Anons

Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Dünən, 11:00- “Konkret.az”ın baş redaktoru: “Rəqabət bizi narahat etmir”

Dünən, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı

Dünən, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video

Dünən, 08:49- Azərbaycan polisi 107 yaşında

1-07-2025, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Haqqımızda Əlaqə

Füzuli-Hadrut avtomobil yolunun tikintisi yekunlaşır

Tarix:17-01-2023, 15:00

Füzuli-Hadrut avtomobil yolunun tikintisi yekunlaşır
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə və son mərhələ üzrə davam etdirilir.

AAYDA-dan verilən məlumata görə, Avtomobil yolunun uzunluğu 12 kilometrdir. I texniki dərəcəli olacaq bu yol başlanğıcını “Zəfər Yolu”ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir.

Füzuli-Hadrut avtomobil yolu 4 hərəkət zolaqlıdır. Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 21.5 metr, yolun hərəkət hissəsinin eni isə 14 metr təşkil edir.

Xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun yeni torpaq yatağının və yol əsasının inşası tam olaraq yekunlaşıb. Yolun 11-km hissəsində asfalt örtüyünün alt layının döşənməsi işləri icra olunub.

Füzuli-Hadrut avtomobil yolunda torpaq yatağının və yol əsasının inşası ilə yanaşı, yolboyu atmosfer sularının ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametlərə malik 15 suötürücü boru, 7 ehtiyat keçidi, həmçinin dərə sularının ötürülməsi üçün 1 dördbucaqlı su keçidinin tikintisi də sona çatıb.

Layihə üzrə yolun 6.7 km-də, “Qarğabazarı” adlanan ərazidən keçən hissəsində bir aşırımlı körpünün inşası aparılıb. Avtomobil körpüsünün uzunluğu 18 metr, eni isə 21 metr təşkil edir.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun qısa zamanda yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

Qeyd edək ki, Füzuli-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarının ərazisindən keçir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...