Bu gün, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal
Bu gün, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma
Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma
2-07-2025, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
2-07-2025, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb
Ödəniş təşkilatı, elektron pul təşkilatı və operator (Mərkəzi Bank istisna olmaqla) ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyəti bu Qanuna uyğun olaraq lisenziya aldıqdan sonra həyata keçirə bilərlər.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində əksini tapıb.
Operator fəaliyyəti ilə məşğul olmayan şəxslərin adında “ödəniş sistemi”, ödəniş xidmətlərinin göstərilməsi fəaliyyəti ilə məşğul olmayan şəxslərin adında isə “ödəniş təşkilatı” və ya “elektron pul təşkilatı” sözlərinin istifadə edilməsi qadağandır.
Müstəsna olaraq hesab üzrə məlumat xidmətinin göstərilməsi üçün ödəniş təşkilatı bu Qanuna uyğun olaraq Mərkəzi Bankda qeydiyyata alınmaqla hesab üzrə məlumat xidmətini göstərə bilər. Həmin ödəniş təşkilatı digər ödəniş xidmətlərini göstərmək istədikdə bu Qanuna uyğun olaraq lisenziya almalıdır.
Banklar və xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, habelə poçt rabitəsinin milli operatoru ödəniş xidmətlərini “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun aldıqları lisenziya əsasında həyata keçirirlər. Həmin təşkilatlar bu Qanunun 3.1.5 – 3.1.7-ci maddələrində qeyd olunan ödəniş xidmətlərinə başlamazdan azı 1 (bir) ay əvvəl Mərkəzi Bankı bu barədə yazılı formada məlumatlandırmalıdırlar.
Bu Qanunun 48.1-ci maddəsində nəzərdə tutulan lisenziya müddətsizdir və verildiyi gündən qüvvəyə minir, yalnız onu almış şəxs tərəfindən istifadə edilə bilər və üçüncü şəxslərə ötürülə bilməz.