Anons

Bu gün, 13:09- Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? -Araşdırma

Bu gün, 12:23- Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin “Kale Seramik” mağazasının qarşısında..

Bu gün, 11:46- "Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? - Ortada sübut-dəlil olsa da...

Bu gün, 10:45- Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO/VİDEO

Bu gün, 10:14- “İzmir” restoranı rəhbərliyi qanunları heçə sayır: Sakinlər şikayətçidir-Video

Bu gün, 09:39- “Ekstrasens Etibar” ritualları ilə kimlərdən “CİN” çıxarıb? -Araşdırma

12-07-2025, 16:49- Azərbaycan qazı yaxın zamanlarda Suriyaya ixrac ediləcək

12-07-2025, 15:14- Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub

12-07-2025, 14:44- Bir neçə gün öncə özünü güllələmişdi, müalicə üçün Türkiyəyə aparıldı

12-07-2025, 13:24- Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib - YENİLƏNİB

12-07-2025, 12:14- ADAU-da Heydər Əliyev Fondunun qurduğu suvarma sistemi sökülərək satılıb

12-07-2025, 10:35- Xüsusi.tv saytı fəaliyyətə başladı

12-07-2025, 10:33- Ağstafanın Nəriman Nərimanov küçəsində yol biabırçı vəziyyətdədir / VİDEO

12-07-2025, 09:31- “Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir?-FOTOLAR

11-07-2025, 18:40- Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu

11-07-2025, 12:16- Yusif Yusibovun əməlləri ifşa olunur

11-07-2025, 11:47- Üç dövlət qəzetinin təşkilati hüquqi forması dəyişdirildi

11-07-2025, 11:23- BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”... - Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür”?

11-07-2025, 10:43- Nəsimi bazarının yanında tikilən bina kimin himayəsindədir? İDDİA/VİDEO

11-07-2025, 09:10- Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir?- Vergidən yayınma……

Haqqımızda Əlaqə

Son 20 ildə Azərbaycan aparıcı şahmat dövlətlərinin arasına daxil olub - FIDE

Tarix:7-08-2023, 16:18

Son 20 ildə Azərbaycan aparıcı şahmat dövlətlərinin arasına daxil olub - FIDE
Son 20 ildə Azərbaycan aparıcı şahmat dövlətləri arasına daxil olub.

Bu barədə Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun turlarında Trend-ə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) baş direktoru Emil Sutovski deyib.

"Son 20 il ərzində Azərbaycan dünyanın aparıcı şahmat dövlətlərinin arasına daxil olub. Əlbəttə, Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun adları hamıya məlumdur. Son bir neçə il ərzində qızlar çox yaxşı çıxış edirlər.

Günay Məmmədzadə bu turnirdə çox da yaxşı çıxış etməsə də, bütünlükdə haqlı olaraq Azərbaycanda şahmatçı qızlar arasında liderdir. Yeni nəsil arasında ləyaqətlə mübarizə aparan Ülviyyə Fətəliyevanı qeyd etmək istərdim. Düşünürəm ki, Azərbaycanda yetərincə çox istedadlar var və bu, ölkədə şahmatın böyük gələcəyindən xəbər verir", - deyə o vurğulayıb.

Emil Sutovskinin sözlərinə görə, FIDE Azərbaycanda turnirlərin keçirilməsini dəstəkləyir.

"Şübhəsiz, biz müxtəlif növ layihələri müzakirə edirik. Mahir Məmmədov (Azərbaycan Şahmat Federasiyasının prezidenti) də bu planda çox fəaldır və ölkədə yüksək səviyyəli daha çox tədbir keçirmək istəyir. Praktiki olaraq əminəm ki, 2024-2025-ci illərdə daha bir mühüm tədbir keçirəcəyik", - deyə FIDE-nin baş direktoru deyib.

Emil Sutovski qeyd edib ki, Bakıda keçirilən Dünya Kuboku böyük şahmat bayramıdır.

"Həm idman, həm də sosial nöqteyi-nəzərdən düşünürəm ki, bu, böyük şahmat bayramıdır. Gərginlik də çoxdur, partiyalar da maraqlı və parlaqdır, gözlənilməzlik var. Bu cür mühüm hadisənin əsasını məhz bu təşkil etməlidir. Bakı izləyicilərini görmək xoşdur. Yarışları çox sayda insan ziyarət edir. Ümumilikdə turnir artıq böyük hadisəyə çevrilib və düşünürəm ki, hələ əsas oyunlar qarşıda olduğundan turnir diqqət mərkəzində qalmağa davam edəcək", - o deyib.

FIDE-nin baş direktoru, həmçinin, təxminən bir ay davam edəcək turnirin formatı barədə fikirlərini bölüşüb.

Ətraflı
"Turnir mürəkkəb və uzundur, bu doğrudur. Lakin digər tərəfdən ən statuslu turnirlərdən biridir və Dünya Kubokunun qalibini yalnız bir həftə ərzində müəyyən etmək doğru olmazdı. Biz daima formatı yenidən gözdən keçiririk. Digər tərəfdən, görürük ki, turnirə maraq azalmır. Bu səbəbdən turnirin uzunmüddətli olmasının müsbət tərəfləri var. Biz daima zamanla ayaqlaşmağa çalışırıq və hesab edirik ki, bu format hələlik dəyişiklik tələb etmir", - deyə E.Sutovski əlavə edib.

Emil Sutovski özünün də əslən Bakıdan olduğunu və vətənə hər gəlişinin onun üçün bayram olduğunu vurğulayıb.

"Mənim burada hələ də çox sayda dostum var və gənc şahmatçılarla daima əlaqə saxlayıram. Mən bir neçə il "Odlar Yurdu" komandasına məşq keçmişəm, buna görə də Bakı mənim üçün doğma şəhərdir. Mən hətta xarici qonaqlara şəhərə ekskursiya təşkil edə bilərəm və buna son dərəcə şad olaram. Şəhərin mərkəzini indiyədək xatırlayıram və yaxşı tanıyıram", - deyə o sonda deyib.

Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.

FIDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanır. Müsabiqə avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.

Şahmat üzrə Dünya Kuboku Bakı şəhərində yerləşən "Marriott Boulevard" hotelində keçirilir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...