Anons

Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Dünən, 11:00- “Konkret.az”ın baş redaktoru: “Rəqabət bizi narahat etmir”

Dünən, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı

Dünən, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video

Dünən, 08:49- Azərbaycan polisi 107 yaşında

1-07-2025, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Haqqımızda Əlaqə

AZAL 12 “Airbus” təyyarəsi sifariş edib

Tarix:6-04-2023, 13:00

AZAL 12 “Airbus” təyyarəsi sifariş edib
Bakı–Azərbaycan milli aviadaşıyıcısı (AZAL) A320neo və A321neo laynerləri daxil olmaqla A320neo ailəsinə aid 12 “Airbus” təyyarəsi üçün sifariş verib.

Qurumdan bildirilib ki müqavilənin imzalanma mərasimi aprelin 6-da Bakıda baş tutub. Yeni təyyarələr aviaşirkətin səmərəliliyini və rəqabət qabiliyyətini artırmağa və parkda olan bütün hava gəmilərində sərnişinlərin yüksək səviyyədə rahatlığını təmin etməyə imkan verir. Bu amillər müasir və qənaətcil təyyarələrin istismarına yönəlmiş AZAL-ın donanmasının yenilənməsi strategiyasının bir hissəsidir. Mühərriklərin seçimi aviaşirkət tərəfindən daha sonrakı mərhələdə baş tutacaq.

“Biz donanmamızın modernləşdirilməsi proqramı üzrə “Airbus” ilə qarşılıqlı faydalı əməkdaşlığımızı davam etdirməkdən məmnunuq və ikitərəfli tərəfdaşlığımızı gücləndirmək niyyətindəyik. İmzalanmış müqavilə sərnişinlərimizə ən müasir və komfortlu dar gövdəli təyyarələri ilə səyahət təmin edəcək.” – deyə AZAL QSC-nin birinci vitse-prezidenti Samir Rzayev bildirib.

“Airbus” Beynəlxalq Departamentinin rəhbəri və baş kommersiya direktoru Kristian Şerer vurğulayıb ki, “Bu sifariş “Airbus” və “Azərbaycan Hava Yolları” arasında məhsuldar əməkdaşlıqda mühüm mərhələdir. A320neo ailəsi öz donanması üçün sərfəli həllər axtaran aviaşirkətlər üçün ən yaxşı seçim olaraq qalır. Bu sifariş müştərilərimizin A320neo təyyarəsinin performansına və etibarlılığına inamının sübutudur. Əminik ki, bu qərar “Azərbaycan Hava Yolları”nın uzunmüddətli perspektivdə davamlı inkişafına töhfə verəcək”.

Hazırda AZAL-ın donanmasına 14 “Airbus” təyyarəsi: 4 ədəd A319ceo, 6 ədəd A320ceo, 2 ədəd A340 və ilin əvvəlindən 3 yeni nəsil A320neo təyyarəsi daxildir.

Aviaşirkət yerli və beynəlxalq marşrut şəbəkəsini inkişaf etdirmək üçün A320neo ailəsinin səmərəli təyyarələrindən istifadə etməyi planlaşdırır.

A320neo təyyarələri böyüdülmüş “Sharklets” qanad ucları, CO2 emissiyalarını azaldan və ən azı 20% yanacaq qənaəti təmin edən yeni nəsil mühərriklər kimi ən son texnologiyalarla təchiz edilib.

A320neo ailəsi 135 müştərinin 8700-dən çox sifarişi ilə dünyada ən populyar hava gəmisi növüdür.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...