Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma
Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb
Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!
Dünən, 11:00- “Konkret.az”ın baş redaktoru: “Rəqabət bizi narahat etmir”
Dünən, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı
Dünən, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video
Dünən, 08:49- Azərbaycan polisi 107 yaşında
1-07-2025, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
Mobil operator “Nar” 2022-ci ildə müxtəlif əhəmiyyətli sosial layihələrə ayırdığı vəsaitin məbləğini
açıqlayıb. Ötən il ərzində mobil operator fiziki məhdudiyyətli insanların dəstəklənməsi, elm və təhsil,
eləcə də milli-mənəvi irs və vətənpərvərlik istiqamətində müxtəlif layihələrə 5 milyon AZN-dən çox
vəsait yatırıb.
“Nar” olaraq 2022-ci ildə 20-dən çox sosial layihə gerçəkləşdirdik. Bu layihələr birbaşa minlərlə insanın
həyatına müsbət dəyişiklik gətirib. Bundan başqa, beynəlxalq səviyyədə qəbul edilmiş dayanıqlı inkişaf
məqsədlərinə töhfə vermək üçün BMT-nin Qlobal sazişinə qoşulan ilk mobil operator olduq ki, bu da
bizə sosial təşəbbüslərdə beynəlxalq təcrübədən yararlanmağa imkan verir. Cari ildə də önəmli sosial
layihələrə dəstəyimizi davam etdirmək niyyətindəyik”, – deyə “Nar”ın İctimaiyyətlə Əlaqələr
Departamentinin rəhbəri Əziz Axundov bildirib.
Ötən il həyata keçirilən layihələrdən “Təlim Məktəbi” və “Jestdili.az” ı xüsusi vurğulamaq lazımdır.
“Təlim Məktəbi” layihəsində nitq və eşitmə məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası və maddi
sərbəstliyi üçün müxtəlif peşə təlimləri tədris olunur. Bundan başqa, “Jestdili.az” eşitmə və nitq
məhdudiyyətli şəxslərin daha rahat ünsiyyətinə dəstək məqsədilə yaradılmış onlayn lüğətdir.
İstifadəçilərin harada olmasından asılı olmayaraq daim faydalanma imkanı verən bu lüğətdə video, foto
və təsviri mətn formasında 5 mindən çox söz toplanıb.
Həyata keçirilən layihələr ölkədə və beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. Belə ki,
“Jestdili.az” layihəsi “NETTY 2022” milli internet mükafatını qazanmış, öncəki illərdə isə “Təlim
Məktəbi” layihəsi “Eventiada IPRA Golden World Awards” (Beynəlxalq İctimaiyyətlə Əlaqələr
Assosiasiyası Qızıl Dünya Mükafatı) müsabiqəsində “Ən yaxşı sosial layihə” nominasiyasında qalib
olub. “Nar”ın həyata keçirdiyi digər sosial layihələri ilə bağlı ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir.
“Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil
operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün
xidmət təqdim edir.