Bu gün, 12:07- Süni intellekt üzrə Milli Strategiyanın hazırlanması üçün yol xəritəsi tərtib edilib
Bu gün, 11:45- İçərişəhərdə “Gənclər yarmarkası” keçiriləcək
Bu gün, 10:51- Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu artır
Bu gün, 10:23- Təəssüf və təsəlli - Bayram Məmmədov yazır
Dünən, 17:19- Yoluxma azalsa da, 4 nəfər öldü
Dünən, 16:50- Azərbaycan Qızıl kəmər seriyasında 10 boksçu ilə təmsil olunacaq
Dünən, 16:00- DİN İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirib, 7 nəfər saxlanılıb
Dünən, 15:32- ÜST Azərbaycana peyvənd məntəqələrində istifadə olunan soyuducular üçün 2100 cihaz verib
Dünən, 15:05- Azərbaycanlı mütəxəssis dünyanın ən güclü 10 yaddaşından biri seçilib
Dünən, 14:43- "Avroviziya 2023"ün loqo və şüarı açıqlanıb
Dünən, 13:52- Həkim şəbəkəçi Rəbiyyə Nemətova: "İnsanlara sağlam həyat bəxş etmək əsas iş prinsipimizdir"
Dünən, 13:27- Elm və təhsil nazirinə yeni müavin təyin edildi
Dünən, 13:00- Sabahın hava proqnozu açıqlanıb
Dünən, 12:34- Gənclər Günü münasibətilə muzeylərdə “açıq qapı” olacaq
Dünən, 12:06- Bu gün Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı işi üzrə dinləmələr keçirəcək
Dünən, 11:45- Xəstə şagirdlər məktəbə getməsin - Nazirlikdən virusla bağlı ÇAĞIRIŞ
Dünən, 11:19- XİN İrana səyahət edəcək Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
Dünən, 10:51- Ötən il 215 uşaq övladlığa götürülüb
Dünən, 10:23- Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
30-01-2023, 16:06- Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti festival - “Gəncliyin səsi”
Azərbaycan və Andorra qış turizminin inkişafı üzrə müəssisələrarası Anlaşma Memorandumunun imzalanmasına dair tədbirləri müzakirə edib.
Azərbaycan Dövlət Turizm Agentliyinin məlumatına görə, bu məsələ təşkilatın sədri Fuad Nağıyevin İspaniya və Andorraya işgüzar səfəri çərçivəsində müzakirə olunacaq.
Fuad Nağıyev səfər zamanı "FITUR" sərgisində iştirak edib. Sərgi zamanı agentliyin nümayəndəsinin Azərbaycanın İspaniya və Andorradakı səfiri Ramiz Həsənovun da iştirakı ilə Andorranın Turizm və Telekommunikasiyalar Naziri Jordi Torres Falko ilə görüşü keçirilib.
Bundan başqa, işgüzar səfər çərçivəsində Azərbaycanla İspaniya, Andorra və Bolqarıstan arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.
Görüş zamanı ölkədə qış turizminin inkişafına dair məsələlər və Andorranın bu sahədəki təcrübəsi müzakirə edilib.
Eyni zamanda, Azərbaycanın Qış İdman Növləri federasiyasının idmançılarının Andorrada məşqlərə başladıqları və Dünya kubokunda iştirak edəcəkləri vurğulandı.
Xatırladaq ki, 2022-ci ilin dekabrında Azərbaycana 143 814 əcnəbi səfər edib ki, bu da ötən ilin analoji dövründəki göstəricidən (97 748) 47,13 % yuxarıdır.
Agentliyin məlumatına görə, 2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycana 1 602 600 xarici vətəndaş səfər edib ki, bu da ötən ilin analoji dövründəki göstəricidən (790 062) iki dəfə yüksəkdir.
2022-ci ilin dekabr ayında Azərbaycana səfər etmiş əcnəbilərin sayına görə ilk onluğa Rusiya (42,7 min nəfər), Türkiyə (28,4 min nəfər), İran (12,6 min nəfər) Gürcüstan (9,6 min nəfər), BƏƏ (9,2 min nəfər), Hindistan (7,6 min nəfər), Pakistan (4,4 min nəfər), Özbəkistan (2,8 min nəfər), Səudiyyə Ərəbistanı (2,6 min nəfər) və Qazaxıstan (2,4 min nəfər) daxil olub.