Bu gün, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
Bu gün, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
Bu gün, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
Bu gün, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
Bu gün, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
Bu gün, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
Bu gün, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma
Bu gün, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
Bu gün, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb
Bu gün, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
Bu gün, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!
Bu gün, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı
Bu gün, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video
Bu gün, 08:49- Azərbaycan polisi 107 yaşında
Dünən, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
Dünən, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət
Dünən, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR
Dünən, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı
Dünən, 16:38- Rusiya Azərbaycana nota verib
Dünən, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC təqdim etdiyi informasiya təhlükəsizliyi xidmətləri sahəsinin genişləndirilməsi məqsədilə Türkiyənin qabaqcıl kibertəhlükəsizlik şirkətlərindən olan “DNS Sense” ilə əməkdaşlığa başlayıb.
Əməkdaşlıq çərçivəsində “DNS Sense” şirkətinə məxsus və “AzInTelecom” MMC-nin sistem əməliyyatlarının idarə edilməsində tətbiq edilən rəqəmsal məhsulların Azərbaycanda satışı və istifadəsini stimullaşdırmaq üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, bu məhsullar aktiv təhlükəsizliyi təmin edən bulud əsaslı DNS layer mühafizəsini həyata keçirir. Eyni zamanda, fişinq, DNS saxtakarlığı, DNS tunelləmə, DNS əsaslı bot fəaliyyətlər və homoqlif domen adlarına qarşı güclü və effektiv birinci müdafiə təbəqəsi kimi xidmət edir.
Xidmət onu əldə edən korporasiyanın ümumi şəbəkə trafikini bir ekrandan izləməyə, idarə etməyə və hesabat verməyə imkan verir. Bundan əlavə, yoluxmuş cihazı aşkar etmək üçün qabaqcıl DNS analizini həyata keçirir. Həmçinin şəbəkənin ölçüsündən asılı olmayaraq, zərərli internet trafiki barədə məlumat verir. Bu da öz növbəsində şəbəkənin təhlükəsizlik siyasətini sərtləşdirmək imkanı yaradır.
Qeyd edək ki, ölkənin bir sıra böyük şirkət və dövlət qurumlarının informasiya resurslarını etibar etdiyi “AzInTelecom” MMC-nin müştəriləri informasiya təhlükəsizliyinin auditi, konsaltinqi və kibertəhlükəsizlik xidmətlərindən istifadə edə bilərlər.