Anons

Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Dünən, 11:00- “Konkret.az”ın baş redaktoru: “Rəqabət bizi narahat etmir”

Dünən, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı

Dünən, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video

Dünən, 08:49- Azərbaycan polisi 107 yaşında

1-07-2025, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Haqqımızda Əlaqə

2023-cü ildə Azərbaycanda real ÜDM-in artım tempi müsbət qalacaq - Dünya Bankı

Tarix:12-01-2023, 16:07

2023-cü ildə Azərbaycanda real ÜDM-in artım tempi müsbət qalacaq - Dünya Bankı
Dünya Bankının 2023-cü il üçün “Qlobal İqtisadi Perspektivlər” hesabatı dərc olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Aqil Əsədov bildirib ki, hesabatda dünya iqtisadiyyatından gözləntilər, daha əvvəl təxmin edilən 3.0 faizlik artım ətrafında deyil, 1.7 faizlik yeni proqnoza əsasən qiymətləndirilir. Qeyd edilir ki, qlobal inkişaf tempindəki yavaşımalar ümumilikdə bütöv regionları əhatə edərək adambaşına düşən gəlir səviyyəsinə də öz təsirini göstərəcəkdir. Belə ki, 2023-cü ildə adambaşına düşən gəlir səviyyəsindəki artım tempinin, COVİD-19 pandemiyasından öncəki dekadan daha aşağı olacağı proqnozlaşdırılır. Həmçinin, inkişaf etməkdə olan iqtisadiyyatların ÜDM səviyyəsi, pandemiya ərəfəsində gözlənilən səviyyədən, 6 faiz aşağı olacaq.

Qeyd edək ki, 2022-ci ildə real ÜDM dünya üzrə 2.9%, inkişaf etmiş iqtisadiyyatlarda 2.5% və inkişaf etməkdə olan iqtisadiyyatlar üzrə 3.4% artım göstərilib. Bu göstərici 2023-cü ildə inkişaf etməkdə olan iqtisadiyyatlar üzrə sabit proqnozlaşdırılsa da, dünya üzrə və inkişaf etmiş iqtisadiyyatlar üzrə müvafiq olaraq 1.7% və 0.5% olacağı göstərilir. Regionlar üzrə nəzər yetirdikdə, Avropa və Mərkəzi Asiya (ECA) regionunda iqtisadi artım tempi Rusiyada məhsul buraxılışındakı kəskin azalma, Avropa İttifaqının enerji təchizatındakı qırılmalar, yüksək inflyasiya şəraitindən irəli gələn monetar sərtləşmə siyasətinin izlənilməsi kimi səbəblərdən 0.1% olacağı gözlənilir. O cümlədən, Cənubi Qafqaz üzrə artım 2022-ci ildə müşahidə edilən 6.5% səviyyəsindən 2023-cü ildə 3.3% səviyyəsinə düşəcəkdir. Buna səbəb kimi, 2020-2021-ci illər üzrə baş verən güclü sıçrayışın zəifləməsi, avro zonadakı geriləmə və Rusiyada məhsul buraxılışının azalması göstərilir.

Azərbaycan üzrə verilən proqnozlarda real ÜDM-nin artım tempi müsbət olaraq qalır. 2023-cü ildə Azərbaycan iqtisadiyyatında artım dünya ilə müqayisədə 1.1%, ECA regionu ilə müqayisədə isə 2.7% daha yüksək olacaqdır.

2022-ci ilin iyun ayı proqnozlarından faiz bəndi ilə müqayisədə Azərbaycan 2023-cü il üzrə bütövlükdə Avropa və Mərkəzi Asiya regionunda real ÜDM-də müsbət artım göstərməsi proqnozlaşdırılan 4 ölkədən biridir.

Mövcud şəraitdə qlobal iqtisadiyyatın təzyiq altında olmasını nəzərə alaraq Dünya Bankı “Qlobal İqtisadi Perspektivlər” hesabatında 2023-cü ildə median gəlirlərin artmasına və ümumi rifah səviyyəsinin yüksəlməsinə dair bir sıra struktural addımlar tövsiyə edir. Belə ki, yeni iş yerlərinin yaradılması və istehsalın artırılması üçün daha çox investisiya qoyuluşlarının təşviq edilməsi tövsiyə olunur. Bunun üçün isə, əlverişli biznes mühiti çərçivəsində inkişafa meylli addımların atılması, o cümlədən infrastruktur layihələrinin həyata keçirilməsi üçün dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, müvafiq normativ-hüquqi bazanın formalaşdırılması, birbaşa xarici investisiyaların cəlb edilməsinə yönəlik fəaliyyətlərin genişləndirilməsinə ehtiyac duyulur.

Bunlarla yanaşı, transsərhəd ticarət əlaqələrinin şaxələndirilməsi üçün əməkdaşlığın gücləndirilməsi, çeşidli bazarlara çıxış, gömrük sazişləri kimi razılaşmalar vasitəsilə ticarətin inkişafını sürətləndirmək istiqamətində səylər də zəruri hesab olunur.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...