Anons

Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Dünən, 11:00- “Konkret.az”ın baş redaktoru: “Rəqabət bizi narahat etmir”

Dünən, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı

Dünən, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video

Dünən, 08:49- Azərbaycan polisi 107 yaşında

1-07-2025, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Haqqımızda Əlaqə

Bakı Enerji Həftəsində “Zero Waste” proqramı tətbiq ediləcək

Tarix:17-04-2023, 16:45

Bakı Enerji Həftəsində “Zero Waste” proqramı tətbiq ediləcək
İyunun 1-i və 2-sində Azərbaycanda ənənəvi Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Bakı Enerji Forumu keçiriləcək.

Xəzər Neft və Qaz Konfransının davamı olan Bakı Enerji Forumu uzun illər ərzində enerji sahəsinin əsas istiqamətlərinin müzakirə olunduğu mühüm platformaya çevrilib. Bakı Konqres Mərkəzində təşkil ediləcək forumda 600-dən çox nümayəndə iştirak edəcək. İştirakçılar siyahısında Azərbaycan, Almaniya, Amerika Birləşmiş Ştatları, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveçrə, İtaliya, Kanada, Qazaxıstan, Monako, Niderland Krallığı, Rusiya Federasiyası, Tayland Krallığı, Türkiyə və digər ölkələrdən olan şirkətlər yer alacaq.

Builki tədbirdə keçid dövründə qlobal enerji şərtləri və beynəlxalq enerji təhlükəsizliyi, Xəzər regionunun bərpa olunan enerji potensialı və digər mövzular müzakirə olunacaq. Tədbir çərçivəsində baş tutacaq sessiyalar zamanı həmçinin “Zero Waste” proqramı, xalis sıfır emissiya və yaşıl hidrogen mövzuları da qaldırılacaq.

Son dövrlərdə planetimizin üz-üzə qaldığı çoxsaylı ekoloji problemlər və bu problemlərin Yer kürəsi üçün yaratdığı təhlükələr dünya miqyasında geniş müzakirələrə səbəb olur. Qlobal iqlim böhranını aradan qaldırmaq istiqamətində əsas həll yollarından biri kimi məhz “Zero Waste” proqramı nəzərdən keçirilir.

“Zero Waste” tullantıların qarşısının alınmasına yönəlmiş prinsiplər toplusudur ki, bu da məhsulların və resursların təyinatının dəyişdirilməsi və ya təkrar istifadə olunması yolu ilə istifadəyə yararlılığını artırmağı təşviq edir.

Bakı Enerji Forumu çərçivəsində ilk dəfə olaraq “Zero Waste” (Sıfır Tullantı) proqramı tətbiq olunacaq. Bu məqsədlə, Forum zamanı çap vasitələrindən istifadə minimum səviyyəyə qədər azaldılaraq, əsasən elektron vasitələrə üstünlük veriləcək. Bundan əlavə, tədbir üçün reklam vasitələrinin də çapından imtina edilərək, forumun təşkil edildiyi məkanda eko bannerlər, elektron “rollup”lar və reklam lövhələrindən istifadə ediləcək. Beynəlxalq “Zero Food Waste” təşəbbüsünü dəstəkləyərək, forum zamanı qidadan optimal istifadə prinsipi də tətbiq ediləcək.

Tədbirin keçiriləcəyi Bakı Konqres Mərkəzi də ekoloji konseptdə inşa edilib. Belə ki, mərkəzin damında quraşdırılmış günəş enerjisi panelləri vasitəsilə kifayət qədər enerji toplanması sayəsində enerji istifadəsinə sərf olunan xərclər azaldılıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...