuzlu mükafatın Azərbaycanı təmsil edən şirkət tərəfindən qazanılmasından qürur duyduğunu
bildirib: “Eşitmə və nitq məhdudiyyətli şəxslər üçün həyata keçirdiyimiz sosial layihələrimiz onların
həyatlarının müsbətə doğru dəyişməsi və inklüziv cəmiyyət yaratmağımız baxımından xüsusi əhəmiyyət
kəsb edir. Həyata keçirdiyimiz təşəbbüslərin beynəlxalq səviyyədə tanınması və mükafata layiq görülməsi
bizim doğru yolda olduğumuzu göstərir.”
Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası (IPRA, International Public Relations Assosication)
1955-ci ildə bu sahənin peşəkarlarını birləşdirən qlobal əməkdaşlıq platforması kimi təsis edilib.
Assosasiya 1983-cü ildən BMT və alt qurumları ilə sıx əməkdaşlıq edir və layihələri qiymətləndirərkən
BMT-nin Davamlı İnkişaf Hədəflərini də (SDG – Sustainable Development Goals) əsas götürür.
“Nar” BMT Qlobal Sazişinə qoşulmuş ilk Azərbaycan şirkəti olaraq, sosial məsuliyyət strategiyasını bu
hədəflərə uyğun olaraq qurur. Jest dili layihəsi də BMT-nin inklüziv təhsil hədəfinə uyğun olaraq həyata
keçirilib. Layihə “Karlara Dəstək” və “Regional İnkişaf” ictimai birlikləri ilə tərəfdaşlıq nəticəsində
ərsəyə gəlib.
“Nar”ın həyata keçirdiyi bütün sosial layihələr haqqında məlumatı nar.az/projects səhifəsindən əldə etmək
olar.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir.
“Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator
müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim
edir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...