Anons

Bu gün, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

Bu gün, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

Dünən, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

Dünən, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

Dünən, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

Dünən, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

Dünən, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

Dünən, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

Dünən, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

Dünən, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

Dünən, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

Dünən, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

Dünən, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

16-05-2024, 22:59- Oliqarx İsmayılovun oğlu atalıq testi - DNT-dən keçməkdən yayındı – ŞOK GƏLİŞMƏ

16-05-2024, 22:44- Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

16-05-2024, 22:25- Əhmədlidə parkda ağacları kəsib yerində obyekt tikirlər - FAKT

16-05-2024, 20:21- Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

16-05-2024, 16:59- Azərbaycanda ilk dəfə aşıq musiqisinin kamera orkestri ilə sintezi təqdim olunacaq – FOTO/VİDEO

16-05-2024, 16:31- Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Haqqımızda Əlaqə

Gəncədəki beynəlxalq hava limanına yeni IATA kodu təyin edilib

Tarix:12-08-2021, 17:09

Gəncədəki beynəlxalq hava limanına yeni IATA kodu təyin edilib
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) Azərbaycanın milli aviadaşıyıcısının təşəbbüsü ilə Gəncə şəhərindəki beynəlxalq hava limanının üçhərfli kodunun dəyişdirilməsi haqqında qərar qəbul edib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, ümumdünya mülki aviasiyasının miqyasını nəzərə alaraq, hava limanının beynəlxalq kodunun dəyişdirilməsi uzun müddət davam edən, kifayət qədər mürəkkəb prosesdir.

Hava limanlarının üçhərfli kodları daimi əsaslarla verilir və qısa müddət ərzində dəyişdirilə bilməz.

Bütün hüquqi prosedurlar yerinə yetirildikdən sonra, IATA-nın 763 nömrəli Qətnaməsinə uyğun olaraq, Azərbaycanın ikinci ən böyük hava limanının yeni kodu Gəncə şəhərinin adı ilə bağlı olub “GNJ” adlandırılacaq. Hava limanının əvvəlki kodu – “KVD” köhnə toponimlə - Kirovabad adı ilə bağlı idi. Şəhər 1935-ci ildən 1989-cu ilədək belə adlanırdı.

Bu dəyişiklik rəsmi şəkildə cari il sentyabrın 10-da bütün aviabilet təxsisi sistemlərində qüvvəyə minəcək. Yeni hava limanı kodu o cümlədən biletlərdə, baqaj birkalarında, informasiya tablolarında göstəriləcək.

Bu gün Azərbaycanda altı beynəlxalq hava limanı tikilərək fəaliyyət göstərir – Bakıda (GYD), Gəncədə (GNJ), Naxçıvanda (NAJ), Qəbələdə (GBB), Lənkəranda (LLK) və Zaqatalada (ZTU). Həmçinin Abşeron rayonunun Zabrat qəsəbəsində ASG Helicopter Services helikopter aviaşirkətinin bazası (ZXT) yerləşir.

Hazırda Füzulidə beynəlxalq hava limanının tikintisi davam etdirilir və yaxın zamanlarda açılışı nəzərdə tutulub. Qarabağın azad edilmiş ərazilərində – Azərbaycanın Laçın və Zəngilan rayonlarında daha iki hava limanı tikiləcək.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...