Anons

Bu gün, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

Dünən, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

Dünən, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

Dünən, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

Dünən, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

Dünən, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

Dünən, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

Dünən, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

Dünən, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

Dünən, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

Dünən, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

Dünən, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

16-05-2024, 22:59- Oliqarx İsmayılovun oğlu atalıq testi - DNT-dən keçməkdən yayındı – ŞOK GƏLİŞMƏ

16-05-2024, 22:44- Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

16-05-2024, 22:25- Əhmədlidə parkda ağacları kəsib yerində obyekt tikirlər - FAKT

16-05-2024, 20:21- Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

16-05-2024, 16:59- Azərbaycanda ilk dəfə aşıq musiqisinin kamera orkestri ilə sintezi təqdim olunacaq – FOTO/VİDEO

16-05-2024, 16:31- Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

16-05-2024, 15:44- Göyçayda camaatın içdiyi suyu NİYƏ ZİBİLLƏYİRLƏR? - Başçının adamı hər maşından 10 manat alır, zibili tökürlər...

Haqqımızda Əlaqə

Azərbaycanda regional turizm startap təlimçilərinin bazası yaradılıb

Tarix:11-08-2021, 16:08

Azərbaycanda regional turizm startap təlimçilərinin bazası yaradılıb Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosunun dəstəyi ilə həyata keçirilən (ATB) "Regional İnnovativ Turizm Məhsulu" (RİTM) startap proqramı çərçivəsində 22 iyul – 6 avqust tarixlərində təlimçi və mentorlar üçün treninglər keçirilib.

Təlimlər Azərbaycanda turizm, sahibkarlıq və startaplar, startaplar üçün maliyyə, marketinq, xidmət və kommunikasiya kimi mövzuları əhatə edən bir sıra nəzəri biliklərə və təcrübəyə əsaslanan təlimləri əhatə edib.

Azərbaycanın müxtəlif bölgələrindən qatılan 20-ə yaxın təlimçi və mentor RİTM-in tədris və potensialın artırılması proqramında öz bacarıqlarını inkişaf etdirmək imkanı qazanıb.

DTA-nin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov “Alman İnkişaf Agentliyi”nin (GIZ) Azərbaycan ofisi ilə əməkdaşlıq çərçivəsində onlayn proqram vasitəsilə təşkil olunan təlimin yeni və xüsusi təlimçilər bazası yaratdığını deyib. Onun sözlərinə görə sözü gedən baza Azərbaycanın regional turizm konteksti üçün xüsusi olaraq hazırlanmış RİTM proqramının başlanğıc təlim kursunu həyata keçirəcək.

Təlimlər qonaqpərvərlik və turizm təhsili üzrə beynəlxalq ekspert, baş təlimçi Lisa Gordon Davis, o cümlədən, “Ekvita” şirkətinin hüquq üzrə meneceri Sevil Yəhyayeva, KOB dostu (Bakı) Kamran Bağırzadə, KOBİA-nın Regional layihələrlə iş və monitorinq şöbəsinin baş mütəxəssisi (şöbə müdirinin müavini) Sabir Zeynalov, eləcə də müxtəlif mövzular üzrə ATB mütəxəssisləri tərəfindən keçirilib.

"2021-ci ilin sonunda keçiriləcək milli finalda seçiləcək ilk üç yerin sahibi ümumi dəyəri 17 500 AZN olan investisiya əldə etməklə bərabər, “PWC Azərbaycan” peşəkar xidmətlər şirkətinin aparıcılığı ilə təşkil olunacaq akselerasiya proqramında da iştirak edəcəklər.”

RİTM proqramı haqqında ətraflı məlumat üçün ritm.tourismboard.az saytına daxil ola bilərsiniz.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...